Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMAAzərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır.

Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu üç qonşu ölkənin payına düşür. Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.

Maraqlıdır, görəsən, turizm sektorunda artım dinamikasını qorumaq üçün konkret hansı məqamlara diqqət yetirilməlidir? Bu istiqamətdə əlavə hansı addımların atılmasına ehtiyac var?

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Azərbaycan cəlbedici ölkələrdən sayılır

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, ötən illərlə müqayisədə bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayında təxminən 40 faizə yaxın artımın qeydə alınması müsbət tendensiyadan xəbər verir.

Onun sözlərinə görə, hazırda Azərbaycan gəlmə turistlər üçün cəlbedici ölkələrdən sayılır:

"Demək olar ki, dünya üzrə turizm bazarı 2022-ci ildə təxminən 70 faizə yaxın, 2023-cü ildə 95 faiz bərpa olunub. 2024-cü ildə isə bu sahənin tamamilə bərpa olunacağı proqnozlaşdırılır. Düzdür, Azərbaycan bu göstəricilərdən nisbətən geri qalır, amma yenə də artım müşahidə olunur. Bu, gözlənilən vəziyyətdir. Çünki Azərbaycanda quru sərhədlər bağlıdır, turistlər ölkəmizə ancaq hava yolu ilə gəlirlər".

"Hava limanları səmərəli fəaliyyət göstərməlidir"

Mütəxəssis vurğulayıb ki, ölkəmizə daha çox turistin cəlb edilməsi üçün mövcud imkanlar daha da genişləndirilməlidir:

"Bu gün Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Amma bu dinamikanı qorumaq üçün həm də əlavə addımların atılmasına ehtiyac var. Məsələn, ölkədəki beynəlxalq statusa malik hava limanları daha səmərəli fəaliyyət göstərməlidir. Qalma yerlərinin artırılması üçün təşviqat işləri aparılmalıdır. Eyni zamanda, bilet qiymətləri optimallaşdırılmalıdır. Əgər bu istiqamətdə konkret addımlar atılarsa, gediş-gəliş daha çox olar. İstənilən halda, nəqliyyat qiymətləri turizm paketlərinin içərisində xüsusi əhəmiyyətə malikdir. Yəni başqa yerlərə səfər etmək üçün əsas səbəblərdən biri də həmin ölkənin əlçatanlığıdır. Burada tək viza prosedurlarının sadə yolla əldə edilməsi deyil, eyni zamanda nəqliyyatın daha uyğun qiymətə ərsəyə gəlməsidir. Artıq bir neçə ölkə ilə viza tələbi ləğv olunub, proses sadələşdirilib. Bu qərar daha çox ölkəni əhatə etməlidir. Əsas hədəf bazarlarından Azərbaycana gəlişi təmin etmək üçün viza tələbi ləğv olunmalıdır. Ona görə ki, viza rüsumu o dərəcə də gəlir gətirmir".

Turistlər uzaq rayonlara getmək istəmirlər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, 2024-cü il ölkəmizdə turizm sektorunun tamamilə bərpası ili kimi yadda qala bilər:

"Cari ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur və bu hal bizi də sevindirir. Bu dinamikanı qorumağa çalışmalıyıq. Bunun üçün ilk növbədə logistika problemləri həllini tapmalıdır. Məsələn, regionlara sürət qatarlarının olması çox vacibdir. Elə rayonlar var ki, uzaqdır, turistlər getmək istəmirlər. Halbuki həmin rayonların təbiəti və qonaqpərvərliyi digər rayonlardan zəif deyil. Çox istərdik ki, sürət qatarlarının əhatəsi genişlənsin. Düzdür, bu, bir az vaxt ala bilər və böyük maddi vəsait tələb edir. Amma digər tərəfdən də turistlərin sayında artım olacaq və bu da öz növbəsində pul axınıdır. Gələcəkdə çəkilən xərclər gəlirlərlə əvəzlənəcək".

Qiymətlərin optimallaşdırılmasına ehtiyac var

Milli Məclisin üzvü, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, pandemiyadan öncə Azərbaycanın illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub:

"2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Çünki turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər".

Hədəf ildə 3,8 milyon nəfərə yaxın turistdir

Dövlət Turizm Agentliyi isə 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə çatdırmağı hədəfləyir.

Agentliyin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva qeyd edib ki, yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir:

"Bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə, gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, ölkəmizə birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır. Geniş planda əsas hədəf 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 7,3 milyona çatdırmaqdır".

Qurum rəsmisi vurğulayıb ki, turizm imkanlarının təbliği və ölkənin tanıdılması üçün il ərzində müxtəlif beynəlxalq sərgilərdə iştirak edilir, hədəf ölkələrdə tədbirlər, təqdimatlar təşkil olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 248   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fransa ordusu Ukrayna üçün "supergizli" kəşfiyyatçılar hazırlayır

Fransa ordusu Ukraynada faydalı ola biləcək yeni kəşfiyyat bölməsi hazırlayır. Təlimlərin Estoniya ərazisində keçirildiyi məlum olub. "Biz irəliləməyə, düşmən mövqelərinə yaxınlaşmağa və hətta yan keçməyə çalışacağıq. Daha sonra kəşfiyyatla bağlı iki qərar verəcəyik: pilotsuz təyyarə yerləşdirmə

18.05.2024 138
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 187
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Göyçayda kişi otları təmizləyərkən müəmmalı şəkildə öldü

Göyçayda kişi iş zamanı ölüb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Müskürlü kəndində baş verib. Ucar şəhər sakini 39 yaşlı Beydullayev Rauf Faiq oğlu həyət evlərindən birinin qarşısında arxın kənarındakı otları təmizləyərkən qəfil halı pisləşib və yıxılaraq, ölüb. Onun uzun müddətdir ürək xəstəliyində

18.05.2024 270
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18.05.2024 463
.

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd

18.05.2024 269
.

Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycanın milli məhsullarının dequstasiyası keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbirin təşkilatçıları qismində "Azərbaycan" pavilyonunun rəhbərliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaları

18.05.2024 131
.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562