Aysel Əlizadə kimin səhvini tutdu: "Məni oxucuma qısqanırlar..."

Aysel Əlizadə kimin səhvini tutdu: İkinci məktub
Oxucum, Sizə məktub yazdığım gün yatmağa hazırlaşırdım ki, Kamal müəllim gəldi dayandı gözümün qarşısında. Ağlımdan çıxmadı adam. Üzünün bütün cizgilərini dəqiqliyi ilə xatırlayırdım. Mən əslində sima xatırlaya bilmirəm.

Ən yaxın adamlarımın da üzü detallarıyla gözümdə canlanmır. Kitabın təsirindəndi, yəqin. Hansı dönəmdə nə oxuyursansa, o dönəmdə həmin kitab haqda düşünürsən, danışırsan. Yəqin müəllifi tanıdığım üçün onun haqqında fikirləşirəm. Bu adamın dünyası mənə maraqlıdı. Onun nə qədər yerdən uzaq nəsnələrlə uğraşması hər yazısında ifadə olunur. Başa düşə bilmirəm ki, Yerdən bu qədər uzaqda yaşayan, zamandan gah irəli, gah geri qaçan bu yazıçı necə olur ki, universitet idarə edir, tələbə yetişdirir, necə sığışdırır hər şeyi pudra qabı boyda saatın içinə? Onun aləmi maraqlıdı, əsrarəngizdi, boyalıdı, Günəşlidi.

Biz görüşmüşük. Azad Mirzəcanzadə haqda ssenari hazırlayırdım, yanına getdim. Bilirdim ki, dost olublar. İstəyirdim Azad müəllim haqda danışsın. Dedi ki, mənə onun şöhrətindən pay lazım deyil. Heç nə, ordan-burdan danışdıq, qayıdıb gəldim evimizə. Hə, bu ssenari məsələsi də maraqlıdı. Ancaq birini qoyub, o birindən yazmaq istəmirəm. Zaman-zaman yəqin ora da gəlib çıxacağıq. Kamal bəy özü də bilmədən mənə "Don Kixot"u təkrar oxutdurub. Müsahibələrində, yazılarında o qədər bu əsərdən danışırdı ki, dözməyib kitabı təzədən oxudum. Sanço Pansanın Baratariya adlı bir ada-şəhərə qubernator təyin edildiyi hissələri daha çox sevirəm, rəsmən zövqdən qəşş eləyirəm kitabın o yerlərini oxuyanda. Bir yeri lap qiyamətdi. Deməli, Sançonu

Baratariyaya qubernator göndərirlər. Adamlar həmən ağıla gəlməz istəklər, xahişlərlə axışıb gəlirlər onun yanına. Bir tam onda beş gündən sonra (1,5) - burda bir göz vurmağım gəlir sizə;)) - hardansa bir kəndli haray-həşirlə, min bir minnətlə qubernatorun qəbuluna keçib oğlunu evləndirmək üçün ondan altı yüz dukat pul istəyir. Sanço da yumur gözünü, açır ağzını: "Nadan, sırtıq kəndçi, mən bir sutka yarımdı qubernatoram, istəyirsən altı yüz dukatım olsun?" Əladı ee...

Qısası, Pənah Xəlilovun ruscadan ləyaqətlə, yüksək peşəkarlıqla çevirdiyi bu kitabın əvəzi yoxdu. ( 1985, "Gənclik") Bütün zamanların əsəri deyirlər a, bax o, "Don Kixot"du.

Kamal Servantesi sevir, Borxesi sevir. Kamal təkrarsız yazarları sevir. O yazarları ki, onları "kopirovka" eləmək mümkün deyil. Məsələn, "Adaşlar" hekayəsini oxuyanda Borxesi nə qədər sevdiyini canınla-qanınla hiss edirsən. Hekayənin Borxesin xatirəsinə yazıldığını bilmədən "bu ki Borxesdi" fikirləşirsən. Hətta sənə elə gələ bilər ki, Kamal Abdulla Borxesdən "oğurlayıb". "Adaşlar" hekayəsində də gözümə ilişən səhvlər oldu. Məsələn,

Anasının guya ki, zəhmli səsi mətbəxdən, əslində isə uzaqdakı illərin o tayından zəifləyə-zəifləyə, amma hələ gəldikcə o daha böyük şövqlə ayaqlarına güc verərdi, balkondakı səs-küy ən yüksək həddinə çatanda isə anası durub məcbur olardı mətbəxdən balkona gələrdi, üz-gözünə son dərəcə ciddi bir ifadə verib, qorxulu-qorxulu pıçıldardı..." Adam istəyir desin: Kamal müəllim, ağ eləməyin də, belə cümlə olar?

Müəllif tələsik yaza bilər, hansısa məqam gözündən yayına bilər, ancaq redaktoru var kitabın, onun işi bu səhvlərə lupayla baxmaqdı və düşünürəm ki, cümləyə bu cür düzəliş vermək olardı. "Anasının mətbəxdən, - əslində isə (uzaq) illərin o tayından, getdikcə daha zəif eşidilən guya ki, zəhmli səsi gəldikcə, o, ayaqlarını daha böyük şövqlə yerə vurar, ana da məcbur olub, yerindən durub mətbəxdən balkona gələr, üz-gözünə son dərəcə ciddi ifadə verib qorxulu-qorxulu pıçıldardı..."

Gözümü dələn daha bir məqam var: "...bu dəfə velosiped üzü ona tərəf daha tarazlı hərəkət edirdi. "Tarazlı" deyə bir ifadə yoxdu axı, "taraz" özü təyinedici, ona "lı" şəkilçisi artırmaq gərəksizdi. "Daha taraz", "daha taraz vəziyyətdə-şəkildə" olar, ancaq "daha tarazlı" ola bilməz.

Hekayənin bir yerində də belə yazılıb: "Qaranlıq olsa da artıq üz-gözləri, saçları, burun-qulaqları bir az daha aydın görünməyə başladı. Oxşarlığın dərəcəsi hər ikisinə əyan oldu". "Qaranlıq olsa da, hər ikisinin üz-gözü, burun-qulağı, saçları getdikcə aydınlaşdı, onlar nə qədər oxşar olduqlarını gördülər". Ən pis halda bu cür yazmaq olardı, zənnimcə.

Dediyim kimi, kitabda qeyd elədiyim belə məqamlar çoxdu. Ancaq sizə yazdığım bu məktubda bütün kitabı qaralamaq fikrim də yoxdu. Qeydlər elədiyim kitabı verəcəm Kamal bəyin özünə. Razılaşsa da sağ olsun, razılaşmasa da. Düşünmürəm ki, inciyər. Kitabının bu cür diqqətlə oxunmasına əslində yazar yalnız sevinə bilər. Oxucum gözümdən yayınan hansısa detalı tutanda, duyanda mutlu oluram mən. Oxucu diqqəti yazar üçün əvəzsizdi. Hətta Sizə yazdığım ilk məktubumdan məni oxucuma qısqanan dostlarım da oldu. Hətta inciyəni də oldu. "Danışmağa adam tapmıram-filan, nələr olur? Bəs biz, bəs mən?" kimi ittiham dolu küskünlüklər hiss elədim dostlarımda. Haqlıdılar, əlbəttə. Çünki çox yaxşı dostlarım var, olduqca dost olan adamlarım var! Ancaq bir başqa məsələ də var. O haqda gələn məktubda yazacam. Dostlarımdan da yazacam. İlk məktubda dediyim kimi - ağlımdan, həyatımdan, dünyadan keçən cərəyanlardan söz açmağa calışacam. Bu, isti cərəyan da ola bilər, soyuq da. Gələn dəfə... gələn dəfələr çox gələcək.

Yeri gəlmişkən, Müstəqillik Gününüz kutlu olsun! Çox istədim bu haqda yazım, nəsə alınmadı. İndi bu haqda danışa bilmirəm. Bu gün olmasın, sonra olsun. Onsuz da bu, bir günlük mövzu deyil.
Gözlərinizi qoruyun... hələlik.

Lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7254   Tarix: 19 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817