Ən sürətli smartfon göstərildi

Ən sürətli smartfon göstərildiHuawei dünyanın ən sürətli ağıllı telefonunu təqdim edib.Huawei şirkətinin təqdim etdiyi Ascend P2 ağıllı telefonu LTE şəbəkəsi üzrə verilənlərin 150 Mbit/s sürətlə ötürülməsi imkanını təklif edir.

ICTnews bildirir ki, Ascend P2 modeli 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 1280x720 piksel təsvir ölçüsünə malik 4,7 düymlü ekran, həmçinin 13 meqapiksel təsvir ölçüsünə malik əsas və 1,3 meqapiksel təsvir ölçüsünə malik ön kamera və 2420 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Əməli yaddaş qurğusunun həcmi 1 QB, daxili fləş-yaddaşda isə 16 QB təşkil edir.

Mobil qurğunun qalınlığı 8.4 millimetrdir. Cihaz LTE Category 4 variantını dəstəklədiyinə görə ən sürətli hesab edilir. Category 4 LTE standartının ən sürətli variantıdır. Mobil operatorlar üçün aparıcı telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Huawei şirkəti ilk dəfə 2012-ci ilin mayında Avropada LTE Category 4 standartı əsasında işləyən ticarət şəbəkəsinin fraqmenti üzərində sınaqlar keçirib.

Bundan başqa, Ascend P2 ağıllı telefonunda reallaşdırılmış Wi-Fi texnologiya veb-saytları digər ağıllı telefonlarla müqayisədə 2-3 dəfə daha sürətli açmağa, yüksək keyfiyyətli filmləri 1 dəqiqə ərzində və musiqiləri saniyələr ərzində yükləməyə imkan verir. Huawei Ascend P2 ağıllı telefonunu 2013-cü ilin ikinci rübündən etibarən 399 avroya satın almaq olacaq.

mənbə: ictnews


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2813   Tarix: 03 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040