Hazır mesajlar


[ Ana səhifə ]
Kateqoriyalar
- Ayrılıq mesajları
- Sevgi mesajları
- Nifrət mesajları
- Üzr mesajları
- Məzəli mesajlar
- Ad günü təbrikləri
- Bayramlar
- Gözəl sözlər, aforizmlər
- Nəsihətlər , atalar sözləri
- Rus, ingiliscə mesajlar
Nəsihətlər , atalar sözləri
Hər tərəf qəmdir, fəlakətdir, cəhlidür
Anlamaz şahın məqamın kim gədadur cəhlidür
Gəl ki, bəzi üzlər indi bihəyadur cəhlidür
Gəl ki, aləm məkridür kimdir riyadır cəhlidür
Döndərir dövran mənim hər hissimi ikraha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL

Gül çiçəkdən yox əsər hər yanda alu xəs alaq
Bəd əməllərdən bulanmış nilə dönmüş saf bulaq
Anlamır insan onu ki, anlayır hətta ulaq
Var xeyirxaqlar ona bedxahihler vermir qulaq
Gəl özün bildirginən bedxaxlığın bedxaxa GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


Gəlginən bimərifət insanları ifşa elə
Bir yeni mənzil bizə sən həqqidən inşa elə
Tanrıdan gəlmiş vəzifəndir bunu icra elə
Gəl ki, tez haqqı ədalət taxtını bərpa elə
Çək bizi sorğu suala xaliqi dərgaha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


5 gün ömrün 3 günü qalmış dəyərsizdir tamam
Baxçalar viranədir bağlar bəhərsizdir tamam
Tox yatanlar ac yatanlardan xəbərsizdir tamam
Nəfsi qalibdir ona uymuş cəlali-caha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


Gözlərəm mən yolların həsrət ilə şamu səhər
Sən gələrsən nicatinla biz olluq bəxtəvər
Gəl ki adəm oğlunun əhvalına sal bir nəzər
Bilmiyir adəmliyi azmış yolun əhli bəşər
Çox böyükdür ehtiyacı millətin islaha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL


Göydən əlbəttə baxarkən hər şeyə qadir yerə
Var günahın öl xəcalətdən ey İNSAN gir yerə
Sən gələndə ey imam başın qoyar şair yerə
Əfvi istə tanrıdan yığ cənnət əhlin bir yerə
Söylə ey şair baba sən bizlə seyrangaha GƏL
Gəl yetiş Sahib Zaman and verirəm o ALLAHA GƏL
Ehtiyacım çox böyükdür sən kimi bir şaha GƏL
BirFaniDunya