İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır

İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdırAzərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında Azərbaycanla Ermənistanın delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.

Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 468   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmə tərəfindən həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə TASS məhkəmə zalından məlumat yayıb. 44 yaşlı Bişimbayev Astanadakı restoranlardan birind

13.05.2024 479
.

Bakının iki rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının Xətai və Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması

10:43 170
.

Putinin Çinə dəqiq səfər tarixi məlum oldu

Beşinci dəfə Rusiyanın Prezidenti seçilən Vladimir Putinin Çinə gözlənilən rəsmi səfərinin vaxtı məlum olub. Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunur ki, V.Putin 16-17 may tarixlərində Çində rəsmi səfərdə olacaq. Məlumatda, həmçinin qeyd olunub ki, Kreml rəhbəri reallaşacaq səfə

12:18 81
.

ABŞ-da atışma olub: 3 ölü

ABŞ-ın Stokton şəhəri yaxınlığında atışma olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Atışmanın bir parti zamanı baş verdiyi bildirilib. Hadisənu törədən şəxslərin kimliyi məlum deyil. Polis faktla bağlı araşdırmalara başlayıb

13.05.2024 227
.

Beş ailə üzvünü qətlə yetirən Əhmədin MÜƏMMALI SONU: O, azadlığa buraxılacaq? - VİDEO

"Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən, əgər şəxs cinayəti anlaqsız vəziyyətdə törədibsə, bu hal məhkəmə tərəfindən tam şəkildə sübuta yetirilərsə, onun barəsində cəzadan azad edilmə və tibbi xarakterli tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarmalıdır". Bunu Baku TV-yə açıqlamasınd

13.05.2024 952
.

Keniyada daşqınlar baş verib: 267 ölü, 188 yaralı

Keniyada təxminən 3 həftədir ki, effektiv olan güclü yağışlar daşqına səbəb olub. BİG.AZ xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb. Bu barədə Keniyanın daxili işlər naziri Kithure Kindiki mətbuata açıqlama yayıb. Daşqınlar zamanı 188 nəfərin yaralandığını bildirən Kindik

13.05.2024 260
.

"Nərmin işi": İlkin Süleymanovdan xəbər var

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən və 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovdan xəbər var. Vəkil Əlibaba Rzayev Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun saxlandığı yerindən narazı olmadığını vurğulayıb. "5 ildir həbsxanadadır, he

13.05.2024 712
.

Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ - Baş verməsi ehtimalı 99%-dir

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir. Şamaxı Astrofizika Rəsədxanasından BİG.AZ-a verilən xəbərə görə, enerjisi 2 MeV-dən çox olan elektron selini

13.05.2024 830
.

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Xəzər rayonu, "Buzovna 101" QPM-dən qidalanan "Yuxarı Şağan" xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması və 3 tənzimləyicinin hündürlüyə qaldırılması məqsədi ilə 14.05.2024-c

13.05.2024 656