Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİNVitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir.

Lent.az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakına üstünlük verilməsi sağlamlıq üçün faydalıdır. Tədqiqatlar nəticəsində bəlli olub ki, tərkibi antioksidant və flavonoidlərlə zəngin super qidalar ürək-damar və xərçəng xəstəliyinin qarşısını almağa, immun sistemin möhkəmləndirilməsinə, eləcə də iltihabı azaltmağa kömək edir. Həmçinin meyvə-tərəvəzin müntəzəm istehlakı həyat tərzi ilə əlaqəli olan bir çox xəstəliklərin inkişafı riskini aşağı salır. Yüksək qida dəyərinə sahib olduğundan bu tip məhsulların istehlakı üz, dırnaq və saçın sağlamlığının qorunmasında vacibdir. Super qidalar orqanizmin enerji ilə təmin olunmasında, həmçinin sağlam çəkinin qorunub saxlanmasında olduqca faydalıdır.

Mütəxəssislər ən yaxşı super qida kimi bilinən bəzi məhsulların gündəlik rasionda mövcud olmasını tövsiyə edirlər:

Yaşıl yarpaqlı tərəvəzlər

Kələm, ispanaq, brokkoli, çuğundur yarpaqları, collard yarpaqları (Brassica oleracea Viridis) və digərləri ən çox istehlak olunan super qidalardandır. Bu qidalar A, C, E, K və B qrup vitaminlərlə, eləcə də karotenoid, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir. Hətta bəzi kələm növləri (1 stəkan kələm suyu) insanın gündəlik tələbatını 680 %-ə ekvivalent olan 550 mikroqram (mkq) K vitamini ilə təmin edir. Kələm və digər yarpaqlı tərəvəzlərin tərkibində lif və su çox olduğundan qəbizlik, həzm sisteminin bir sıra problemlərindən qorunmaq üçün onların müntəzəm istehlakı vacibdir.

Giləmeyvələr

Çiyələk, böyürtkən, asai, qaragilə, quşüzümü, moruq, gilas, albalı, goji və s. ən yaxşı bilinən super qidalardır. Qaragilənin tərkibi lif, manqan və K vitamini, goji giləmeyvəsi isə flavonoid, C və E vitaminləri ilə zəngindir. Bu giləmeyvələrdən qaraciyər və böyrəklərin sağlamlığının qorunmasında, diabet və yüksək qan təzyiqinə qarşı Şərq təbabətində geniş istifadə olunur. Həmçinin flavonoidlərlə zəngin olması baxımından giləmeyvələr ürək xəstəliklərinə qarşı mübarizədə müsbət təsirə malikdir.

Üzüm

Qırmızı üzümün qabığında bol olan polifenol tərkibli resveratrol ürək-damar sağlamlığı üçün faydalıdır. Araşdırmalara görə, resveratrol diabetik nefropatiya və retinopatiyanın profilaktikası zamanı olduqca effektlidir. Resveratrol Altsheymer xəstəliyi və əhval dəyişkənliyi zamanı, eləcə də qanda qlükozanın miqdarının artmasına da müsbət təsir edir. Qeyd edək ki, üzümün tərkibində olan querçetin flavonoidi ateroskleroz riskini aşağı salan təbii antiiltihab hesab edilir.

Yumurta

Xolin, selenium, dəmir, fosfor daxil olmaqla bir çox qida maddələri, protein, A və B qrup vitaminlərlə zəngindir. Həmçinin yumurta gözün sağlamlığını qoruyan və görməni yaxşılaşdıran iki güclü antioksidant olan zeaksantin və lutein mənbəyidir. Tərkibində xolesterinin miqdarı yüksək olsa da, həftə ərzində 6-12 yumurtanın istehlakı tövsiyə edilir.

Paxlalılar

Paxla, soya, mərci, noxud, yerfıstığı və s. müxtəlif qida maddələri ilə olduqca zəngindir. Qeyd edək ki, bu qidaların müntəzəm istehlakı sağlam çəkinin qorunub saxlanmasında və doyma hissinin yaranmasında faydalıdır.

Çərəzlər və toxumlar

Badam, qoz, fındıq, pekan, makadamia və digərləri, eləcə də günəbaxan, balqabaq, çia, kətan toxumu və s. ən çox istehlak edilən super qidalardandır. Çərəz və toxumların tərkibi lif və vegetarian zülallarla olduqca zəngindir. Bu tip qidalar oksidləşdirici stresdən qoruyan antiiltihab və antioksidant xüsusiyyətə malikdir. Yüksək kaloriyə malik olsa da, çərəz və toxumlar balanslaşdırılmış pəhrizə əlavə edildikdə çəkinin itirilməsində effektivdir.

Tərkibi insan orqanizmi üçün zəruri sayılan zülal, kalsium, kalium, B qrupu vitaminləri və probiotiklərlə zəngin olan kefir fermentativ içkidir. Kefir kimi fermentləşdirilmiş, probiotiklə zəngin digər süd məhsulları da xolesterinin miqdarının azalması, qan təzyiqinin normal saxlanması, həzm prosesinin yaxşılaşdırılması zamanı iltihab əleyhinə təsirə və digər bir sıra faydaya malikdir.

Sarımsaq manqan, C və B6 vitamini, selen və lif mənbəyidir. Xolesterini azaltmaqda, qan təzyiqini nizamlamaqda və immun sistemini möhkəmləndirməkdə çox faydalıdır.

Qızıl balıq yüksək qida dəyərinə malikdir. Tərkibi faydalı yağlar, zülallar, B vitamini, kalium və seleniumla zəngindir. Həmçinin bu balıq növü antiiltihab təsirli Omeqa 3 yağ turşularının mənbəyidir. Şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınmasında, eləcə də sağlam çəkinin qorunub saxlanmasında balığın müntəzəm istehlakı tövsiyə olunur. Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, digər balıq növləri kimi qızılbalıq da mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit sayılır və sanitar göstəriciləri pozulduqda insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir.

Avokado vitamin və minerallar, lif və yağlar da daxil olmaqla bir sıra qida maddələri ilə zəngindir. Doymamış yağ ehtiva etdiyindən avokado xolesterinin səviyyəsini azaltmaqda çox faydalıdır. Həmçinin tərkibində olan oleik turşusu iltihabın azalmasına kömək edən doymamış yağdır.

Şirin kartof bir çox qida maddələri, eləcə də kalium, lif, A və C vitaminləri ilə zəngin kökümsov bitkidir. Həmçinin? antioksidant növü olan karotinoidlərin mənbəyidir. Şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını yüksəltmir. Hətta 2-ci tip şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini normaya salır.

Sadalanan bu tip qidaları balanslaşdırılmış rasiona əlavə etməklə, sağlamlığımızı qorumuş olarıq, xüsusən də xroniki xəstəliklərin qarşısını ala bilərik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Staritsa yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb. "Report" bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, qoşunlar ölkənin içərilərinə doğru irəliləyiblər. Ukraynanın rəsmi qurumları hələ ki, b

18.05.2024 184
.

Qara dənizdə gəmi batıb

Qara dənizdə Tanzaniya bayrağı altında üzən "Mohammed-Z" gəmisi batıb. "Report" xəbər verir ki, bu barədə Rumıniya Dəniz Administrasiyası məlumat yayıb. Məlumata görə, gəmi Rumıniyanın Sfıntu-Qeorqe şəhərindən 26 dəniz mili aralıda batıb. Qeyd edilib ki, "Mohammed -Z"i

18.05.2024 139
.

24 yaşlı tibb bacısı xəstəxanada öldü - Müəmmalı hadisə - FOTO

İstanbulda özəl xəstəxanalardan birində tibb bacısı dünyasını dəyişib. haberler-ə istinadən xəbər verir ki, İstanbulda özəl xəstəxanalardan birində xəstə babası ilə birgə qaldığı iddia edilən 24 yaşlı tibb bacısı Selen Bilgin səhər saatlarında xəstəxana otağında ölü tapılıb. Hadisə ilə bağlı saxlanıla

18.05.2024 463
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

18.05.2024 175
.

Professor: Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil

Beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil. Bunu "Report"a açıqlamasında Türkiyənin Yıldız Texnik Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru Mehmet Akif Okur deyib. O bildirib ki, Yeni Kaledoniy

18.05.2024 147
.

BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir

Yaxın Şərqdə sülhə gedən yeganə yol - İsrail və Fələstini dövlətinin yaradılmasından keçir. "Report" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Qəzzadakı müharibə - açıq yaradır. Zorakılıq və qeyri-sabitli

18.05.2024 111
.

Həyat yoldaşının birinci xanımından danışdı

Müğənni Səidə dadaşova həyat yoldaşı Maqanın ilk evliliyindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günaylı gün" proqramında danışıb. O bildirib ki, onunla və övladları ilə münasibəti yaxşıdır:. "Aysel xanımı salamlayıram. Yoldaşımın uşaqlarının anasıdır. Birinci xanımıdır

18.05.2024 581
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341