Kişilərdə bəyənilməyən hallar nədir? Siyahı

Kişilərdə bəyənilməyən hallar nədir? SiyahıƏn müxtəlif araşdırmalar zərif cinsdə antirəğbət oyadan bir neçə əlaməti müəyyənləşdirməyə imkan verib.

Ağ şalvarlılar - Çox xüsusi bir kostyum olmadıqca ağ şalvar geyinməkdən çəkinin. Ağ kostyuma əsla pul verməyin. Xüsusilə yazda geyilən ağ kətan şalvarlar, 80-ci illərin "Miami Vice"-ın vaxtından qalmadır. Ağ şalvar geyənləri qadınlar ilk baxışda rədd edir.

"Yumurta" dikdaban - Aranızda "yumurta" (oval) dikdaban ayaqqabı geyən varmı? Əgər varsa, o ayaqqabıları dərhal məscidlərin birinin həyətində unudun. Boyunuz sizə görə qısadırsa "buraxın, dağınıq qalsın". Olduğunuz kimi görünün, özünüzə görə yoldaşlar seçin. Amma əsla dikdaban ayaqqabı geyməyin.

Saç jeli - Başına bir qutu jele yaxan və saçları işıqda par-par parıldayan kişilər bütün qadınları iyrəndirir. Çoxlu jele istifadə etməklə siz "qıjı" kontingentinə daxil olmuş sayılırsınız. Saçlarınız hər zaman təmiz olsun, duş qəbul etdikdən sonra da fenlə formaya salın.

Rəngli linza - Göz rənginiz nə olursa-olsun onu sevməyə, alışmağa çalışın. Unutmayın, sizə ən çox yaraşan, doğuşdan sahib olduğunuz göz və saç rəngidir. Başqa bir kişidə rəngli göz çox gözəl ola bilər, amma önəmlisi təbii gözəllikdir. Bir də unutmayın, qadınlar orijinal kişilərdən xoşlanar, "ehtiyat hissəyə" müraciət etməyin.

Təsbeh - Hələ də təsbeh çəkirsinizsə dərhal onu bir kənara atın. Çox lazımdırsa, təcili olaraq əlinizi əyləndirəcək başqa bir şey tapın. Çünki qadınlar təsbeh çəkən kişilərə çox da yaxşı gözlə baxmır. Hətta heç baxmır.

Ucuz ətir - Ümid edirik ki, hələ də ucuz odekolonu ətir yerinə istifadə etmirsiniz. Əgər ətiriniz yoxdursa, odekolon da istifadə etməyin, belə daha yaxşıdır. Kişilərdəki odekolon mövzusu qadınları rəsmi olaraq eyni qütblü maqnitlər kimi itələyir.

Həddən artıq əzələli bədən - Qadınlar bu tip kişilərdən heç xoşlanmırlar. Amma idman salonunda 500 kilo ağırlıqla "bench" press edən kişilər əsla seksual deyil.

"Xaşal qarın" - Həddindən artıq əzələli kişilər bəyənilmədiyi kimi, həddindən artıq qarınlı kişilər də bəyənilmir. Önünüzdə balkon kimi dayanan bir qarınla gəzməyi istəməzsiniz hər halda. Əgər qaçırsınızsa və qarnınız sizdən qabaqda getməyə başlamışsa dərhal onun idarəsini ələ alın və yeməyinizə diqqət edin.

Tər qoxusu - Qadınlar təmiz kişiləri sevir. Ətir olmasa da bədəni təmiz iy verən kişini qadınlar cazibədar sayırlar. Hər gün duş almanız və dezodorant istifadə etməyiniz məsləhətdir. Tər qoxusundan bu şəkildə xilas ola bilərsiniz, amma görünüş ilə də məşğul olmalısınız. İslanınca rəngi dəyişməyən, yəni tərlədiyiniz zaman sizi ələ verməyəcək geyimlər seçin.

Sarı dişlər - Bazarda hər növ diş pastası varkən hələ də sarı dişlərdən şikayətçi olmaq çox pisdir.Unutmayın ki, siz necə qadının gülüşünə diqqət yetirirsinizsə, o da sizin gülüşünüzə diqqət yetirir. Əvvəlcə siqaret çəkirsinizsə, dərhal siqareti atın. Dişlərinizi nizamlı bir şəkildə ağardıcı diş məcunuyla fırçalayın.

Ağız qoxusu - Bunu aradan qaldırmaq üçün bir çox üsul var, amma ağız qoxusu sizin fərqində olmadığınız bir mədə narahatlığından, ya da müalicəsi vacib olan çürük bir dişdən yarana bilər. Əvvəlcə bitmək bilməyən bir ağız qoxusu probleminiz varsa, həkimə gedin. Yediklərinizə diqqət yetirin, sevgilinizlə görüşməyə getməzdən əvvəl soğan, sarımsaq kimi iy verən yeməklərdən uzaq durun. Ağız spreyi ya da nanəli saqqız istifadə edin.

Şalvarın altından görünən alt paltarı - Müəyyən şalvarlar dəbdədir, ancaq bunların altından geydiyiniz paltarlar da əhəmiyyətlidir. Heç bir qadın şalvarın altından görünən ağ tumanı görmək istəməz. Şalvarı aşağı sürüşdürdükdə çəksəniz alt paltarınız görünməz.

Qızıl bijüteriya - Çox zəngin, imkanlı ola bilərsiniz, qızılın rəngini də sevə bilərsiniz, amma qadınların ortaq fikri belədir: "Kişilərə bijüteriya, xüsusilə qızıl bijüteriya yaraşmır. Barmaq qalınlığında qızıl bir boyunbağı və ya barmağını örtən qızıl üzüklərdən, xüsusilə də qaşlı, cəngavər üzüyü kimi üzük taxan kişilər, qadınlar tərəfindən heç yaxşı qarşılanmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2193   Tarix: 20 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1282
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 254
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 463
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 260
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 291
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

20.04.2024 492
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 468
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 493
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 292