Azərbaycanda erkən nikahlar sürətlə artır

Azərbaycanda erkən nikahlar sürətlə artırDövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il erkən nikaha daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq 6,9% çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur. Qeyd edək ki, erkən nikah dedikdə 18 yaşınadək uşaq və yeniyetmələrin nikahı nəzərdə tutulur.

Ümid Partiyasının Ailə, qadın və uşaq problemləri üzrə müşaviri Zöhrə Zeynalova bildirib ki, erkən nikah probleminin həll olunmaması ilə yanaşı ildən-ilə artan statistik rəqəmlər bu barədə narahatlığa əsas verir: "Bəzi valideyinlər müxtəlif məqsədlərlə, xüsusilə də 18 yaşına çatmamış qız uşaqlarının ərə verərkən buna din və adət-ənənələri bəhanə edərək özlərinə bəraət qazandırmaq istəyirlər. Xüsusən regionlarda valideyinlər uşaqlarını qorumaq, qızlarının ismətini müdafiə etmək və ya özlərini qız övladlarını dolandırmaq yükündən azad etmək niyyəti ilə erkən nikaha üstünlük verirlər.

Evlənməkdə və ərə getməkdə əsas məqsəd birlikdə yaşamaq,xoşbəxt ailə həyatı qurmaq və dünyaya övlad gətirməkdir.
Erkən nikah sözüz ki, qeyri-qanuni şəkildə qurulur. Rəsmi nikahı olmayan ailələr dağılarkən qadının ən cox üzləşdiyi probləmlərdən biri də alimentlərin verilməsi ilə bağlıdır. Qanun ərin əlavə gəlir mənbəyini, əməkhaqqının məbləğini sübut etmək vəzifəsini qadının üzərinə qoyur. Qeyd edək ki, rəsmi nikahı olmayan qadınlar vərəsəlikdən də məhrum olurlar.

Dünyada 24 yaşına qədər hər üç qadından biri 18 yaşına çatmamış ailə qurub. Bu, təxminən 70 milyon nəfər deməkdir. Son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etməkdədir. Bu vəziyyəti nəzərə alaraq BMT 11 oktyabrı Beynalxalq Qizlar Günü kimi qeyd edib. Artıq BMT baş katibi bu tarixlə bağlı müraciət təqdim edib. Müraciətdə qeyd edilib ki, dünyada hər gün qızlar ayrı-seçkilik, zorakılıq və sui-istifadə ilə üzləşirlər. Bu gün BMT diqqəti erkən nikah məsələsinə yönəldir. Erkən nikah və arzuolunmayan hamiləlik həyat üçün təhlükəli risklərlə nəticələnir. Əgər ananın yaşı 18-dən azdırsa, onun körpəsinin 1 yaşına çatmamış tələf olması ehtimalı 19-dan yuxarı olan anaların körpələri ilə müqayisədə 60% daha çoxdur. Çox erkən doğan ana daha uşaq istəmir, ardıcıl aborta gedir. Bununla da qadının yenidən ana ola bilməsi risk altına düşür.

Rəsmi statiskaya görə, Azərbaycanda hər il yaşı 15-19 arasında olan 1000-dən artıq qız abort etdirir: 2009-cı ildə 1351 qız, 2011-ci ildə isə 1204 qız. Bu göstəricilər ildən ilə artır. Ekspertlər bu yaşda abortların sayının artımasını erkən nikahlarla əlaqələndirir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə ötən il qızlar arasında 18 yaşadək nikaha girənlərin sayı 5138 nəfər olub. Özü də bu göstərici son 10 ildə artmaqda davam edib.

Ümid Partiyası erkən nikahların sayının azaldılması ilə bağlı özünün proqram-layihəsini hazırlayır. Lakin bunun üçün ölkəmizdə ilk olaraq ailələr arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Dövlət bu işlə məşğul olan QHT-lərə, layihələrə ciddi dəstək verməklə nəticələri araşdırmalı və real nəaliyyətlər qazanmaqda maraqlı olmalıdır. Bu sahədə inkişaf etmiş ölkələrin praktikası dərindən öyrənilməli və tətbiq olunmalıdır. Yalnız bundan sonra cəmiyyətdə erkən nikahların azalmasının şahidi ola bilərik".

xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4714   Tarix: 14 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693