Məktəbdən gərdəyə – Araşdırma

Məktəbdən gərdəyə - AraşdırmaQızlar niyə təhsilə yox, nikaha "hə" deyirlər?

Bu il universitetlərə daxil olan qızların sayında 21%-ə qədər artım olub. Bunu Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev bildirib. Şöbə müdiri Dövlət Statistika Komitəsinin təhlillərinə istinadla əlavə edir ki, bütün ali məktəblər, eləcə də hərbi məktəblər də daxil olmaqla 2009-2010-cu tədris ilində tələbələrin sayı 139 min 194 nəfərdir. Onlardan 63 min 940, yəni 45,9%-i qızlardır. Təhsil Nazirliyi bunu müsbət irəliləmə kimi təqdim etsə də, araşdırma aparanda görmək olur ki, əslində bu artım Azərbaycanın böyük şəhərlərinin hesabına baş verir, rayon və ucqar kəndlərində qız uşaqlarının təhsil almaları problem olaraq qalır.

Azərbaycanda elə rayonlar var ki, attestat alanların cəmi 10 faizi qızlardır. Məsələn, 2011-ci ildə Astarada belə olub. Rayondan ali məktəbə girən 118 nəfərdən cəmi 25-i, yəni 21,8%-i qızlardır. Bir çox rayonlarda da vəziyyət buna yaxındır. Lerikdə 14,6 faiz, Masallıda 14,5 faiz, Zaqatalada 12,8 faiz, Qusarda 12,3 faiz, Ağcabədidə 11 faiz, Zərdabda 14,6 faiz, Kürdəmirdə 14,5 faiz, Saatlıda 12,9 faiz, Sabirabadda 17,3 faiz, Hacıqabulda 15,1 faiz qız attestat alıb. Göründüyü kimi, sadaladığımız rayonlar bütün Azərbaycanı əhatə edir və Sovet dövründə bu rayonlar qızların təhsil səviyyəsinin yüksək olması ilə seçilirdi.

Elə Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova da rayon yerlərində qızların təhsilə meylli olmadıqları ilə bağlı həyəcan təbili çalır. Belə ki, komitə sədri "Beynəlxalq Qızlar Günü"nə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanda qızların ali təhsil alması ilə bağlı problemin ildən ilə kəskinləşdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda erkən yaşlarında ərə verilməsi problemi qızların təhsildən kənar düşməsinə səbəb olur. Komitə eyni zamanda Azərbaycanda erkən nikah hallarının daha çox maddi vəziyyəti nisbətən ağır olan və çoxuşaqlı ailələrdə müşahidə olduğunu açıqlayıb.

Milli Məclisin Sosial-Siyasət Komitəsinin üzvü Musa Quliyev isə bu problemi ilk öncə təhsil sistemində olan problemlərlə əlaqələndirir. Millət vəkilinin fikrincə, rayon yerlərindən olan qızların şəhərə gələrək burada təhsil almaları ailələri üçün problemdir: "Bir çox rayonlarda peşə məktəbləri və ya texnikumlar yoxdur, bundan başqa peşə məktəbini bitirəndən sonra onların işə düzəlməsində çətinliklər yaşanır. Ona görə də bu cür şeyləri düşünən valideyn ən asan yola əl atır. Qızın 14 yaşı olan kimi onu ərə verir". Yəni Musa Quliyev də hesab edir ki, bu məsələnin digər problemli tərəfi erkən nikahlarla bağlıdır.

Bir çox mütəxəssislər isə hesab edirlər ki, erkən nikahlara yola açan əsas amil din faktorudur. Yəni indi insanlar onlara sərf edən tərəfdən yanaşaraq qızları 13-14 yaşına çatan kimi ailə qurmağa məcbur edirlər. Məsələn, əvvəllər Azərbaycanda dini cərəyanların bu qədər çox olduğunu, özü də açıq şəkildə fəaliyyətini görmək olmazdı. İndi cürbəcür dini qruplaşmalar yaranır və bundan ən çox qadınlar əziyyət çəkir. Artıq həmin dindarlar" qızlarını nə məktəbə qoyur, nə də əlinə kitab almağa imkan verir.

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev bu illər ərzində bu problem ətrafında əldə etdiyi təcrübəsindən çıxış məsələnin qarşısında dayana əsan problemin din olduğunu düşünür. Ekspertin fikrincə, bu məsələdə İranın Azərbaycana təsiri, bir sıra İslam cərəyanlarına Azərbaycanda meylin artması ölkədəki vəziyyəti bu həddə çatdırıb. Onun sözlərinə görə, İranın təsiri güclü olan rayonlarda bu meyl getdikcə artacaq: "Lerik, Yardımlı, Cəlilabad, Masallının bir hissəsi, Biləsuvarın bir hissəsi, Bakı kəndləri, Qobustan rayonu, Şamaxı rayonlarında qadınların orta məktəbə cəlb edilməsində çox ciddi problemlər var. Bu ərazilərdə vəziyyət o həddədir ki, 9-cu sinifə qədər qızların nişanlanması uğrunda məktəbdə rəqabət gedir. Məsələn, Yardımlı rayonunda qızların 20%-i məktəbə getmir. Burada hansı ali təhsildən danışmaq olar?"

İlahiyyatçı İsmayıl Əhmədov isə bu məsələni İslamla bağlamağı doğru saymır. Onun sözlərinə görə, İslam dini qadınların təhsilinə heç bir qadağa qoymur. O, qızların təhsildən yayınaraq erkən nikaha daxil olmaqlarını başqa səbəblərlə bağlayır: "Məsələn, bir çox valideynlər qızlarının ərə gedə bilməyib, evdə qalacağından qorxur. Ona görə də valideynlərin fürsət yaranan kimi ağına-bozuna baxmadan qızlarını imkanlı ailələrə verməyə çalışırlar. Təhsilin səviyyəsi aşağı olduğundan qızların oxuya bilməyəcəklərini görüb, ərə getməyi hər şeydən üstün tuturlar. Qızlar da təhsil alanların işsizlikdən əziyyət çəkdiyini görüb, ərə getməyi üstün tuturlar.

Kənd yerlərində qohumluq münasibətlərinin həllində güclü ənənələr də var ki, onların İslama heç bir dəxli yoxdur". İlahiyyatçı hesab edir ki, hər bir qız mütləq müəyyən bir sənətin sahibi olmalıdır, özünü təmin etməyi, ayaqüstə durmağı bacarmalıdır. Məhz bundan sonra qızların ərə getməsi haqda düşünmək olar.

İlahiyyatçının sadaladıqları hamısı sosial məsələlərdir və məsələyə dövlətin qarışması vacibdir. Elə ekspert Əlövsət Əliyevin fikrincə, qadınların hüquqlarının müdafiəsi sahəsində mütəmadi olaraq icra olunan vahid dövlət siyasətinə ehtiyac var: "Bu olmasa, problem həll olunmayaraq qalacaq. Məsələn, məktəb direktorları valideynlərlə bacara bilmirlər. Amma rayon prokuroru, rayon polis idarəsinin rəisləri 14-15 yaşlı qızların toylarında iştirak edirlər. Halbuki 18 yaşına çatmayan qızların ailə münasibətlərinə daxil olması cinayətdir".

Onun fikrincə, bu məsələdə geniş maarifçiliyə ehtiyac var: "13-14 yaşlı qızların ərə verilməsini əxlaqsızlıq, tərbiyəsizlik hesab edir. İnsanlar buna adət-ənənə deyir, amma cəmiyyətdə bu köhnəlmiş adətlərə qarşı, bu tərbiyəsizliyi təbliğ edən adətlərə qarşı çıxmaq lazımdır. Ancaq onda bu məsələ həll oluna bilər.

Ansperss


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 8809   Tarix: 16 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bunlar bəxtsizlik və yoxsulluq gətirir - Qarderobunuzdan çıxarın

Fən-şuy təliminin tərəfdarları hesab edirlər ki, insanın xarici görünüşü onun daxili vəziyyətini əks etdirir. Onların fikrincə, səliqəli və baxımlı geyim özünəinamı artırmağa, müsbət enerji cəlb etməyə və hətta uğur qazanmağa kömək edə bilər. Əksinə, çirkli, köhnəlmiş və ya zədələnmiş geyimlərin mənf

07.06.2026 236
.

Pullarını saymaq üçün 31 min 700 il lazımdır

"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. B

14.06.2026 204
.

Kondisionersiz evi sərin saxlamağın sadə yolları

Yay istisində otağı sərinlətmək üçün hər kəs kondisionerdən istifadə edə bilmir. Buna görə də bir çox insan daha sərfəli və sadə üsullarla evdə rahatlığı artırmağa çalışır. İtaliyalılar və ispanlar isti havaların təsirini azaltmaq üçün su ilə doldurulmuş butulkalar, pəncərəyə asılan nəm parçalar və qalı

13.06.2026 185
.

İdman ayaqqabılarının arxasındakı halqa BUNUN ÜÇÜN İMİŞ

İdman ayaqqabılarındakı arxa halqa detalı ayaqqabının daha rahat geyilməsini təmin edir, eyni zamanda ayağın içəridə daha yaxşı sabitlənməsinə kömək edir. Xüsusilə qaçış və yürüş zamanı komfortu artıran bu kiçik dizayn elementi ayaqqabının qurudulmasında da praktik istifadə imkanı təklif edir. xəbə

13.06.2026 212
.

Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: dərhal uzaqlaşdırın

Evdə internetin sürətini və sabitliyini artırmaq üçün bəzi cihazları routerdən bir qədər uzaqlaşdırmaq kifayət edə bilər. Bir çoxumuz evdə internetin qəfil zəifləməsi ilə qarşılaşmışıq. Belə hallarda ilk ağla gələn internet provayderinə zəng etmək və ya yeni router almaq olur. xəbər verir ki, mütəxəssislə

14.06.2026 178
.

Qabyuyan maye ilə unitaz təmizləməyin ÜSULU

Hamam otağında təmizliyi qorumaq çox vaxt həm vaxt aparır, həm də güclü kimyəvi vasitələrin istifadəsini tələb edir. Lakin unitazdakı çirk və xoşagəlməz qoxunu sərt kimyəvi maddələr olmadan aradan qaldırmağa kömək edən daha sadə bir üsul var. Söhbət adi qabyuyan mayedən gedir. xəbər verir ki, bu üsu

14.06.2026 192
.

Ağ krossovkalar artıq dəbdə deyil: Bu yay cinslərlə hansı ayaqqabı daha uyğundur?

Ağ krossovkalar tədricən öz yerini yeni favoritə verir və cins şalvarla belə daha yaxşı görünən ayaqqabı 2026-cı ilin dəb trendinə çevrilir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, bu yay moda dünyasının mərkəzində loaferlər dayanır - onlar mövsümün ən aktual ayaqqabı modellərindən biri sayılır

11.06.2026 460
.

30 il evindən çıxamayan qadın: Hamı ŞOKDADIR

Polşanın Krakov şəhərində yaşayan 50 yaşlı Maqdalena adlı qadının 30 il ərzində yaşadığı mənzildən kənara çıxmadığı məlum olub. xarici mediaya istinadən xəbər verir ki, hadisə yerli sakinlərin eyvanlarda və giriş hissələrdə kömək qeydləri tapmasından sonra üzə çıxıb. Məlumata görə, qeydlərdə kömək üçü

07.06.2026 456
.

Afrikada elmə məlum olmayan mavi hörümçək aşkarlandı

Afrikanın Anqola ərazisində aparılan biomüxtəliflik tədqiqatları zamanı alimlər elm üçün yeni olan onlarla canlı növü aşkar ediblər. CNN-nə istinadən xəbər verir ki, araşdırmalar ölkənin şərqində yerləşən Lisima yaylasında aparılıb. Tədqiqatçılar burada əvvəllər qeydə alınmamış səkkiz iynəqanadlı, ü

07.06.2026 288
.

TOP MP3