Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)

"Yəni Aysel həm də bizi Şövkət Ələkbərovaya bənzəməkdən qurtarmalı idi…"
Sonuncu dəfə ailə qurması ilə gündəmə gələn Azərbaycanın istedadlı, gənc və gözəl Estrada müğənnisi Aysel Teymurzadədən aylardır ki, xəbər yoxdur. "Qafqazinfo"nun məlumatına görə, "Eurovizion" yarışmasında qazandığı uğurla tez bir zamanda az qala bütün Avropada məşhurlaşan Ayselin sonrakı mərhələdə dünya şou-biznesinə qatılacağını, Azərbaycanı beynəlxalq aləmdə təmsil edəcəyini demək olar ki, hər kəs böyük maraqla gözləyirdi. Bu qızın şöhrət və məşhurluq üçün lazım olan bütün göstəricilərə sahib olması, ən əsası isə iki mühüm keyfiyyəti – istedadı və gözəlliyi heç bir şübhə yeri qoymurdu ki, Aysel Teymurzadə Azərbaycan çapından çıxacaq. Və indi bütün dünyanı öz arxasınca sürüyən Cenifer Lopezə, Rihannaya, Şakiraya çevriləcək. Axı onun belə yüksək mərtəbəyə qalxmaq üçün bütün parametrləri uyğun idi…

Amma nə baş verdi? Biz nə gördük? "Eurovizion"da qazandığı uğurla bir anlıq bütün Avropanın diqqətini özünə çəkən Aysel birdən-birə ev xanımına çevirildi. Cəmi bir neçə ilin içində tələmtələsik ailə qurdu və övlad dünyaya gətirərək səhnənin arxa tərəfinə keçdi. Hazırda isə onun nə izi, nə də tozu var. Görün situasiya hansı yerdədir ki, Aysel facebook səhifələrini belə bağlayaraq yoxa çıxıb.

Əlbəttə, bu Azərbaycanda milli mentalitet məsələsidir və qadınlarımız daha çox xoşbəxtliyi məhz ev xanımına çevirilməkdə görürlər. Biz buna görə sevinir və onun xoşbəxtliyini bölüşürük. Lakin bu xoşbxətlik Ayselə də aid idimi?

Axı çox qısa müddətdə qazandığı uğurla bayaq dediyimiz kimi şöhrətin ən yüksək pilləsinə qalaxan bir sənətçi dərhal necə qayıdıb birinci mərtəbəyə enmək istəsin? Bir vaxtlar Putinə qədər gedib çıxan bir azərbaycanlı sənətçi nədən geri, dörd divarın arasına dönsün? Aysellə eyni yarışmaya qatılan və ondan bir pillə geridə qərarlaşan Hadisə indi hansı mərtəbədə, neçənci pillədədir? Bu qızın nəhəng Türkiyə pop musiqisindəki yerini təsəvvürə gətirə bilən varmı? Onun "Düm tək-tək" mahnısından sonra ifa etdiyi "Aşk kaç bədən geyər" mahnısını necə oldu ki, bütün Türkiyə, türkdillli ölkələr züm-zümə etməyə başladı?

Ondan əvvəl təxminən eyni uğura imza atan və bizimlə eyni situasiya ölkəsi sayılan Ukrayna təmsilçisi Ruslanın ictimai həyatdakı yerini söyləyə bilərsizmi, lütfən? Aysellə müqayisə olunarmı bu gün Ruslana? Axı Aysel də bir zamanlar ictimai-siyasi proseslərə qatıldı. Yeni Azərbaycan Partiyasına üzv oldu. Əgər proses davam etməyəcəkdisə, onda bu zəhmət nəyə lazım idi? Ümumiyyətlə, bizim qadınlar nəyə nail olmaq istəyirlər? Onların xoşbəxtlik arzularının sərhədi hara qədər gedib çıxır? Ər evinin qapısına qədərmi? Bu təsəvvürü, stereoptipi kim dağıtmalıdır bizim üçün? Axı söhbət sadə bir Azərbaycan qadınından getmir, yaxud ölkəni başına götürən şou-biznes əhlindən, əli mikrofonlu qizlardan, restoran aşnalarından, bir yarışmalıq ulduzlardan, gündəmə gəlmək üçün hər şeyini ortaya qoymağa hazır olan həyasızlardan, məşhurluq üçün adının qabağına it, pişik ləqəbləri yazdıranlardan yox, böyük istedaddan, nüfuzlu bir qadından gedir. O qadından ki, az qala yüz ildir Azərbaycan qadınını müqayisə etməkdən, oxşatmaqdan yorulduğumuz, bənzərini tapa bilmədiyimiz Leyla Bədirbəyli, Şövkət Ələkbərova, Sara Qədimova stereotiplərini dağıda bilən, məhz bu gün dünyaya lazım olan bir şəkildə, imicdə təzahür edən qadından gedir.

Yəni Aysel həm də bizi Şövkət Ələkbərovaya bənzəməkdən qurtarmalı idi… Bu mənada o, Avropaya inteqrasiya etmək məqsədi qarşıya qoyan Azərbaycan üçün əsl siyasi məqsəd idi. Və biz indi dünyaya göstərməli idik ki, Azərbaycan yabanı neft ölkəsi deyil, təkcə quyudan çıxanla sizin diqqətinizi çəkə bilməz. Bu məmləkətin varlığı, bünövrəsi, tamlığı var. Bu mədəniyyət əsldir, qəlp deyil. Bu bir mövzu kimi təkcə Ayselə aid deyil. Qeyd etmək lazımdır ki, məsələ eyni şəkildə həm də Nigar Camala aiddir. Gəlin unutmayaq ki, ötən il Azərbaycanda "Eurovizion"ın qalibı kimi ayrılan Lorin təkcə mahnı oxumadı. Bu qadının bizim ölkəmizdə ağzından çixan bir-iki kəlmə siyasi hadisə kimi qarşılanır və ona böyük dividendlər gətirirdi. Bizə görə müqayisə qüsurlu ola bilər. Amma bu gün bütün dünyada porno ulduz kimi tanınan Kim Kardşayan bir fahişəlik faktıdırmı? Bu porno ulduzun əlinə fürsət düşən kimi erməni soyqırımından danışması onun fahişə əhəmiyyətini nə qədər qoruyub saxlayır? Bəs Azərbaycanda bütün efirləri bit-birə kimi götürüb gedən bu qədər seksi ulduzlarımızın biri indiyə kimi niyə ağzına "Qarabağ"ı almır?.. Nədir onlara mane olan?

Yəni Aysel Teymurzadənin evdə uşaq saxlayıb ərinə qulluq etməsi Azərbaycan üçün itki hesab olunmalıdır. Təsadüfü deyil ki, dünyada belə məsələlərlə ciddi məşğul olurlar. Müğənnilərlə müqavilə bağlayıb onların üzərinə öhdəlik qoyurlar ki, məsələn, o özbaşına kökələ, ərə gedə, səfərə çıxa bilməz. Məncə, Azərbaycanda da, həm "Eurovizon" təmsilçiləri, həm də böyük pullar xərclənən digər sənət adamları ilə də belə müqavilələr bağlanmalıdır? Yoxsa, hanı İctmai Televiziya vasitəsi ilə Ayselə, Nigara, Səbinəyə xərclənən miloynlar? Bir mahnılıq idimi bunlar? Bu qızları ərə vermək üçün idimi edilən reklamlar? Ən azı bundan sonrakı mərhələlərdə məsələ diqqətdə saxlanmalı və bu qədər maya qoyulan qızların taleyi öz əllərinə və ərlərinə verilməməlidir... Bu ölkənin mayasını tutmaq lazımdır, batırmaq yox…

Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)Aysel Teymurzadə Putinə qədər gedib çıxdı, amma (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 26551   Tarix: 18 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627