Dünyanın ən varlı adamı: "Qorxuram..."

Dünyanın ən varlı adamı: "Qorxuram..."O, İT sənayesinin ən çox uğur qazanan və müqabilində ən çox gəlir əldə edən sahibkarlarından biridir. Onun uğurlu biznes formulunu bilmək güman edirik ki, bir çoxları üçün maraqlı olar. Beləliklə, adı biznesin uğur formuluna çevrilən, İKT sektorunun ən dahi, yenilikçi şəxslərindən biri - Bill Qeytsin uğurlu biznes qaydalarını təqdim edirik.Sənin əhvalın və özünə hörmətin dünyaya maraqlı deyil. O, səndən hansısa nailiyyətlər gözləyir.Mənim ağ lövhəm və rəngli flomasterlər dəstim var. Onlar əməkdaşlarla və təklikdə fikirləşən zaman mənə çox kömək edir.Ağıllı insanlar əllərində kifayət qədər fakt olduğu halda problemin mahiyyətini anlamağı bacarmalıdır.Mən biznesə problemin həllinə ehtiyac olan çağırış kimi yanaşıram.Gənc insanlar kollecə getmək istəmədiklərini ifadə etdikdə mən narahatçılıq keçirirəm, çünki məzun olmaq mənə qismət olmadı. Birincisi, mən ali dərəcə almağı gözləməsəm də, kifayət qədər yaxşı təhsil almışam. İkincisi, dünya getdikcə daha mürəkkəb, ixtisaslaşdırılmış və rəqabətli olur, hazırda ali təhsil almaq çox vacibdir.Mən keçmişlə yaşamıram. Mən öz seçimimi etdim və vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün, sadəcə, şübhələnmək lazım deyil. Düşünməyin ki, mən necə yaxşı həkim, tennisçi, poker oyunçusu ola bilərdim. Əmin-amanlığın girovu iradəli olmaq və işi ehtiyatlı tutmaqdır.Eyni qərarı iki dəfə qəbul etməyin. Ən yaxşısı birincidən dönməz qərar qəbul etmək üçün daha çox vaxt və güc sərf edin.Mən iynə üstündə olmağı sevirəm. Çox vaxt belə olduqda yüksək icraçılıq əldə olunur.Uğur pis müəllimdir. O, baş gicəlləndirir, etibarsızdır. Biznes plan və ya ən yeni texnologiya sabah köhnələ bilər.Biznes yaxşı oyundur. Qaydası az, rəqabət isə çoxdur. Hesab pulla aparılır.Fərz edək, siz mənim həyatımı 2 il müddətinə biznes-məktəbə getməyim şərtilə artırırsınız. Mən daha yaxşı nəsə edəcəyimi düşünmürəm. Bu rəflərə baxın, orada biznes kitabları gözünüzə dəyir? Bəli, yoxdur. Onlar bizə lazım deyil.Düşünürəm ki, biznesi idarə etmək asandır. Mənfəət, zərər. Satışın həcmindən xərcləri çıxırsınız və ortada böyük müsbət hesab alınır. Təmiz riyaziyyat.Gəlirin çoxaldılması dünyada ən incə məsələdir. Məhsulunuz nə qədər yaxşı olsa belə, siz uğursuzluqdan cəmisi 18 ay uzaqsınız.Bir məsələni dəqiq bilirəm. Mən öz varislərimə çoxlu pul saxlamayacam. Düşünürəm ki, onlar üçün belə daha yaxşıdır.Hətta hazırda belə məni pul o qədər maraqlandırmır. Əgər mənim qarşıma iş və zənginlik arasında seçim qoyulsaydı, işi seçərdim.Güclü komanda lazımdır, çünki orta komanda onu nə qədər yaxşı idarə etsəniz belə, orta nəticə göstərir. Yaxşı menecerin ən mühüm keyfiyyəti istənilən pis xəbəri mətinliklə qarşılamaq, onlardan qaçmaq yox, "görüş" axtarmaqdır.Bugünkü informasiya cəmiyyətində əsas təbii sərvətlər ağıl, təcrübə və liderlikdir.Sürətlə inkişaf edən sənayedə o şirkətlər uğur əldə edir ki, onlar əsas tendensiyalar arasından lazımlısını seçə bilir və ona nəsə dəyərli bir şey əlavə edir.Pulu ağılla xərcləmək onu qazanmaq kimi çətindir.Biz həmişə yaxın iki ildə baş verə biləcək dəyişiklikləri qiymətləndiririk və qarşıdakı 10 il ərzində nə baş verəcəyini təhlil edə bilmirik. Bu o deməkdir ki, arxayınlaşmaq lazım deyil.Mən məğlub olmaqdan qorxuram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3575   Tarix: 16 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 260
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1282
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 355
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 497
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 515
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 338
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 481
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 262
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 397