Londonun mərkəzində helikopter qəzaya uğradı (Foto, Video)

Londonun mərkəzində helikopter qəzaya uğradı (Foto, Video)

Qəza və yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Böyük Britaniyanın paytaxtı Londonda helikopter qəzaya uğrayıb. "BBC"nin məlumatına görə, yanğınsöndürmə xidmətinə məxsus helikopter Temza çayının sahilində iş görən ağırlıqqaldıran krana dəyib və yerə düşərək yanıb.

Helikopter iki avtomobilin üstünə düşüb. Helikopterdə yalnız pilotun olduğu bildirilir. İlkin məlumatlara görə, pilot və avtomobillərdən birində olan 1 nəfər ölüb. Daha 2 nəfər isə yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi Voksholl rayonuna 20-dən çox yanğınsöndürmə, təcili tibbi yardım briqadaları və xeyli polis gəlib.

Helikopterin qəzaya uğradığı yer dəmiryol xəttinə yaxın olduğu üçün ərazidə qatarların və digər nəqliyyatın hərəkəti dayandırılıb. Qəzanın baş vermə səbəbinə gəldikdə isə, qəzaya qatı dumanın səbəb olması versiyası nəzərdən keçirilir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2222   Tarix: 17 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390