Zəhər saçan bufetlər (Fotolar)

Bufetlərdə yeni standartların tətbiqi məktəbliləri sağlam qidalarla təmin edəcəkmi?

Al-əlvan rəngli bağlamada olan müxtəlif çeşidli çipsilər. Bu mənzərə ilə Yasamal rayonun ən qabaqcıl məktəblərindən birinin bufetində reportaj apardığımız zaman qarşılaşdıq. Bufetdə çipsilər elə zövqlə düzülmüşdü ki, 28 yaşım olmasına baxmayaraq balaca uşaq kimi onları alıb elə oradaca yeməyim gəlirdi. Müşahidələrimiz zamanı bufetə gələn, xüsusilə aşağı sinif şagirdlərinin çipsi, qazlı su və suxariklər almağa üstünlük verdiklərini gördük. Bufetdə də maşallah rəngarəng çeşidli, al-əlvan qablaşdırılmış çipsilər, istiotlu, ədəvalı suxarilər, sosislər və qazlı sular kifayət qədər idi.

Bu həqiqətdir ki, uşaqların sağlamlığı yedikləri qidalardan başlanır. Evdə valideynləri uşaqların qidasına nəzarət etsələr də onlar məktəbdə çox zaman nəzarətdən kənarda qalır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan bu çipsilər, suxarilər isə tədricən orqanizmi zəhərləyir. Onlar son dərəcə zərərli turşular və kanserogen maddə olan akrilamidi özündə saxlayır. Bu maddələr xüsusən də uşaq orqanizminə neqativ təsir göstərir. Avropanın bir çox aparıcı ölkələrində belə qidaların satışına qadağa qoyulub.

"Uşaqların belə məhsullara marağı ola bilər. Artıq firmalar "uşaqlar çipsiləri çox sevir" deyə, onun satışını təşkil edə bilməzlər. Ancaq uşaqların sağlamlığını fikirləşərək standartlarda tələblər qoyulacaq. Təbii ki, nəzarət tədbirləri də görüləcək" – deyə Fazil Talıblı əlavə edib.

O qeyd edib ki, neqativ hal aşkarlanan firmalar cəzalandırılacaq. Cəzalandırma həmin firmaların məhsul satışına, istehsalına qadağa qoyulması ilə nəticələnəcək. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, onlara qarşı çərimələr tətbiq ediləcək.

Qeyd edək ki, Bakı məktəblərinin bufetlərini qida ilə Məktəbli və Tələbə İaşəsi Səhmdar Cəmiyyəti təmin edir. Bəs görəsən onlar bufetlərə gətirdikləri qidalardan bəzilərinin uşaq orqanizmi üçün nə qədər zərərli olmasından məlumatlıdırlarmı? Bu sualı ilk növbədə cəmiyyətin sədri İlham Hacıyevə ünvanlamaq məqsədilə onunla əlaqə saxladıq. Ancaq çoxsaylı cəhdlərimiz nəticəsiz qaldı. İlham Hacıyevlə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.

Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)Zəhər saçan bufetlər (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 4838   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti