Dünyanı şoka salan sui-qəsdlər

Dünyanı şoka salan sui-qəsdlərDünən ABŞ Prezidenti Kennedinin sui-qəsd nəticəsində öldürülməsindən 49 il ötdü.

Ümumiyyətlə XX əsrdə dünyada geniş əks-sədaya səbəb olan bir neçə belə qui-qəsd olub ki, onlar haqqında Gün.Az qısa formada oxuculara məlumatları verməklə tarixə təkrarən nəzər salır.

Con Kennedi (1917-1963)

Con Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda onu 34 dəfə öldürməyə cəhd etmişdir. Həmin ştatda mühafizəkar və ultrasağ qüvvələrin mövqeləri xeyli güclü idi. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü.

Lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?" 1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi.

Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və Məxfi Xidmət agentlərindən ibarət idi. Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident "Linkolnu" gedirdi.

İsti havaya görə təhlükəsizlik agenti Louson "Linkolnun" orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki Məxfi Xidmət agenti var idi. "Linkolnun" arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi.

Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. "Linkoln" Parklend Hospitala yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar.

akin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi.

İndira Qandi (1917-1984)

İndira Qandi 1917-ci il noyabrın 19-da qədim hind şəhəri olan Allahabadda ölkədə məşhur olan vəkillər ailəsində dünyaya gəlib.

Bir neçə gündən sonra onların evinə məşhur şairə Naydudan məktub gəldi. O, məktubda yazırdı: "Bu uşaq Hindistanın yeni ruhu olacaq". Bunu o zaman heç kim ciddi qəbul etmədi. Qarşıda qızı tənha uşaqlıq, yaşına uyğun olmayan ciddi qərarların qəbulu, qayğı və əzablar gözləyirdi.

15 il Hindistanın baş naziri olmuş İndira Qandi 1984-cü il oktyabrın 31-də faciəli şəkildə qətlə yetirilib. Qandi ölkəsinin ərazi bütövlüyünü qoruduğuna görə sikx separatçıları tərəfindən öldürülüb.

Benazir Bhutto (1953- 2007)

İlk dəfə 1988-ci il seçkilərində qələbə qazanaraq baş nazir postuna yiyələnən Bənazir Bhutto 20 ay sonra hərbi qüvvələrin köməyi ilə ölkə başçısı Qulam İshaq Xan tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.

1993-cü ildə ikinci dəfə Pakistanın baş naziri seçilən xanım Bhutto üç il sonra baş verən siyasi qalmaqallar nəticəsində yenidən vəzifəsindən kənarlaşdırılıb. Böyük Britaniyanın keçmiş koloniyası olan müsəlman Pakistanına rəhbərlik edən ilk qadın siyasi xadim kimi tarixə düşüb. 1999-cu ildən etibarən Dubayda sürgün həyatı yaşayan Bənazir Bhutto səkkiz illik bir dövrdən sonra 2007-ci il oktyabr ayının 18-də yenidən Pakistana geri qayıtmağa müvəffəq olub.

Seçkiyə qatılmaq üçün Pakistana dönməyə qərar verən Bhuttoya Pərviz Müşərrəf "Əl-Qaidə" terror təşkilatından təhlükə gözlənildiyi xəbərdarlığı edib. Bhutto isə xəbərdarlığa məhəl qoymayıb.

27 Dekabr 2007-ci ildə 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitingindəki çıxışında sui-qəsdlə öldürülüb. Buttonun ölümündən sonra baş nazir Pərviz Müşərrəf ölkədə üç günlük yas elan etdi. Pakistan hökuməti sui-qəsdlə əlaqəsi olduğu deyilən 15 yaşında bir uşağı həbs etdi.

Bhuttoya sui-qəsddə məsuliyyəti "Əl-Qaidə" üzərinə götürdü. Amma Bhuttonun ABŞ-lı teleaparıcı Mark Şegelə göndərdiyi bir elektronik məktubda "Pakistanda başıma bir şey gəlirsə, cavahdeh Pərviz Müşərrəfdir" yazdığı ortaya çıxdı.

Con Lennon (1940-1980)

Con Ono Lennon - məşhur "The Beatles" qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı.

XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub.

1980-ci il 8 dekabr günü səhərdən axşama qədər Mark Çempmen gələcək qurbanının evi qarşısında oldu. O, burada təsadüfən Pol Qoriş adlı fotoqrafla tanış oldu. Ondan xahiş etdi ki, Con Lennondan avtoqraf alarkən şəkillərini çəksin. Təxminən 16:30 radələrində Con Lennon limuzini ilə həyətə daxil oldu. "Əzrayıl"ına "Double Fantasy" adlı yeni diskinin yazılı nüsxəsini hədiyyə etdi. Səkkiz saatdan sonra isə o, həmin adam tərəfindən amansızcasına öldürüldü.

Daha doğrusu, Con Lennon yaşadığı binaya daxil olmaq istəyərkən kimsə onu arxadan səslədi. O, geri çevrildikdə, dalbadal atılmış 4 güllə ilə qətlə yetirildi. Qatil Mark Çempmen hadisə yerindən qaçmaq əvəzinə tapançasını yerə atıb, paltosunu çıxardı. Cibində gizlətdiyi "Paslığa düşən uçurumun astanasında" kitabını çıxarıb, polislər gələnədək oxumağa başladı.

Şahidlərin dediklərinə görə, o, bu zaman dərindən köks ötürüb, dodaqaltı gülümsəyirdi. Sanki həyati missiyasını yerinə yetiribmiş kimi son dərəcə məmnun görünürdü.

Martin Lüter Kinq (1929-1968)

Martin Lüter Kinq XX əsrin ən görkəmli siyasi xadimlərindən biridir. Ömrü boyu heç bir dövlət vəzifəsi tutmayan bu şəxsin insan haqlarının müdafiəsində, bərabərlik və dözümlülük prinsiplərinin həyata keçirilməsində xidmətləri həddindən artıq böyükdür.

Bütün həyatı boyu təzyiqlərə məruz qalan Kinq 1958-ci ilin sentyabrlnda ağdərili bir qadının bıçaq zərbəsinə tuş gəlir. Lakin bu hadisə də qaradərili lideri öz yolundan dönmür.

Nəhayət, 1968-ci il aprelin 4-də Martin Lüter Kinq hüquq müdafiəçiləri ilə görüş keçirdiyi otelin eyvanına çıxır. Qarşı tərəfdəki evdən bircə atəş açılır. Və bu snayper gülləsi 39 yaşlı Kinqin həyatına son qoyur. Qatil Ceyms Erl Rey 99 illik həbs cəzasına məhkum edilir və 1998-ci ildə həbsxanada ölür.

Olof Palme (1927 – 1986)

Görkəmli İsveç siyasətçisi olan Palme 1963-cü ildə İsveçin Dövlət naziri seçilir. 6 il sonra ölkənin baş naziri seçilir. 1986-ci il fevralın ayının 28-i həyat yoldaşı və övladı ilə kinoteatra gedən baş nazir orada öldürülür.

Sergey Kirov (1886 - 1934)

Sovet dövlət və siyasət adamı. Kommunist Partiyasının Leninqrad vilayət komitəsinin birinci katibi, KP MK-nın siyasi bürosunun üzvü.Kirov 1921-ci ildə Azərbaycan KP-nın sədri olub. O 1934-cü il dekabr ayının 1-də Leninqradda partiyasının qurultayında müxalifətçi Leonid Nikolayev tərəfindən güllələnib.

Raciv Qandi (1944-1991)

Raciv Qandi 1984-cü ildə anasının öldürülməsindən sonra hakimiyyətə gəldi. O hakimiyyətinin ilk illərindən islamçılara qarşı sərt addımlara atmaqla yadda qaldı. 21 may 1991-ci il tarixində mitinqdə çıxışı zamanı Qandi sui-qəsdə məruz qaldı. Onu "Qayatri" ləqəbli şəxs öldürdü.

Ənvər Sədat (1918 – 1981)

Ənvər Sədat Misirin üçüncü prezidenti olub. O 1970-ci ildə Misir Prezidenti seçilir. İsraillə imzaladığı Kemp Devid sülh müqaviləsi ölkədə ciddi narazılığa səbəb olur. O 1978-ci ildə Nobel mükafatına layiq görülür.

Bundan 3 il sonra 1981-ci ildə Misirin müstəqilliylə bağlı keçirilən hərbi paradda sui-qəsdə məruz qalır. Onu islamçı qüvvələr qətlə yetirir. Ənvər Sədata 72 güllə dəyir. Onu öldürən islamçı Halud Əl İslambuli 1982-ci ildə edam edilir.

gün.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5480   Tarix: 24 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022