"Eurovision-2013" müsabiqəsinin milli seçimləri keçirilir (Video)
Azərbaycan "Eurovision-2013" təmsilçisinin seçiminə start verilib.
Gün.Az İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) telekanalının saytına istinadən xəbər verir ki, gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək müsabiqədə iştirak etmək istəyənlərin sənəd qəbuluna başlanıb.
Oktyabrın 25-dək davam edəcək sənəd qəbulunda 16 yaşdan yuxarı ifaçılar özlərini sınaya bilərlər.
Milli seçim turlarında iştirak etmək istəyənlər sənədləri İTV-də Təşkilat Komitəsinə təqdim etməlidir.
menbe:Gun.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş