Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏAzərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib.

O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq.

Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orhan Aydın, Didem Taslan, Seher Terzi, Deniz Oral, Zeynep Gülmez, Selahettin Taşdöğen, Serkan Şengül, Hakan Bulut, Kıvanç Baran Arslan, Kubilay Penbeklioğlu və "Hollywood" aktyoru Nicholas Facey çəkilib.

Türkiyədə yaşayan aparıcı-aktrisa Aysel Nazim filmlə bağlı "Cebhe.info"-ya müsahibəyə verib.

Həmin müsahibəni təqdim edirik:

- Aysel xanım, "Çingene Kızı" filmi necə araya-ərsəyə gəldi? Filmin ideyası necə yarandı?

- Türkiyənin Qaziantep şəhərində zeuqma muzeyi var. Orada sərgilənən çingənə qızı mozaikası hər il yerli və xarici turistlərin böyük maraqla ziyarət etdiyi tarixi eksponatdır. Bu mozaikanın bəzi əskik hissələri Amerikadan gətirilib və həmin muzeydə sərgilənir. Filmdə də bu mövzu komediya janrında işlənilib.

- Maraqlıdır, təklif sizə kimdən gəldi? Ssenarini oxuyanda nə düşündünüz?

- "Zen Yapım" film şirkətindən dəvət aldım və şirkətlə daha bir neçə filmdə rol almama dair də müqavilə bağladım. İlk film "Çingene Kızı" filmidir. Mən bu filmə dəvət almadan bir il öncə Qaziantepə getmişdim. Filmdəki zeuqma muzeyinə çingənə qızı mozaikasını ziyarət etmişdim. Həmin an həm hekayəsi, həm də görüntüsü marağıma səbəb olmuşdu. Amma bilməzdim ki, bir il sonra mən bu muzeyin müdiri rolunu oynayacağam. Ona görə də çox fərqli hisslər keçirdim. Sanki onu həyatıma çağırmışdım.

- Türkiyənin çox tanınmış aktyor və aktrisaları ilə eyni filmdə oynamaq necə hissdir?

- Mənim üçün çox dəyərli bir layihədir. Çünki bəsit bir film deyil. Həm maddi, həm də mənəvi olaraq dəyərli bir işdir. Ümumiyyətlə, komediya filmi deyəndə bəsit gəlməsin.

Üstəlik, bu işin 1 milyon dollar büdcəsi var və Türkiyənin komediya ustadları rol alır.

Onlarla eyni layihədə olmaq mənim üçün həm bir məktəbdir, həm də çox önəmli və dəyərlidir.

Çünki bu işdə nəinki sadəcə aktyorlar, eyni zamanda, ssenarist və rejissor da çox tanınmışdır. Türkiyə film sektorunda öz sözünü demiş insanlarla çalışmaq və onların da məndən razı qalması əvəzsizdir. Filmdə "Hollywood" aktyorunun olması da bir başqa təcrübədir. Təbii ki, bunlar çox gözəl hisslərdir.

- Nə üçün azərbaycanlı qadın rolunda çəkilmirsiniz?

- Film Azərbaycanla bağlı bir hekayə deyil. Tamamila Qaziantepdə keçən bir hekayədir.

Gələcəkdə bu film şirkəti "Zen Yapım"ın Azərbaycanda da film çəkməyini istəyərəm. Həm türk, həm azərbaycanlı aktyorların bir arada olduğu hekayə ola bilər. İnşallah yaxın gələcəkdə bu da olar.

Mən Türkiyəyə köçüb sənət fəaliyyətimi orada davam etdirməyə qərar vermişəm. Bu səbəbdən də azərbaycanlı rolunu oynamayacağam. Çünki mən azərbaycanlı rolu oynasam, o çərçivədə özümü məhdudlaşdırmış olardım və ancaq azərbaycanlı rolu lazım olanda məni çağırardılar. Niyə belə olsun axı?

- Bəs bundan sonra Türkiyədə azərbaycanlı qadın rolunda çəkiləcəksiniz?

- Mən aktrisayam və heç bir çərçivədə olmamalıyam. Mənim türkçəm də yerindədir və heç bilinmir ki, mən türkiyəli deyil, azərbaycanlıyam. Ona görə də qərar verdim ki mən bu ölkədə yaşayıram və fəaliyətimə davam edirəmsə, mən də bu ölkənin aktrisası kimi davam etməliyəm. Üstəlik, ilk layihə çox önəmlidir. Bu səbəbdən də azərbaycanlı rolu gələn heç bir film və serial təkliflərini qəbul etmədim, gözlədim.

Nəticədə, o təkliflər gəldi mən seriallarda və filmlərdə türk kimi kamera qarşısına keçdim. Mən öz sözümü dedim və istedadımı göstərdim. Bundan sonrakı layihələrdə isə artıq istənilən millətin rolunu canlandıraram. Əlbəttə ki, mən dünyanın harasına getsəm də azərbaycanlıyam öz ölkəmi təmsil edirəm. Amma ilk layihə hər hansı bir çərçivəyə girməmək üçün önəmli idi.

- Son olaraq filmi izləyəcək olan insanlara nələr demək istəyirsiniz?

- İzləyicilərimizə gözəl bir hekayə ilə xoş əhval-ruhiyyə, bol qəhqəhə bəxş edəcəyik. Düşünürəm ki, 1,5 saatlarını əyləncəli bir film izləməyə ayıracaqlar və bir daha izləmək istəyəcəkləriniri film olacaq.

Türkiyə, Azərbaycan və eyni zamanda Avropa da göstəriləcək olan filmə marağın çox böyük olacağına inanıram. Hər kəsi kinoteatrlara dəvət edirəm. Filmin Azərbaycandakı təqdimatı 15 mayda "Gənclik Mall"da keçiriləcək. 16 maydan isə bütün "Cinemastercard" kinoteatrlarında olacaq. Təqdimat mərasiminə də bilet satışı var, 10 manatdır. Gəlib aktyorlarla birlikdə film izləməyin zövqü tam başqa olacaq. Hər kəsi gözləyirik


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 486   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uzun müddət sonra birgə FOTO

Aktyor cütlük Ülviyyə Xəlilbəyli və Murad İsmayıl uzun müddət sonra birgə foto paylaşıb. BİG.AZ olay-a istinadən bildirir ki, evliliklərindəki problemləri aradan qaldıran sənətçilər şəkillərini instaqram izləyiciləri ilə bölüşüb. Ülviyyə posta şərh yazmasa da, Murad "Çoxdandır şəkil paylaşmırdıq

18.05.2024 402
.

Həyatı film olacaq

Türkiyəli müğənni Kənan Doğulunun həyatı film olacaq. Axşam.az xəbər verir ki, ifaçının 30 illik səhnə həyatı ekranlaşdırılacaq. Bu barədə açıqlama verən Kənan layihənin yayda təqdim olunacağını açıqlayıb. Qeyd edək ki, müğənni aktrisa Beren Saatla evlidir

17.05.2024 426
.

Dost zərbəsi alan müğənni: "Vəzifədə olanda mənə salam vermirdi"

"Təzə aldığım paltarı əynimə geyinməmiş verirdim onlar geyinirdi". -a istinadən xəbər verir ki, bu sözləri müğənni Zahidə Günəş "Günaydın Azərbaycan" verilişində deyib. Sənətçi səbət cameəsində qarşılaşdığı dost xəyanətindən danışıb. Vaxtilə yaxşılıq etdiyi müğənnilərin sonradan on

15.05.2024 648
.

"Həyat yoldaşımı görmək istəyən bizə gəlsin"

"Həyat yoldaşımı görmək istəyən bizə gəlsin". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi həyat yoldaşı ilə bağlı sualları cavablandırıb:. "Həyat yoldaşım meyxananı, şeiri sevir. Mənə sonuncu dəfə "Nəydi günahım"

17.05.2024 904
.

"Yalı çapkını"nda daha bir məşhur sima - Foto

"Yalı çapkını" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Tilbe Saran yer alacaq. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. Tilbe son olaraq "Yaban çiçekleri", "Çöp adam" seriallarında rol alı

16.05.2024 1496
.

Aygün Kazımovanın qızı İlqarədən ANASI İLƏ BAĞLI PAYLAŞIM - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. BİG.AZ -ə istinadən bildirir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekra

00:06 28
.

Aygün Kazımovanın qızı İlqarədən XƏBƏR VAR

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova uzun müddət sonra səhnəyə çıxacaq. OLAY yazır ki, ifaçı bu gün paytaxtda məşhur restoranların birində çıxış edəcək. Qeyd edək ki, İlqarə sonuncu dəfə "Metro" adlı mahnısını təqdim edib

18.05.2024 3130
.

Hadise konsert qiymətini artırdı

Türkiyənin məşhur müğənnisi Hadise konsert qiymətini artırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, sənətçi artıq bir gecədə 3 milyon lirə (təxminən 158 00 manat) qazanır. Qeyd edək ki, yeni 3 fərqli reklama çəkilən Hadise onların hər birində

15.05.2024 605
.

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. İddialara görə Serenay keçən həftə serialının primyerasından sonra Cem Yılmazın evinə gedib

18.05.2024 223