Təhlükəsiz rejim (Safe Mode)

Təhlükəsiz rejim (Safe Mode)Windows-u işə sala bilmirsinizsə və artıq “Son uğurlu konfiqurasiya” üsulunu müvəffəqiyyətsiz sınayıbsıbızsa, Windows-u təhlükəsiz rejimdə başlada bilərsiniz.

Təhlükəsiz rejimdə Windows yalnız maus, monitor, klaviatura, disklər və əsas video qurğusunun sürücülərini yükləyir. Yalnız əsas sistem xidmətləri işə salınır, və şəbəkə aktiv edilmir. Bu, Windows normal yüklənmirsə, sistemdə olan problemləri həll etmək üçün kifayətdir. Nümünə üçün, qurğuların vəziyyətinə baxa bilərsiniz, şübhəli proqram və sürücüləri silə bilərsiniz və Sistem Bərpasını (System Restore) işə sala bilərsiniz.

Təhlükəsiz rejimin tətbiq nümunəsi Windows XP daxilində video qurğusu üçün xətalı parametrlər və ya sürücünün quraşdırılmasıdır. Təhlükəsiz rejimdə əsas VGA sürücüsü (vga.sys) yüklənərək 16 rəngdə 640 x 480 keyfiyyətidə işə düşəcək.

Təhlükəsiz rejimdə bir çox proqram və xidmətlər işə salına bilməz. Məsələn, bu rejimdə lentlə işləyən disk qurğuların istifadəsi mümkün deyil, beləliklə bu cür qurğuların istifadəsi ilə bərpa və ehtiyyatlanma əməliyyatları də mümkün olmayacaq. Təhlükəsiz rejimdə yalnız inzibatçı hüquqlu hesablar keçərli olur.

Təhlükəsiz rejimə keçmək üçün kompüteri işə saldıqda F8 düyməsi ilə “Windows Advanced Options” menyusunu aktivləşdirib, çıxan siyahıdan “Safe Mode” sətrini seçin. Standart “Safe Mode” variantı ilə bərabər, bu menyuda bir sıra digər təhlükəsiz rejimlər mövcuddur:
- Safe Mode with Networking вЂ" Şəbəkə dəstəkli Təhlükəsiz rejim, şəbəkənin istifadəsi üçün lazım olan sürücü və xidmətləri yüklərir. İnternet və ya lokal şəbəkədən istifadə etməyə imkan verir.

- Safe Mode with Command Prompt вЂ" Əmr sətri ilə Təhlükəsiz rejim, adi rejim ilə eynidir, lakin standart qrafik mühit yerinə əmr sətrini (cmd.exe) işə salır.

- Enable VGA Mode вЂ" VGA rejimi, Windows-u 640 x 480 ekran keyfiyyəti ilə işə salır və cari sürücüdən istifadə edir (adi təhlükəsiz rejimi isə vga.sys sürücüsündən istifadə edir). Videoadapter və ekran parametrləri ilə yaranan problemləri həll etmək üçün istifadə olunur.

- Debugging Mode - Xəta diaqnostikası rejimi, xətalar haqqında məlumatı kabel vasitəsilə xüsusi qurğuya ötürür.

- Enable Boot Logging вЂ" Yüklənmə jurnalını aktivləşdir, bütün əməliyyatlar haqqında qeydləri Ntbtlog.txt adlı fayla qeyd edir. Bu fayl %SystemRoot% (əsas diskdə) qovluğunda yerləşir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3217   Tarix: 11 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040