"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)

"Miss Russiya" Anna Litvinova Almaniyanın klinikalarından birində vəfat edib.

Rusiyanı "Dünya gözəli 2006" gözəllik yarışmasında təmsil edən 29 yaşlı rus gözəli Anna Litvinova, uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Litvinovanın yaxınlarının mediaya verdikləri açıqlamada onun bir neçə xarici klinikada müalicə keçdiyini, amma xəstəliyinə çarə tapılmadığı bildirilir.

Özünün qısa ömrü ərzində bir çox nailiyyətlər qazanmış Anna, "Sibir gözəli 2003", "Kuzbas gözəli 2003" və "Rusiya gözəli 2006" yarışmalarını qazanıb. Bir il əvvəl isə rus gözəli onkoloji xəstəliyə düçar olmuşdu.

"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)"Rusiya gözəli" alman klinikasında canını tapşırdı (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 8988   Tarix: 24 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az