Son əlavələr
Amerikada ölən bir qadın üçün kilsədə cənazə mərasimi hazırlanır. Mərasimin sonunda tabutu daşıyarkən tabutun ön hissəsi yanlışlıqla kilsədəki sütunların birinə dəyir. Bu hadisədən sonra tabutdan bir inilti səsi eşidilir. Öldüyü sanılan qadının hələ də yaşadığı anlaşılır. Bir müddət xəstəxanada müalicə alan qadın sağalır və 10 il daha yaşayır. 10 il sonra öldüyündə isə cənazə mərasimi yenə eyni kilsədə edilir. Mərasim sonrası yenə tabutu daşıyarkən kilsədəki eyni sütunun önünə gəldiklərində ölən qadının ərinin arxadan səsi eşidilir:
"Lütfən sütuna diqqət edin". xixi
Link   : 2
Kişi və qadın barda qarşılaşır. Aralarındakı isti münasibəti qadının evində tamamlayırlar. Eşq yaşadıqdan sonra kişi yatağın yanında dayanan fotoşəkili
görür. Kişi qadına "Ey baxsana bu adam sənin ərinmi?" deyə soruşur. Qadın "I-ıh" deyə cavab verir. Amma kişiyə şəkildəkinin kim olduğu çox maraqlıdır.
"Yaxşı dostunmu?" deyə soruşur.
Qadın yenə qısaca "yox" deyə cavab verir.
Kişinin marağı daha da artır.
"O zaman atan ya da qardaşın olmalıdır".
Qadın gülümsəyərək
"Xeyr xeyr deyil" deyir.
Kişi dayana bilmir və "Söylə o zaman kim bu adam".
Qadın başını kişiyə çevirir, gözlərinin içinə baxır və gülümsəyir:
"2 il əvvəlki fotoşəkilim"
Link   : 2
Məmməd itinin boyunluğundan tutaraq yolda gedərkən xoşlamadığı bir qonşusuyla qarşılaşır. Qonşu soruşur:
- Bu eşşəklə hara gedirsən?
- Ey insan BU İT, deyə Məmməd qışqırır. İtlə eşşəyi bir-birindən ayıra bilmirsən?
Qonşu vecinə almayaraq:
- Mən itlə danışıram. Sən nə deyə sözə qarışırsan? xixi
Link   : 4
Dövrün bütün klas futbolçuları cənnətdə toplanıb. Cənnətin baş mələyi də futbola çox maraqlıdır. Şeytanı çağırır və
- Cənnətlə cəhənnəm arasında bir oyun təşkil edək nə deyirsən?
Şeytan:
- Boşuna oynamayaq, biz qazanarıq.
- Olarmı ən yaxşı futbolçular bizdə. Nə qədər də pis futbolçu varsa sizdə. Şeytan şeytancasına gülümsəyərək:
- Amma bütün hakimlər də bizdə tongue
Link   : 2
Evin xanımı gecə yarısı oyanır və ərinin yataqda olmadığını görür. Yataqdan qalxır və ərini mətbəxdə tapır. Əri dalğın-dalğın qəhvə içməkdədir və ağılı çox uzaqlardadır.
Üstəlik gözlərindən yaş gəlir.
"Nə oldu sevgilim?" deyə arvad soruşur.
"20 il əvvəlki ilk görüşümüzü xatırlayırsan?" əri soruşur.
"Əlbəttə" arvad cavab verir.
"16 yaşında idin o zaman. Arxa kresloda sevişərkən atan bizi yaxalamışdı".
Arvad ərinin o günü unutmadığı görür və sevinərək "Bəli xatırlayıram."
"Atanın silahını üzümə söykəyib -ya qızımla evlənərsən ya da 20 il
həbsdə yatarsan- deməsini də xatırlayırsanmı?"
Arvad duyğulu halda "Xatırlamazammı..."
Əri yanağındakı gözyaşlarını silərək:
"Bilirsən, bu gün həbsdən çıxmış olacaqdım..." sad
Link   : 8
Yaşlı bir qadın pişik yeməyi almaq üçün marketə gedir. Üç qutu alıb kassaya aparır.
Kassadakı qız:
"Təəssüf edirəm xanım, amma bunları ala bilməniz üçün pişiyiniz olduğunu sübut etməniz lazımdır. Bir çox yaşlı insan bunları özləri yemək üçün alırlar, pişiyiniz olduğuna inanmadan sizə bunları satma səlahiyyətimiz yox." deyir.
Yaşlı qadın evə gedib pişiyini götürür və marketə qayıdır. Satıcı qadına pişik yeməyini satır. Sabahkı gün yenə yaşlı qadın üç qutu it yeməyi almağa gedir. Kassadakı yenə qadından iti olduğuna dair bir dəlil istəyir. Çünki yaşlı insanlar bəzən də it yeməyi yeməkdədirlər. Qadın yenə evinə qayıdıb itini götürüb marketə gəlir və yeməyi götürür. Sabahkı gün yenə yaşlı qadın marketə gəlir bu səfər əlində bir qutu
var. Kassadakı adama yaxınlaşır və əlini içinə soxmasını söyləyir. Kassadakı qorxaraq;
"Xeyr, içində məni dişləyəcək bir ilan ola bilər."
Yaşlı qadın;
"İnanın, qutunun içində sizə zərər verə biləcək heç bir şey yox. Lütfən əlinizi qutunun içinə soxun.".
Kassadakı əlini qutuya soxar və sonra əlini iyləyərək;
"Bu şey sanki p*x kimi qoxur." deyir
Yaşlı qadın davam edir; " Bəli elədir, indi lütfən üç rulo tualet kağızı ala bilərəmmi?" xixi xixi
Link   : 2
Coca Colanın satışa çıxarma nümayəndələrindən biri, Ərəbistandakı işindən pərişan halda geri qayıdır və niyə işinin alınmadığını dostuna danışır:
- Məni Ərəbistana ilk göndərdiklərində iki problem var idi. Ərəbcə bilmirdim. Xalqda da oxuma-yazma elə də yaxşı deyildi. Buna görə, onlara başa salmaq istədiklərimi yan-yana üç şəkil halında hazırladım. Birinci şəkildə bir ərəb çöldə qumların üzərində sürünür, susuzluqdan ölmək üzərə. İkinci şəkildə, ərəb, qumların arasında tapdığı Coca Colanı içir. Üçüncüdə adam ayaq üstə, daha canlı və şən görünür.
- Məncə çox gözəl anlatmısan. Anlamadılarmı?
- Anladılar anladılar amma... Problem də budur. Ərəblər sağdan sola oxuyurlarmış...
Link   : 4
[<<] [ 1 |... | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 ]


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər