Qarabağ səmasında müharibə işartıları

Qarabağ səmasında müharibə işartılarıErmənilərin Azərbaycanın işğal olunmuş ərazilərində istifadəyə vermək istədikləri hava limanı ətrafında yaranan qalmaqal Dağlıq Qarabağ münaqişəsinin daha tez hərbi mütəviyə keçməsini şərtləndirə bilər. Məsələ burasındadır ki, Azərbaycan icazəsiz şəkildə hava məkanına daxil olan təyyarəni vura biləcəyini açıq bəyan etdiyi bir vaxtda Rusiyaya güvənən Ermənistan da əks gedişlər etmək istəyir. Lakin Azərbaycan mövqeyində israrlıdır.

Bakı bəyan edir ki, respublikanın hava məkanını pozan hava gəmisi barəsində sərt tədbirlər nəzərdə tutan ötən həftə Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları" beynəlxalq normalara bütövlükdə cavab verir. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov məsələ ilə bağlı bildirib: "Bu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə cavab verən, eyni zamanda hava məkanı üzərində Azərbaycan üzərində suvereniteti təsdiq edən çox yaxşı qaydalardır".

O, «Lider» telekanalına qeyd edib ki, hökumət tərəfindən təsdiq edilən qaydalar xüsusilə hava məkanını pozan hava gəmilərinin tutulması, ələ keçirilməsi və məcburi yerə enməsini nəzərdə tutur. Bununla əlaqədar, A.Məmmədov ümid edir ki, Ermənistan Azərbaycanın işğal olunan əraziləri üzərindən uçuşlar təşkil etmək məqsədilə Dağlıq Qarabağda tikilən aeroportdan istifadə etməkdən çəkinəcək: "Güman edirik ki, Ermənistan daha da irəli getməyəcək. Bunun üçün heç bir ciddi əsas yoxdur. Biz çalışırıq ki, onlar bu addım atıb özlərini dünyada biabır etməsinlər".

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev öz növbəsində xatırladıb ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Ermənistana Azərbaycanın işğal olunan əraziləri üzərindən uçuşların təşkilinin yolverilməz olduğu barədə "sərt ismarıc" ünvanlayıb: "Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Problemi qan tökmədən, diplomatik yolla həll etmək istəyirik. Bakının mövqeyi tam mənada beynəlxalq hüquq çərçivəsindədir. Beynəlxalq hüququ pozmaqda davam edən Ermənistan isə bu gün işğal faktını gücləndirməyə və status-kvonu möhkəmləndirməyə çalışır. Bu yolverilməzdir".

Xəbər verildiyi kimi isə Nazirlər Kabineti ötən həftə hava məkanında həyata keçirilən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"nı təsdiq edib.

Qaydalara görə, hava gəmisi tərəfindən məcburi qaydada yerə enmək barədə tələbə əməl edilmədikdə, bortunda pozuntunun törədilməsində təqsirsiz sərnişinlərin olması barədə dürüst məlumat olmadıqda, hava gəmisinin məhvinə qanunvericiliklə müəyyən edilən qaydada icazə verilir. Azərbaycanda bunu Ermənistan tərəfinin Dağlıq Qarabağda tikilən aeroportu istifadə vermək vədi ilə əlaqələndirirlər. Baxmayaraq ki, Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilər, rəsmi Bakı və digər ölkələrin bu adımım qanunsuz olduğu haqqında bəyanatlarla çıxış ediblər. Bu qərar regionun beynəlxalq səviyyədə Azərbaycanın işğal olunan ərazisi kimi tanınması ilə əlaqədardır.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə bəyan edib ki, Ermənistanın Xocalı hava limanına və əks istiqamətində uçuşları həyata keçirmək üçün bütün lazımi imkanları var. Məlumatlara görə, Ermənistan təyyarələrin müdafiəsi üçün Rusiya tərəfindən verilən S-300 zenit-raket kompleksləri ilə təmin etmək istəyir. Azərbaycanda da bu zenit raket kompleksləri mövcuddur və 2 il əvvəl hərbi paradda nümayiş etdirilib. Rusiya istehsalı olan bu kompleks 5 dəqiqə ərzində hazırlığa gətirilir. Yüzlərlə hədəfi izləmək və 12-dək hədəfi vurmaq qabiliyyətində olan bu sistem 30 km hündürlükdə uçan hədəfi vurmağa qadirdir. Onun maksimal uçuş məsafəsi 200 km-dir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olduğundan, hərbi hava qüvvələrini gücləndirib. İstefada olan pilot, polkovnik-leytenant Xanlar Səttarov ANS-ə açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin hər tipli təyyarənin endirilməsi üçün bütün imkanlarının olduğunu deyir.
İndi görünən odur ki, hava məkanımıza icazəsiz daxil olan təyyarə məsələsində Azərbaycan daha çox Ermənistanın müdafiəçisi qismində çıxış edən Rusiya ilə mübarizə aparmalı olacaq. Çünki ermənilər Azərbaycanın xəbərdarlığından sonra Rusiyadan aldıqları S-300 zenit-raket komplekslərini işə sala biləcəyini açıqlayır. Lakin bu sistemləri Ermənistanda rus mütəxəssislər işlədir. Digər tərəfdən o da faktdır ki, ermənilər istənilən halda Rusiyadan göstəriş almadan hansısa addım ata bilməz.

xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4688   Tarix: 25 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988