Teatrda şok hadisə, aktyor qəfildən alovlandı (Video)

Teatrda şok hadisə, aktyor qəfildən alovlandı (Video)

ABŞ-ın ən böyük opera qruplarından biri olan "Lyric Opera of Chicagon"un tamaşaya qoyduğu əsərlərdən birinin məşqi zamanı dəhşətli hadisə baş verib.

ANN.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Lyric Opera of Chicagon"un yerləşdiyi 45 mərtəbəli "Civic Opera House"un binasında baş tutan məşq zamanı ağzından alov buraxmağı təcrübədən keçirən 24 yaşlı Uesli Danielin üzündəki maska qəfildən alovlanıb.

Vaqnerin "Nyunberqin ustad müğənniləri" əsərinin məşqi zamanı baş verən bədbəxt hadisə zamanı, Danielin atası Klifton Truman Daniel də şahidlərdən biri olub.

Yanğın söndürücüylə müdaxilə edildikdən sonra, dərhal xəstəxanaya çatdırılan Uesli Daniel boğazından və üzündən ikinci dərəcəli yanıq xəsarətləri alıb. Xəstəxanadan verilən məlumata görə, Ueslinin vəziyyəti yaxşılaşır və o bir neçə gündən sonra ambulator müalicəyə göndəriləcək.

Uesli Daniel Ruzvelt Universitetinin Teatr və Sirk sənəti fakültəsinin məzunudur. Maraqlıdır ki, o, eyni rolu ifa edən aktyorun qəzaya tuş gəlməsindən sonra onu əvəz edibmiş.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2720   Tarix: 08 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390