102 yaşlı alman nənə Azərbaycan mahnısını rəqs etdi - Video

102 yaşlı alman nənə Azərbaycan mahnısını rəqs etdi - Video

"Eurovision-2012"-də Bakıya təşrif buyuran 102 yaşlı Ella nənədən xəbər var.
Gün.Az məlumat verir ki, yarışma ərəfəsində Roza Zərgərli ilə dostlaşan berlinli Ella nənə müğənniyə özünəməxsus hədiyyə edib.
O, müğənninin ifa etdiyi "Atəş" mahnısının sədaları altında rəqs edib. Həmin görüntü YouTube-a yerləşdirlib.

"Eurovision-2012"-də Azərbaycana gəlib, "Euroklub"da gənclərlə səhərə qədər əylənən Ella nənə, elə həmin ərəfədə Roza Zərgərli ilə tanış olub. Ella nənə Roza Zərgərlini Bavariyada qeyd edəcəyi ad günü məcilisinə dəvət edib.
Ella nənə Kölndə karnaval, Münhendə oktyabr pivə bayramı, Berlində "böyüklər üçün" diskotekanın xüsusi qonağıdır. Əyləncələrə qatılmağı, səyahət etməyi, velosiped sürməyi, "pub"larda pivə içməyi xoşlayan Ella nənənin 4 övladı, 5 nəvəsi və 2 nəticəsi var. O, oxumağı və oynamağı sevir, amma dərman qəbul etməyi əsla xoşlamır.
Alman nənə 1968-ci ildən bu yana "Eurovision"a fanatlıq edir.

menbe:gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 6148   Tarix: 30 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390