"İstifadəyə yararsız butulkalar yanğına səbəb olur" - FHN -dən yanğınlarla bağlı AÇIQLAMA

"İstifadəyə yararsız butulkalar yanğına səbəb olur" - FHN -dən yanğınlarla bağlı AÇIQLAMAXəbər verdiyimiz kimi, son günlərin ən aktual hadisələrindən biri də məhz yanğınların olmasıdır. Avqustun 22-də Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında , avqustun 23- də Qəbələ rayonunda kolluqda baş verən yanğın, ondan əvvəlki tarixlərdə isə digər rayonlarımızda meşə sahələrində və son olaraq Şəkidə kolluq sahədə olan yanğın hadisəsini buna misal göstərmək olar. Hər gün demək olar ki, bu mövzu öz aktuallığını saxlamış olur. Yaşayış evlərində, sosial obyektlərdə, meşə və çöllüklərdə yanğınlar olur. Bəs silsilə xarakter daşıyan bu hadisələrin baş verməsini nə ilə əlaqələndirmək olar?

Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev Sonxeber.az-a açıqlama verib: " Hər bir hadisəyə hüquqi qiymət verilməlidir. Ümumiyyətlə? deyə bilərəm ki, bəzi vətəndaşlar, müəsissə rəhbərləri və orada çalışanlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Bu qaydalara çox səhlənkar yanaşılır. Təhqiqatların da yekunu onu göstərir ki, təhlükəsizlik qaydalarına etinasız yanaşma yanğın hadisələrinə səbəb olur".

Bundan əlavə, Elnur Babayev istilər olduqda belə, bizim meşələrimizdə Rusiya torpaqlarında olan torf olmadığına görə öz-özünə alışmanın olmamasını da vurğuladı: " İnsanlar meşə sahələrinə, istirahət mərkəzlərinə üz tutur, qidalanmaq və digər məqsədlər üçün ocaq qalayırlar. Daha sonra həmin ocağı nəzarətsiz qoyulur. Təbii ki, bu da yanğınların baş verməsinə gətirib çıxarır. Hətta, bir siqaret kötüyünün söndürülməmiş yerə atılması yanğınlara səbəb olur".

Elnur Babayev açıqlamasında yanğının baş verməsini adi bir şüşə butulka ilə yaranacağı ehtimalına da toxunub: " İnsanlar butulkanı istifadə etdikdən sonra yerə atırlar. Yerə atılmış butulkaların günəş şüalarının təsiri ilə - fokslaşması nəticəsində yanğın hadisəsi də baş verə bilər. Adi lupanın altına kağızı qoyub günəş şüası ilə təmas yaratsaq bir necə saniyə sonra kağızın yanmasına şahid olarıq. Yenə də gəldik insan amilinə. O butulkanı ora atan kim olmuşdu? Əlbəttə ki, insan..."

Həmçinin, Elnur Babayev qeyd edib ki, yanğın hadisələri də mövsümə görə dəyişir: "Yağışlar yağan vaxtı yol kənarına atılmış, söndürülməmiş siqaret kötüyü o qədər də təhlükə törətməsə də, yay mövsümündə isə şərait və səbəblər dəyişir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası baş verəcək yanğın hadisələrinin söndürülməsi, onun nəticələrinin aradan qaldırılmasına hazırdır. Yanğın nəzarəti olaraq bizim devizimiz Ulu öndərin dediyi sözdür: "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1639
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 282
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 409
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

11:48 325
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 280
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 344
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 283
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 1241
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

11:10 597