Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.

Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr üçün velosiped kirayəsi pulsuzdur. Rusiya isə tələbələri üçün ictimai nəqliyyatda gediş haqqını azaltmaqla yanaşı, muzey, teatr və kinoteatr biletlərində böyük endirimlər tətbiq edir. Yayda isə onlar tələbə düşərgələrində ödənişsiz dincələ bilərlər. Yaponiyada tələbələrə onların ali məktəbdə oxuduqlarını təsdiqləyən biletlə yanaşı ikinci bir kart verilir: onun vasitəsilə gənclər universitetin yerləşdiyi prefekturanın fərqli məkanlarında güzəştlər əldə edə bilirlər.

Azərbaycanda isə tələbələr üçün təhsil haqqında müəyyən güzəştlər tətbiq olunur. Şəhid ailəsi statusunu almış ailənin üzvü, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud tələbələr dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil haqqından azad olunurlar.

Tələbələrdən daha hansı güzəştlərin tətbiq olunmasını istədiklərini soruşduqda isə onlar ictimai nəqliyyatda gediş haqqında, idman zallarında, təhsil müəssisələrinin yeməkxanalarında endirimlər edilməsini, həmçinin maarifləndirici tədbirlərin, layihələrin, alimlərlə və ixtiraçılarla görüşlərin ödənişsiz təşkil olunmasını məqbul saydılar.

Maraqlıdır, ölkəmizdə tələbələr üçün başqa hansı güzəştlər tətbiq oluna bilər?

Təhsil eksperti Məzahir Məmmədli Oxu.Az-a açıqlamasında bildirib ki, tələbələrimiz bu məsələ ilə bağlı təhsil aldıqları universitetlərin rəhbərliyinə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, təəssüf ki, cavab ala bilməyiblər:

"Düşünürəm ki, universitet tələbələrini ictimai nəqliyyatda gediş haqqında güzəştləri ehtiva edən kartlarla təmin etməlidir. Həmçinin, həftədə bir neçə dəfə fərqli muzeylərimizdə "açıq qapı" günləri təşkil olunmalıdır ki, tələbələr bunlardan rahatlıqla yararlana bilsinlər".

Ekspert sovet vaxtı tələbələr üçün tətbiq olunan sistemin (ildə bir dəfə 2 manat 50 qəpik ödəniş etməklə bütün nəqliyyat vasitələrində ödənişsiz istifadə hüququ) müəyyən dəyərlər nisbətini nəzərə alaraq yenidən nəzərdən keçirilməsi fikrini irəli sürüb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu fikirdədir ki, tələbələrin ən çox ictimai nəqliyyatda güzəştlərə ehtiyacı var:

"Bir çox Avropa ölkələri tələbələrini müəyyən güzəştli kartlarla təmin edirlər. Bu kartlar vasitəsilə tələbələr, xüsusən ictimai iaşə və digər müəssisələrdə endirimlərdən yararlana bilirlər.

Ölkəmizdə tələbələr üçün təhsil haqqı ilə əlaqədar müəyyən güzəştlər tətbiq edilsə də, ictimai nəqliyyatda heç bir güzəşt yoxdur. Düşünürəm ki, ictimai nəqliyyatda endirimli kartların tətbiqi yaxşı olardı".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) mətbuat katibi Fidan Həsənova isə Oxu.Az-a açıqlamasında bildirib ki, orta statistik tələbənin birgünlük xərci təxminən 10 manat təşkil edir:

"Bu məbləğin də əsas hissəsini yol və qidalanma xərcləri təşkil edir. ATGT Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC-yə yol xərcinin yarıya endirilməsi istiqamətində layihə təklifləri göndərib. Layihəyə görə, tələbə biletini təqdim etməklə endirimdən yararlana bilməlidir. Həmçinin, bəzi təhsil müəssisələri ilə danışıqlar aparılıb və onların bufetlərində satılan qidalara endirim edilməsinə nail olunub".

F.Həsənova qeyd edib ki, tələbələr asudə vaxtlarını səmərəli keçirməli, əyləncəyə də zaman ayırmalıdırlar, buna görə də müvafiq məkanlarda onlara endirimlər edilməsi arzuolunandır:

"Gənclərin bəyəndikləri ulduzların Bakıdakı konsertlərində, müxtəlif festivallarda tələbələrə özəl promokodlar vasitəsilə endirimlər etmək olar. Düzdür, bəzi kinozallarda, muzeylərdə, kitabxanalarda onlara müəyyən güzəştlər edilir. Ancaq təəssüf ki, ölkəmizdə hətta ödənişsiz fəaliyyət göstərən bəzi muzeylərə maraq göstərilmədiyinin şahidi oluruq. Düşünürəm ki, bunun da səbəbi həmin məkanlarla bağlı tələbələrin məlumatının olmamasıdır. Bu xüsusda təklif edə bilərəm ki, ölkədə tələbələr üçün yaradılan güzəştlər barədə informasiyaları onların ən çox istifadə etdikləri platformalarda mütəmadi işıqlandırmaq faydalı olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 492   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMA

Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir. Artıq bununla bağlı müvafiq sənəd parlamentdə səsverməyə çıxarılaraq qəbul edilib. Proqnozlara görə, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmay

12.05.2024 373
.

Təhlükəli asteroid Yerə yaxınlaşır

"Apofis" asteroidi Yerə potensial təhlükəli yaxınlaşması ilə dünya tədqiqatçılarının və alimlərinin diqqətini cəlb edir. -ın xarci mediaya istinadla xəbərinə görə, Qədim Misirin məhv tanrısı Apofisin adını daşıyan bu nəhəng kosmik obyekt cəmi 31 min kilometr məsafədən keçəcək. Mütəxəssislə

12.05.2024 365
.

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Günün bu saatları dərs oxusanız, beyin...

Qısa müddət sonra on birinci sinif şagirdləri buraxılış və qəbul imtahanları verəcək, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün isə yay sessiyası başlayacaq. Bir çox tələbə vərdiş etdiyi gecə dərslərindən imtina etməlidir. İmtahana hazırlaşmaq üçün günün hansı vaxtı yaxşıdır?. xaric

18.05.2024 136
.

"X"in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsi "Bright Data"nın ictimaiyyətə açıq istifadəçi məlumatlarını toplamasının qarşısını ala bilməyib. Məhkəmə sosial şəbəkənin "Bright Data"ya qarşı qaldırdığı iddianı rədd edib. "X"in vəkilləri qarşı tərəf

12.05.2024 272
.

Heç nə oxumadan imtahanda qiymət almağın asan, amma qanunsuz yolu - VİDEO

Ölçüsü cəmi bir neçə millimetrdir. Qulağın içinə qoyulur, ətrafdan isə görünmür. Söhbət mikroqulaqlıqlardan gedir. Son dövrlərdə bu cür qulaqlıqlara maraq artıb. Bu cihazları sosial şəbəkə səhifələrindən satın almaq və ya müəyyən məbləğ qarşılığında icarəyə götürmək mümkündür. Qiymətləri isə 60-260 mana

12.05.2024 746
.

Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb

"Baş plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil. Baş plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir". Bu barədə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsind

11.05.2024 838
.

Günlük villa kirayələrinə maraq artıb - VİDEO

Son zamanlar villalarda ad günü, məzun günü və toy mərasimlərinin keçirilməsi ilə bağlı müraciətlərin sayı artıb. -ın xəbərinə görə, əmlak ekspertləri deyirlər ki, vətəndaşların seçimi əsasən dənizkənarı ərazilərdə yerləşən bağ evləri, villalardır. Əmlakçı Mülkədar Rüstəmov deyir ki, illərdir bir ənən

12.05.2024 306
.

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA

Azərbaycanda əhalinin hər 1 00 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 00 nəfərinə düşən doğulan uşaq sayı azalara

12.05.2024 297
.

Türkiyədə bir evdən 17 maşın zibil çıxdı - VİDEO

Türkiyədə bir evdən 17 yük maşını zibil çıxarılıb. İnanılmaz hadisə Kocaeli vilayətinin Gebze rayonunda qeyddə alınıb. Məlumata görə, həyət evindən pis qoxulardan bezən qonşular rayonun Gigiyena Şurasına müraciət ediblər. Qurum nümayəndələri evin vəziyyətini gördükdən sonra xüsusi bölmələr ünvana cəl

11.05.2024 475