Koreya mətbuatı "20 Yanvar"dan yazdı

Koreya mətbuatı "20 Yanvar"dan yazdı«Koreatimes» bu hadisəni «Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi» adlandırıb
Sabah 20 Yanvar faciəsinin 23-cü ili tamam olur. Faciədən kifayət qədər zaman keçməsinə baxmayaraq, beynəlxalq mətbuat bu mövzunu diqqətdə saxlamaqda davam edir. Bu qəbildən olan daha bir material Koreyanın üç ingilisdilli qəzetindən biri olan "Koreatimes"da dərc olunub. Məqalə "Qara yanvar" Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsidir" başlağıyla təqdim olunub.
Məqalədə bildirilir ki, bu ay Azərbaycan xalqı 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcək. Ardınca da bu hadisənin başvermə səbəbləri, ondan əvvəlki və sonrakı olaylar haqda məlumat verilir:
"SSRI dağılmamışdan iki il əvvəl Sovet rəhbərliyi Azərbaycanın paytaxtı Bakıda insanlara qarşı tam miqyaslı hərbi əməliyyatlara başladı.
1988-ci ildə Azərbaycanda ərazi bütövlüyünü təmin etmək uğrunda mübarizə başlamışdı və bunun nəticəsi olaraq, milli azadlıq hərəkatı meydana gəlmişdi. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağdakı separatizm milli azadlıq ruhunu oyatdı. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq üçün Sovet hökuməti 1990-cı il 20 yanvarda Bakıda qırğın törətdi. Yanvarın 19-da Sovetin 26 min nəfərdən ibarət olan xüsusi hərbi qüvvəsi "ALFA" fövqəladə vəziyyət elan etmədən Bakıya girib günahsız insanları güllələdi. Ən müxtəlif silahlardan istifadə edən hərbçilər hara gəldi atəş açmaqla, xeyli sayda insanı məhv etdilər. Bakıda və ölkənin digər regionlarında 137 nəfər öldürüldü. Onların 120-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü də tatar idi. 744 nəfər yaralandı, 400 nəfər həbs edildi. Öldürülənlərin yaşı 12-73 arasında idi.
Sovet rəhbərliyi bununla azadlıq uğrunda mübarizə aparan xalqı kollektiv şəkildə cəzalandırmaq tədbirini həyata keçirdi. Məqsəd həm də digər xalqları müstəqillik uğrunda mübarizədən geri çəkilməyə vadar etmək idi.
Bununla belə, hətta bu cür qanlı hadisələr də Sovet Ittifaqını dağılmaqdan xilas edə bilmədi. Sovet rəhbərliyinin Bakıda həyata keçirdiyi bu qanlı hərbi aksiya Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsinin qarşısını ala bilmədi. O vaxtdan başlayaraq, hər il 20 yanvar bütün ölkə boyu qeyd olunur".

Informasiya şöbəsi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3136   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486