Cani məktəb avtobusuna hücum çəkərək, 6 yaşlı uşağı girov götürdü (video)

Cani məktəb avtobusuna hücum çəkərək, 6 yaşlı uşağı girov götürdü (video)
ABŞ-da növbəti atışma hadisəsi baş verib.

ABŞ-da növbəti atışma hadisəsi baş verib. Bu dəfə məktəb avtobus unun sürücüsü həlak olub, az yaşlı uşaq isə girov götürülüb.

Belə ki, Alabamanın cənumunda Midlend-Siti şəhərində kişi məktəb avtobusuna soxularaq 6 və 8 yaşlı 2 uşağı verməsini tələb edi. Sürücü buna qarşı çıxdıqda isə cani ona bir neçə dəfə atəş açır. O, aldığı yaralardan yerindəcə həlak olub. Qatil bundan sonra 6 yaşlı uşağı özü ilə götürərək yeraltı bunkerdə gizlənir.

Hadisə dünən kilsənin qarşısında baş verib. Keşiş hadisənin şahidi olmadığını desə də, daha sonra avtobusdakı uşaqlarla danışdığını bildirib. Onun sözlərinə görə, qızlardan biri deyib ki, cani bütün uşaqlara avtobusu tərk etməsini tapşırıb, sonra balacalardan birini tutu rvə sürücüyə bir neçə dəfə atəş açıb. Maykl Sennin sözlərinə görə, avtobusqdan qaçan uşaqlar kilsənin yanında gizləniblər. Hazırda onların hamısı təhlükəsizlikdə olsalar da, şok vəziyyətindədirlər. «Mən 13 yaşlı oğlanla söhbət elədim. O, əsl psixi travma alıb», - deyə keşiş vurğulayıb.

Atışma və uşağın oğurlanması bütün xüsusi təyinatlıları ayağa qaldırıb. Sığınacağın yaxınlığında yaşayan sakinlər isə evakuasiya olunublar. Dünən gecə polislə qatillə əlaqə yarada biliblər. O uşağın hələ də onunla olduğunu və vəziyytəinin yaxşı olduğun deyib.
Bu gün bir çox əyalətlərdə dərslər təxirə salınıb.

Yeri gəlmişkən, hökumət nümayəndələri qarətçinin kimliyi barədə məlumat yaymırlar. Nə onun adı, nə də oğurlanan uşaqla hər hansı bir əlaqəsi barədə informasiya yoxdur. Lakin Makl Kril adlı bir şəxs cinayətkarın onun qonşusu olduğunu deyir (Ehtimal olunur ki, qatil 65 yaşlı Cimmi Li Dyuksdur). O, qonşusunun hazırda əldə qayırma bombadanmühafizə sahəsində gizləndiyini deyib.
Alabama qubernatonu Robert Bentli vəziyyəti izlədiyini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 772   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390