Moskvaya Yeni il səyahəti - FOTOLAR

Moskvaya Yeni il səyahəti - FOTOLAR2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağa imkan verəcək.

Bu il "Milad bayramına səyahət" festivalı 12-ci dəfə Moskva küçələrində Yeni il möcüzəsi atmosferi yaradacaq və bütün paytaxtı sehrə bürüyəcək. Festivalın təşkil edildiyi 36 meydançada ilin əsas qış bayramına həsr olunan çoxsaylı tədbirlər keçiriləcək. Tədbirlər ziyarətçiləri Moskvanın tarixi, məişəti və Yeni il ənənələri ilə tanış edəcək. Paytaxtın sakinləri və qonaqları boyar dövründən müasir dövrədək şəhərin keçmişinə və bu gününə heyrətamiz səyahətə çıxa biləcəklər.

Azərbaycandan gələn qonaqlar ənənəvi qış xalq əyləncələri ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Festivalın ziyarətçiləri konkisürmə meydançalarında sürüşə və buz üzərində qeyri-adi diskotekalarda iştirak edə, körlinq oyununda güclərini sınaya və qar üzərində kirşə sürə biləcəklər. Festivalın təşkil edildiyi məkanlarda peşəkar aktyorların və fiqurlu konkisürənlərin iştirakı ilə 1500-dən çox heyranedici Yeni il tamaşası və buz şousu nümayiş olunacaq. Maraqlı ustad dərslərində isə festival iştirakçılarına hədiyyə bükmək, evi, Yeni il ağacını və Yeni il süfrəsini bəzəmək qaydası öyrədiləcək.

Festivalın balaca qonaqları üçün Şaxta baba, Qar qız və digər nağıl personajlarının iştirakı ilə Yeni il bayram şənliyi keçiriləcək. Şənlik uşaqların ən böyük arzularını reallaşdıracaq. Böyüklər və uşaqlar qar adamları hazırlayacaq, Yeni il maskaradında iştirak edəcək, karuseldə əylənəcək və "Sehrbazlar məktəbi" adlı ustad dərsində iştirak etməklə əsl bayram ab-havasına qərq olacaqlar.

Səyahətçilər "Moskva çay süfrəsi"ndə iştirak etmək və onun tarixi ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Qonaqlar çay etiketi və qonaqpərvərlik qaydaları ilə tanış olacaq və Moskvanın müxtəlif dövrlərə aid tarixi ab-havasını hiss edə biləcəklər. Teatr meydanında təşkil ediləcək maraqlı teatr proqramı qonaqları keçmişə qaytaracaq və onlara ənənəvi isti un məmulatlarının və Moskva çay kupajlarının dadına baxmaq, çini qablar, mürəbbələr və digər ənənəvi suvenirlər almaq imkanı bəxş edəcək.

"Milad bayramına səyahət" festivalı paytaxt sakinlərinə və qonaqlara bayramın unudulmaz ab-havasına qərq olmağa, hər bir tədbirin keçirildiyi məkanda möcüzəni hiss etməyə, unudulmaz təəssüratlar və emosiyalar almağa imkan verəcək. Festival "Moskva mövsümləri" layihəsi çərçivəsində təşkil edilən çoxsaylı tədbirlərdən biridir. Festival müxtəlif ölkələrdən gələn turistlərə Rusiyanın mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı yaşadacaq.

Moskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1763   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Messinin komandasının oyununun biletləri 6 dəqiqəyə satılıb

Lionel Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubunun səfərdə "Los-Anceles Qalaksi" ilə oyununa böyük maraq olub. "Report" AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb. Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnı

13.01.2024 1355
.

Türk əsilli boksçunun ürəyi rinqdə dayandı

Almaniyada yaşayan türk əsilli boksçu Musa Aksan həyatını itirib. xəbər verir ki, onun ürəyi elə rinqdəcə dayanıb. Döyüşün üçüncü raundunda qəflətən halı pisləşən idmançı xəstəxanaya çatdırılsa o vəfat edib. Həkimlər ürəyin qəfil dayanmasını qeyd ediblər

16.05.2022 6652
.

Möhtəşəm "Rio Karnavalı"ndan görüntülər - Bu VİDEO sizi Braziliyaya aparacaq

Braziliyanın Rio de Janeyro şəhərində dünyanın ən məşhur və ən böyük festivalı olan "Rio Karnavalı" keçirilib. -ın məlumatına görə, xristianlıqda orucluqdan əvvəl təşkil olunan bu karnavalda parad zamanı samba məktəbləri və milyonlarla insan iştirak edir. Təşkilatçılar hər dəfə fərqli konseptlə

11.06.2022 5821
.

Avia bilet sifarişi ən ucuz qiymətə !

Dünyanın istənilən yerinə Avia Bilet sifarişi bu qədər asan və ucuz olmamışdı. saytı ilə ən ucuz qiymətə, ən rahat avia şirkətlərlə biletlərinizi asanlıq ala bilərsiz. Azal, Buta airways, Qatar, Turkish airlines və digər hava yolları şirkətləri ilə dünyanın istənilən yerinə getməyiniz mümkündür. Bile

21.12.2021 7117
.

Qədimi Şəki şəhərimiz bayram günlərində - ÖZƏL GÖRÜNTÜLƏR

Bir çox şəhərlərimiz kimi, Şəki də bayram günlərində qara büründü. BİG.AZ şəhərdəki gözəl mənzərələrin görüntülərini təqdim edir:. Fotoqraf: De.Castro

29.03.2022 5337
.

Türkiyə millisinin üzvü İtaliya nəhəngi ilə razılığa gəldi

Hakan Çalhanoğlu "İnter"də qalacaq. İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər yeni müqaviləni razılaşdırıblar. Sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Rəsmiləşmə prosesi qarşıdakı həftələrdə olacaq. Türkiyə millisinin üzvü 2021-ci ilin yayınd

04.03.2023 4080
.

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 598 197 031 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə onlayn statistikada qeyd olunur. Virusdan 6 463 879 xəstə ölüb, 572 188 998 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95 065 403), Hindistan (44 298 864 nəfər), Fransa (34 276 081 nəfər), Braziliya (34 22

18.08.2022 5335
.

Klopp "100-lər klubu"na qoşuldu

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının "100-lər" klubuna qoşulub. Turnirin 1/8 finalında Madrid "Real"ına qarşı 1/8 final matçı (2:5) onun üçün 100-cü olub. Klopp bu saya çatan 8-ci mütəxəssisdir. 55 yaşlı çalışdırıcı "Liverpul"u 64, Dortmun

25.02.2023 4056
.

MMA döyüşçüsü beyin qanaxmasından ölüb

Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Məhəmmədəli Saidov məşq zamanı aldığı xəsarətdən dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə TASS-a idmançının komandası məlumat verib. "Məhəmmədəli sparrinq zamanı xəsarət alıb, beyninə qan sızması başlayıb. O, komada idi. Dünən gec

19.03.2023 4095