Hazır mesajlar


[ Ana səhifə | Əlavə et ]
Kateqoriyalar
Ayrılıq mesajları
Sevgi mesajları
Nifrət mesajları
Üzr mesajları
Məzəli mesajlar
Ad günü təbrikləri
Bayramlar
Gözəl sözlər, aforizmlər
Nəsihətlər , atalar sözləri
Rus, ingiliscə mesajlar
Nəsihətlər , atalar sözləri [ Son əlavələr | Populyar mesajlar ]
Dost İstəsən ALLAH,
Söhbət İstəsən Quran,
Düşmən İstəsən Nəfs,
Varlanmaq İstəsən Qənaət,
İbrət İstəsən Hüseyn Yetər.
Link PRoQRaMiST   : 8
ilk həyat yoldaşini sənə allah 2cisini insanlar 3cusunu şeytan gondərər
Link NERMIN   : 7
Yalanchi kimse ile dost olmaqdan uzaq ol. CHunki yalanchinin meseli ilgim misalindandir. Oz yalan sozu ile uzaq sheyleri sene yaxin ve yaxin sheyleri sene uzaq gosterer.
Link UpSS   : 3
Ruhun tərk edəcək bir gün bədəni,
Yaxşı əməllərin yaşadar səni.
Link Zeynal4ik   : 3
Mənim Allaha və qiyamət gününə inamım o dərəcədədir ki, Allahla bəndə arasındakı hicab (pərdə) götürülsə inamımda zərrə qədər dəyişiklik olmaz.(Yəni Allahı və qiyaməti neçə düşünürdümsə,pərdənin ardından da elə o cür görünəcək.
Link ZeYNaL4iK   : 3
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.
Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.
Surətə baxu mə`nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.
Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.
Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.
Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.
Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.
Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.
Link Zeynal4ik   : 3
Yaxşı dost mənlə ölümə gedən yox, məni ölüm yolundan qaytarandır!
Link UpSS   : 2
Mənə elə dost lazım deyil ki,hər şeydə mənimlə razılaşsın,mən başımı əyəndə o da əysin,ona qalsa mənim kölgəmdə dostdur.
Link UpSS   : 2
Dostlarınla elə yaşa ki düşmən olduğunda haqqında deyiləcək sözləri olmasın. düşmənlərinlə elə yaşa ki dost olduğunda üzün qızarmasın.
Link _dream_   : 2
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Həmd (şükür və tərif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,
(Bu dünyada hamıya) mərhəmətli , (axirətdə isə ancaq möminlərə) rəhmli olana,
Haqq-hesab (qiyamət) gününün sahibinə!
Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bizi doğru (düz) yola yönəlt!
Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!
Link   : 2
Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.
Link ziya(0519222692   : 2
Hər tərəf qəmdir, fəlakətdir, cəhlidür
Anlamaz şahın məqamın kim gədadur cəhlidür
Gəl ki, bəzi üzlər indi bihəyadur cəhlidür
Gəl ki, aləm məkridür kimdir riyadır cəhlidür
Döndərir dövran mənim hər hissimi ikraha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL

Gül çiçəkdən yox əsər hər yanda alu xəs alaq
Bəd əməllərdən bulanmış nilə dönmüş saf bulaq
Anlamır insan onu ki, anlayır hətta ulaq
Var xeyirxaqlar ona bedxahihler vermir qulaq
Gəl özün bildirginən bedxaxlığın bedxaxa GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


Gəlginən bimərifət insanları ifşa elə
Bir yeni mənzil bizə sən həqqidən inşa elə
Tanrıdan gəlmiş vəzifəndir bunu icra elə
Gəl ki, tez haqqı ədalət taxtını bərpa elə
Çək bizi sorğu suala xaliqi dərgaha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


5 gün ömrün 3 günü qalmış dəyərsizdir tamam
Baxçalar viranədir bağlar bəhərsizdir tamam
Tox yatanlar ac yatanlardan xəbərsizdir tamam
Nəfsi qalibdir ona uymuş cəlali-caha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


Gözlərəm mən yolların həsrət ilə şamu səhər
Sən gələrsən nicatinla biz olluq bəxtəvər
Gəl ki adəm oğlunun əhvalına sal bir nəzər
Bilmiyir adəmliyi azmış yolun əhli bəşər
Çox böyükdür ehtiyacı millətin islaha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


Göydən əlbəttə baxarkən hər şeyə qadir yerə
Var günahın öl xəcalətdən ey İNSAN gir yerə
Sən gələndə ey imam başın qoyar şair yerə
Əfvi istə tanrıdan yığ cənnət əhlin bir yerə
Söylə ey şair baba sən bizlə seyrangaha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL
Link BirFaniDunya   : 2
Həyat qısadı! Qaydaları poz! Bağışlamağı bacar! Daima gül! Fasiləsiz öp! Rəqs et, sanki heç kim səni görmür! Oxu, sanki heç kim səni eşitmir! Sev, sanki heç kim heç vaxt sənin qəlbini incitməyib! Axı həyat insana bir dəfə verilir! Və onu elə yaşa ki, hətta göydəkilər də təəccüblənib desinlər: Bir daha təkrarla!
Link PRoQRaMiST   : 2
Старый друг лучше новых двух.
Link Dunyagorentelman   : 2
Həyat Haqqında Oyun Var.Bu Oyun 2 Cür Oynanılır.Birinci Oyunu Yaşarkən Cismimiz Oynayır.İkinci Oyunu İsə Ölərkən Ruhumuz.Hər İkisinin Də 2 Amalı Var.Birincinin Amalı Axirət`i Qazanmaq, Digərinin İsə Qazandığı Axirət`də Yaşamaq.
Link PRoQRaMiST   : 2
Sevgi müharibəyə bənzəyir: onu başlamaq asandır,dayandırmaq çətin.
Link   : 1
Keçmişini unudan, onu bir daha yaşayar.
Link   : 1
Həyatda xoşbəxtliyi tapmaq həyatin mə'nasıdır.Həyatın mə'nasını tapmaq isə həyatda xoşbəxtlikdir.
Link   : 1
Əgər istəmirsənsə ki sirrini düşmənin bilsin,onda sirrini heç dostuna da demə .
Link   : 1
hamiya dost deyen hec kimin dostu deyil
Link   : 1
[ 1 | 2 | 3 | 4 ] [>>]