Şakiranın Tofiq Bəhramov stadiondakı məşqindən görüntülər -Video

Şakiranın Tofiq Bəhramov stadiondakı məşqindən görüntülər -VideoHazırda Bakıda səfərdə olan dünya şöhrətli müğənni Şakira konsertinin məşqlərinə başlayıb.
Görüntülər Şakiranın Tofiq Bəhramov adına stadionda sabah "17 yaşlı qadınlararası dünya çempionatı"nın bağlanış mərasiminin məşqləri zamanı çəkilib.
Kadrlar ANS telekanalı tərəfindən lentə alınıb.
Xatırladaq ki, çempionatın bağlanış mərasiminin səhəri gün, oktyabrın 14-də müğənninin "Baku Crystal Hall"da konserti olacaq.
Şakira Bakıya 80 nəfərlik heyətlə gəlib.
Xatırladaq ki, bir müddət öncə Şakiranın Bakı konsertinin təxirə salınacağı deyilsə də, o, özünün facebook fan-page-ində yerləşdirdiyi video-çarxda Azərbaycana gələcəyi ilə bağlı ismarıc göndərmişdi.
Qeyd edək ki, Şakiranın Bakı konserti "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 11966   Tarix: 13 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390