Azərbaycanlı jurnalist 50 manata görə müğənni tərəfindən şantaj olundu

Azərbaycanlı jurnalist 50 manata görə müğənni tərəfindən şantaj olunduCavanşir Məmmədov duetlərinin dağılması xəbərlərini yayan Zümrüd Güləliqızından nə istəyir?
17 illik duetlərinin dağılması ilə barışmayan əməkdar artist Cavanşir Məmmədov Firuzə İbadovanın prodüserini hədələyir. Zümrüd Güləliqızı ANS PRESS-ə açıqlamasında son üç gün ərzində müğənni tərəfindən təzyiqlərlə üzləşdiyini bildirdi: "Firuzə xanımın solo karyerasına başlaması və bir daha Cavanşir Məmmədovla duet oxumayacağı barədə mətbuata verdiyim açıqlamadan sonra Cavanşir tərəfindən təzyiqlərlə üzləşirəm. Sanki bu qərarı mən vermişəm. Firuzə xanım özü məni onunla işləməyə dəvət edib. Böyük mənmuniyyətlə qəbul etdim. Bunu prodüserlik adlandırmaq istəməzdim. Hal-hazırda Firuzə İbadovanın mətbuat katibi və köməkçisiyəm".

Artıq bir çox el şənliklərinə və tədbirlərə tək dəvət aldıqlarını qeyd edən Zümrüd xanımımn sözlərinə görə, Firuzə xanımla duetlərinin dağılması ilə barışmayan Cavanşir Məmmədov bunun acığını prodüserdən çıxmaq fikrinə düşüb: "Dəfələrlə zəng vurub Firuzə xanımla barışmaq istəyir. Firuzə xanım onun zənglərinə cavab vermək istəmir. Çünki qərarını dəyişmək niyyətində deyil. Bir şey alınmayacağını görüb məni hədələyir. Mənə deyir ki, Firuzə haqqında hansısa addım atdıqdan əvvəl mənimlə məsləhətləşməsən başın ağrıyacaq. Firuzə hər hansı bir layihə həyata keçirsə məni xəbərdar etməlisən. Yoxsa sənin üçün pis olacaq."

Keçmiş şou yazar, hal-hazırda prodüser fəaliyəti ilə məşğul olan Zümrüd Güləliqızı Cavanşir Məmmədovun onu şantaj etdiyini iddia edir: "Bu insan o dərəcədə azğınlaşıb ki, hətta məni şantaj edir. Çox gülüncdür, ad günümdə hədiyyə əvəzi verdiyi 50 manata görə məni şantaj edir. Guya mən ondan rüşvət götürmüşəm. Ayıbdır, bu heç kişiyə yaraşan hərəkətdirmi?"

Əməkdar artist Cavanşir Məmmədov ANS PRESS-ə açıqlamasında onun tərəfindən Zümrüd Güləliqızına qarşı heç bir təzyiqin, hədələmənin və ya şantajın olmadığını bildirdi: "Ona deyin ki, narahat olmasın, mənim onunla heç bir işim yoxdur. Mən kişiyəm, belə hərəkətlər mənə yaraşmaz. Sadəcə nə baş verdiyini öyrənmək istədim. Sözün düzü duetimizin dağılmasından xəbərsiz idim. Firuzə xanımın bundan sonra mənimlə duet oxumayacağını verilişlərin birində eşitdim. Eşitdiklərimə inanmadım. Mənə bildirdilər ki, bu barədə Zümrüd Güləliqızı açıqlama verib. Mən Zümrüd xanımı müxbir kimi tanımışam. Firuzə İbadovanın prodüseri olduğundan xəbərim yox idi. Bu üzdən də ona zəng vurub məsələnin nə yerdə olduğunu öyrənmək istədim. Bəli, məndən xəbərsiz, məni məlumatlandırmadan belə bir açıqlama verməsini pislədim, düz iş görmədiyini söylədim. Amma, hədə, təzyiq və yaxud da şantaj olmayıb. Və diqqətinizə çatdıqmaq istəyirəm ki, mən Zümrüd xanıma dəfələrlə deyil, bir dəfə zəng vurmuşam".

C.Məmmədov Firuzə İbadova ilə aralarında narazılığa, küskünlüyə baxmayaraq yenidən duet ortağı kimi bir araya gələ biləcəklərini də istisna etmir: "Firuzə xanım 17 il mənim yanımda oxuyub. Mənim rəhbərlik etdiyim musiqi qrupunun üzvü olub. İndi bir balaca narazılığa görə belə bir addım atmasını anlamıram. Təkrar edirəm, Mən Zümrüd Güləliqızını jurnalist kimi tanımışam. Onun ad gününə də Firuzə xanımla birlikdə getmişik. Biz Firuzə xanımla barışdıqdan Zümrüd nə edəcək, onu düşünsün. Daha bir sözüm yoxdur!"

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6264   Tarix: 21 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

23.04.2024 4634
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1089
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2198
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2777
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 417
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 567
.

Mətanət Əsədova ana olacağını açıqladı - VİDEO

Müğənni Mətanət Əsədova ana olacağını açıqlayıb. Bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində məlumat verib. "Allahın qismətidir. Allah imkan versə, ana olacağam, inşallah. Heç kimin başı üçün deyil ki, mənim şəxsi həyatıma qarışsın. Mənimlə heç kim oyun oynaya bilməz"

22.04.2024 3428
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1334
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1084