Dünyanın ən hündür insanı türkdür

Dünyanın ən hündür insanı türkdürDünyanın ən hündür insanı adı artıq bir türkə məxsusdur. Sultan Kösən Ginnesin rekordlar kitabında dünyanın ən hündür insanı kimi qeyd olunmuş Çinli Bao Çin Şunu 10.5 sm qabaqlayıb. O, Londona gələrək, dünyanın ən hündür adamı kimi adını rekordlar kitabına yazdırıb. 27 yaşlı Kösənin adı Ginnesin rekordlar kitabının 2012-ci il üçün buraxılışında qeyd olunacaq.

2 metr 47 sm boyu ilə Türkiyənin Mardin şəhərindən olan Sultan Kösən həmçinin dünyanın ən uzun əllərinə və ayaqlarına sahibdir. Belə ki,onun əlləri 27.5 ayaqları isə 36.5 sm-dir.

Onun həddindən artıq hündür olmasının səbəbi isə hipofiz vəzində şişin olmasıdır. Şişi həkimlər ötən il cərrahiyyə əməliyyatı ilə götürüb və yalnız bundan sonra Kösənin boy artımı dayanıb. Nəhəng boyluluq Kösenin həyatına bir çox yöndə mənfi təsir göstərsə də, onun özünün sözlərinə görə, əsas problemi bu günədək həyat yoldaşı tapa bilməməsidir. Kösən əks cinsin nümayəndələrində qorxu hissi yaratdığını da etiraf edir. O qazandığı məşhurluqla bütün dünyanı gəzərək, özünə həyat yoldaşı tapmaq fikrində olduğunu bildirir.

Qeyd edək ki, Kösən bundan əvvəl basketbolla məşğul olub, lakin daha sonra nəhəng boyluluq onun hərəkətinin məhdudlaşmasına səbəb olub.

Bu haqda fikirləriniz ?

BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6383   Tarix: 17 sentyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 339
.

Davamlı gecə yuxusunun inanılmaz FAYDALARI

Davamlı gecə yuxusu təkcə rifahınıza deyil, həm də özünüqavramanıza da faydalı təsir göstərir. Bununla bağlı aparılan araşdırmanın nəticələri "Proceedings of the Royal Society" jurnalında dərc olunub. İsveçin Karolinska İnstitutunun alimləri Leoni Balter və Con Akselsson həyata keçirdiklər

06.04.2024 455
.

Alma haqda bunları bilməlisiniz!

Alma unikal xüsusiyyətlərə malikdir və o cümlədən kolon xərçəngindən qoruyur. Bu meyvənin tərkibində bağırsaq mikroflorasının tərkibinə faydalı təsir göstərən pektin var. Rusiya mətbuatına istinadən xəbər verir ki, alma həll olunan liflə zəngindir ki, bu da bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırmaql

08.04.2024 741
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 472
.

Süni intellekt təəccübləndirməkdə davam edir: Bəzi insanları narahat edən yeni ixtira

Süni intellekt startapı "OpenAI" 15 saniyəlik tək səs nümunəsindən təbii səslənən insan nitqini təkrarlaya bilən rəqəmsal səs generatorunun ilkin versiyasını təqdim edib. Bu barədə "ChatGPT"nin yaradıcıları məlumat veriblər. Proqram "Voice Engine" adlanır. İxtiraçılar generator

31.03.2024 517
.

Evlilik ildönümlərinin adları – Çit, taxta, zümrüd, gümüş, qızıl toy...

Adətən gümüş toy, qızıl toy ifadələrini çox işlədirik. Amma evliliyin hər ilinin öz adı olduğunu az adam bilir. Gümüş toy eləməyə hələ çox varsa siz özünüzə mum, taxta, şüşə toyu edə bilərsiniz. evlilik ildönümlərinin maraqlı adlarını təqdim edir. Evliliyin 1-ci ili çit toy adlanır. 2-ci il - dəri to

02.04.2024 734
.

Kanadadan piyada keçidlərindən rahat keçmək üçün kərpicli həll - VİDEO

Kanadada piyada keçidlərinin yanında kərpic qutular quraşdırılıb. Bunun maraqlı səbəbi var. Belə ki, kərpiclərdən avtomobillərin dayanmasını təmin etmək üçün istifadə olunur. Yolu keçərkən onları əlinizdə tutmaq kifayətdir. Bu, işıqfor olmayan piyada zolağından keçərkən kömək edir. Əslində, kərpic polistiro

07.04.2024 328
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 254
.

"WhatsApp"da yeni qaydalarla razılaşmayanların hesabları bloklanacaq – Bu tarixdən

Yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız. xarici mediaya istinadla bildirir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir. İstifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onları

31.03.2024 588