Onun sağ ayağı 107,9 kq ağırlığındadır

Onun sağ ayağı 107,9 kq ağırlığındadır38 yaşlı Mendi Sellars Allahdan kömək istəyir, çəkdiyi əzablara son qoyulması üçün yalvarır.

Onun sağ ayağı 107,9 kq ağırlığındadır və durmadan böyüyür, ağırlaşır.

İngiltərənin Lankaşir şəhərində yaşayan Sellars çox nadir genetik xəstəliyə mübtəladır. Bu xəstəlik nəticəsində Mendinin ayaqları 17 yaşından bəri sürəkli böyüyür, şişir.

İki il əvvəl sol ayağında sepsis yarandığı üçün ayağı kəsilən Mendi "fil ayaqlı qadın" kimi tanınır.
Həkimlərin dediklərinə görə, onun ayaqlarının böyüməsinin qarşısını almaq faktiki olaraq mümkün deyil.

Ümid Medinin DNT molekullarına müdaxilə edərək ayaqların böyüməsini dayandırmaqdır. Bunun üçünsə yeni, novator müalicə kursu həyat keçirilməlidir.

"Nə edəcəyimi bilmirəm. Bir ayağımı kəsdilər, əlil arabasına möhtac qaldım. O biri ayağımla yanaşı, kəsik ayağım da failəsiz böyüməkdədir", - Mendi Sellars İTV telekanalındakı This Morning proqramında deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5518   Tarix: 17 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş