Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:

"Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünün 30 illiyi ilə bağlı. Dedilər, sizə 3-5 dəqiqə vaxt veririk. Cavab verdim ki, onun haqqında 3-5 dəqiqə danışa bilmərəm. Özü də mədəniyyət kanalı. O qədər orada saatlarla lazım olmayan söhbətlər olur. 45 dəqiqəlik buraxılışdır, 5 adam da dəvət ediblər. Dedim, artırın gələk".

A.İslamzadə proqramlara aparıcıların qadın olması səbəbindən qatılmadığını deyib:

"Bəzi verilişlərə özüm getmirəm. Fikirləşirəm ki, o cavanlar üçün daha uyğundur. Aparıcılar da bir tərəfdən. Verilişlərin əksəriyyərini qadınlar aparır. Hətta 44 günlük müharibə dövründə döyüş meydanından qadınlar informasiya yayırdı. Müharibənin öz qayda-qanunları var. Hətta bunu etmək hər kişiyə olmaz. Xarici görünüşünə, səsinin tembrinə, saqqalına görə seçilməlidir. Döyüş meydanından xəbəri kişilər yayar.

Bizim televiziya kanallarına baxmıram. Yeni ildə verilişləri izləyirəm. Baxıram ki, bəlkə orada yeni bir səs eşitdim. Sənətdə yeni səhifə açanı qəbul edirəm. Axirəzzamandır. Əlamətlərindən biri də odur ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcək.

Məsələn, illər sonra nəvə deyəcək ki, nənənin klipinə baxmaq istəyirəm. Klipdə qadın baldırını göstərir, kişi də köynəyinin düyməsini göbəyinə kimi açıb. Onların sənətləri nədirsə, geyimləri də odur. Soruşurlar ki, niyə əvvəlki əsərlər, musiqilər yoxdur? Deyirəm, dünyaya baxın, o nədirsə, onun musiqisi, poeziyası da odur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 449   Tarix: 05 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayrılıq xəbəri ilə gündəmdən düşməyən Murad və Ülviyyə - Foto

Ayrılıq xəbərləri ilə gündəmdən düşməyən aktyorlar Murad İsmayıl və Ülviyyə Xəlilbəyova birlikdə foto yayımlayıb. Axşam.az xəbər verir ki, şəkli Ülviyyə instaqram hesabında yerləşdirib və həyat yoldaşını işarələyib. Həmin fotonu Murad da yayımlayaraq "Çoxdandır şəkil paylaşmırdıq, dedim, sükut

16.05.2024 2186
.

"Yalı çapkını"nda daha bir məşhur sima - Foto

"Yalı çapkını" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Tilbe Saran yer alacaq. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. Tilbe son olaraq "Yaban çiçekleri", "Çöp adam" seriallarında rol alı

16.05.2024 1497
.

Cenifer Lopez və Ben Aflek boşanır

Cenifer Lopez və Ben Aflek cütlüyünün boşanacağı iddia olunur. xəbər verir ki, bu barədə Hallivud mediası bildirib. Ben Aflekin evi tərk etdiyi deyilir

17.05.2024 564
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16.05.2024 1440
.

"Heç kəsə yiyə duran yoxdur"

Aparıcı İlhamə Bədəlova çıxışı ilə diqqət çəkib. OLAY yazır ki, o, "Həkimsən" verilişində müzakirəli fikirlər səsləndirib:. "Dediniz ki, bizə yiyə duran yoxdur. Ümumiyyətlə, heç kəsə yiyə duran yoxdur. Birinci, insan özü özünə yiyə durmalıdır, ikinci, ailəsi ona sahib çıxmalıdır, dah

15.05.2024 937
.

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. İddialara görə Serenay keçən həftə serialının primyerasından sonra Cem Yılmazın evinə gedib

18.05.2024 227
.

"Kızıl goncalar"ın ulduzu yeni filmdə

"Kızıl goncalar" serialı ilə 9 ildən sonra izləyicilərinin qarşısına çıxan Özgü Namal yeni bir filmə çəkiləcək. OLAY yazır ki, aktrisanın rol aldığı ekran işi 20 mayda mövsümün finalını etdikdən sonra, o, "Sarı zarflar" adlı filmin çəkilişlərinə qatılacaq. Sözügedən layihədə İpe

15.05.2024 478
.

Demet Akalından Hande Erçelə - "Qız çöküb"

Xəbər verdiyimiz kimi, Fransada 77-ci "Kann" kinofestivalına qatılanlar arasında türkiyəli aktrisa Hande Erçel də yer alıb. Axşam.az-ın məlumatına görə, onun tədbirdən olan fotosu sosial mediada yayılıb. Şəkillərdən birinə türkiyəli müğənni Demet Akalın şərh yazıb. O, paylaşıma "Handeni

17.05.2024 778
.

Murat Boz və Tuba Büyüküstün sevgilidir?

Türkiyəli müğənni Murat Boz aktrisa Tuba Büyüküstün ilə sevgili olduğu barədə yayılan iddiaları cavablayıb. xəbər verir ki, Murat Boz bu iddiaları təkzib edib və sadəcə dost olduqlarını deyib. "Heç vaxt sevgili olmamışıq. Tuba ilə çox yaxşı dostuq, hətta sirdaşıq. Bizim əsla sevgi münasibətimi

18.05.2024 567