Bakı Dövlət Universitetinin yaranmasından 93 il ötdü

 Bakı Dövlət Universitetinin yaranmasından 93 il ötdü1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin qərarı ilə Avropa və Asiyanın qovşağında yeni ali təhsil ocağı yaradılıb.

Bu gün Bakı Dövlət Universitetinin yaranmasından 93 il ötür. Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olunub-Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb. Universitet ilk tədris ilini 2 fakültə ilə-tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri dahi Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar-professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil alıb.

1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edilib və onun bazasında Ali Pedaqoji İnstitut yaradılıb. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb və o, respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrilib. Ikinci Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bilib. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olub. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri BDU-nun bazasında yaradılıb. 1969-cu ildən sonra yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlayıb. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradılıb. Bu gün BDU-da 3500 nəfər professor-müəllim heyəti çalışır, 16 fakültə, 2 elmi institut və çoxsaylı laboratoriyalar fəaliyyət göstərir.

ANSPRESS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7344   Tarix: 01 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Artıq Azərbaycan ağıllı ev sistemləri istehsal edir" - Elmin Sadıqov - VİDEOMÜSAHİBƏ

Şirkətimiz smart sistem olaraq Azərbaycanda yeganə istehsalçı şirkət olan El Smartın qurğuları ilə təchiz edilib. Bizim məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Bu sözləri "Smart system" şirkətinin rəhbəri və təsisçisi Elmin Sadıqov -a müsahibəsində deyib. "Evə təsir edə

10.05.2024 263
.

İlham Əliyev: "Bu gün Şuşanın yeni tarixi başlayır"

"Bu gün Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərini

10.05.2024 138
.

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq"

10.05.2024 234
.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373
.

Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. Hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M.Mustafayev tərəfindən qaçırılıb. Ailə hadisə ilə bağlı polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gənc

10.05.2024 316
.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10.05.2024 156
.

Rusiyada neft istehsalı müəssisəsinə dron hücumu oldu

Rusiyaya aid olan Başkortostan Respublikasında neft hasilatı müəssisəsinə dronla hücum edilib. BİG.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Rusiyanın "Qazprom" enerji şirkətinə məxsus neft istehsalı müəssisəsinə dron hücumu nəticəsində zərərsizləşdirilib

10.05.2024 61
.

Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş başlayıb - VİDEO

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb. APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raund

10.05.2024 209
.

Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, Bakı və bir sıra ətraf ərazilərdə mənzillər kütləvi şəkildə satışa çıxarılır və ucuzlaşma prosesi gedir. Yay aylarının sonlarında, tələbələr paytaxta axın etdiyi üçün bu dönəmlərdə kirayə mənzil bazarında qiymətlər əl yandırır. Lakin yay aylarına doğru bu tendensiya dəyişir. İlin b

10.05.2024 540