Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)

Azərbaycanın əməkdar artisti, Rus Dram Teatrının aktrisası, fotomodel Naina İbrahimovanın "Maykl Cekson - kraldan da artıq" filmi tamamlanmaq üzrədir.Pop-kralın həyatından bəhs edən filmin ideya və ssenari müəllifi, rejissoru Naina İbrahimova, prodüseri tanınmış rejissor Zöhrab Ağayevdir. Layihə dünyada ilk foto-kino sintezidir.

Aktrisa əfsanəvi müğənninin ölümündən bəri bu film üzərində işləyir. Artıq montaj mərhələsində olan filmdə minlərlə fotoşəkildən istifadə edilib. Film Amerika səfirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rus Dram Teatrı, Rəssamlar İttifaqı tərəfindən dəstəklənir. Film dünya arenası üçün nəzərdə tutulub.

Filmdə xalq artisti Mahmud Məhərrəmov, əməkdar artist Mələk Abbaszadə, müğənnilər Aysel Teymurzadə, Sevda Yəhyayeva və başqaları çəkiliblər.

Fotolardan ərsəyə gəlmiş filmdə əfsanəvi müğənni Maykl Ceksonu azərbaycanlı aktrisa Naina İbrahimova canlandırıb. Filmdən olan bir kadr Maykl Ceksonun rəsmi səhifəsinə düşüb. Naina İbrahimovanın yaratdığı Maykl Cekson obrazı o dərəcədə uğurlu alınıb ki, ekspertlər fotonun Maykl Ceksona və yaxud başqasına məxsus olduğunu təyin edə bilməyiblər.

Naina İbrahimova Maykl Ceksona oxşayan yeganə insan özünün olduğunu deyir: "Mənim yaratdığım Maykl Cekson qədər ona oxşayan yoxdur. Mənim çəkim, bədən quruluşum, gözlərimin, burnum və bir çox nüanslar demək olar ki, Maykl Ceksonla tamamilə oxşardı. Və qrimin və aktyorluq məharətimin köməyi ilə oxşarlığı 100-ə çatdırmağa nail olmuşam. Dünyada mənim qədər Maykl Ceksona oxşayan ikinci adam yoxdur".

N.İbrahimova Maykl Ceksonun həyat və yaradıcılığından bəhs edən ekran işinin 90 dəqiqəlik xronometraja salındığını deyir: "Film Maykl Ceksonun ilk günündən son nəfəsinədək bütün həyatını əhatə edən bir filmdir. Biz onun həyatında baş verən ən önəmli anları bu 90 dəqiqə çərçivəsində tamaşaçıya çatdırmaq istəmişik. Filmdə Maykl Ceksonun ağır məqamları, məhkəmə prosesləri, pedofilliklə şərlənməsi və sonda öz həkimi tərəfindən öldürülməsi səhnələri yer alıb."

Aktrisa film ekranlara çıxmadan qabaq müvəffəqiyyət qazandığını deyir: "Mən "Aktyorluq məharətinə görə" və filmin rejissoru kimi, Zöhrab Ağayev filmin prodüseri kimi "Odlar yurdu" mükafatına layiq görüldük. Z. Ağayev eyni zamanda ilin klipmeykeri kimi diploma layiq görülüb".

Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)Maykl Ceksonu Azərbaycanla nə birləşdirir? (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 8753   Tarix: 23 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar