BiG.Az-da QonaQ
Özünüzü Təqdim Edin?
QuliyeVasiF İmran Oğlu
Nikinizin mənası
Nickimin Mənası Ad Və Familiyamdır.Şəxsiyyətimə Çox Düşkünəm Ona GöRə Ad Familiyamı Nick Olaraq Seçmişəm..
Həyata Nə Üçün Gəlmisən?!
Həyata Yaşayıb Yaratmaq, Nəhayət İz Qoyub Getməyə Gəlmişəm.
Çalışıram Həyatda İz Qoyum Ki, Mən Dünyadan Köçəndə Də Unudulmayım Daima Yaddaşlarda Qalım.
Həyatda Ən Kədərli Günün?
25.06.2008
31.12.2008
Qız Dostunuz var ?
Xeyr! Ümumiyyətlə Dostum Yoxdur Dostluğa İnanmıram.
Mənim Həyata Baxış Tərzim, Dostluğa Baxış Tərzim Tamamən Fərqlidir. Mən ÇoX Çətin Adamam Sevgimi Qazanmaq Və Bu Dostluğa Davam Eləmək ÇoX Çətindir Ona GöRə Dostum Yoxdur. Məni Daşımaq ÇoX Çətindir. Mangal Kimi Ürək Lazımdır. Bu Ürək Də HəLə HeÇ Kimdə Yoxdur.
Oğlan dostluqda etibarlıdı yoxsa Qız ?
Ümumiyyətlə İstər Oğlan, İstərsə Də Qız. İnsanoğlu Çiy Süd Əmib Ona GöRə Nə Qız Nə Də Oğlan Etibarlı Deyil. Bu Mənim Şəxsi Fikrimdi Əlbətdə. Qatılan Da Olar, Qatılmayan Da.
Qıza (Oğlana) dostluqda etibar etmirsiz ?
Xeyr Əsla!
Ən Yaxın Bildiyin Dosta Ürək Sözün?
Dostum Yoxdur Ama. BiG.AZ`çılara Ürək Sözüm Xoşbəxt Olsunlar, Həyatdakı Bütün Arzu Və İstəklərinə Çatsınlar.
Sevgilin Var?
Şəxsi Həyatım Haqqda Danışmağı Xoşlamıram…
Sizcə sevgi əl çatmaz olmalıdır yoxsa açıq aydın??
Mənim Sevgilərim Həməşə Əl Çatmaz Olub Və Zənnimcə Əl Çatmaz Sevgi Daha Gözəldir. Ən Gözəl Sevgi Əl Çatmaz Olandır Məncə.
Küsüb qəmli qəmli gedən məhəbbət peşman paşman geri dönərmi?
Baxır O Sevgiyə, Sevginin Böyüklüyünə. Məndə Çox Olub Elə Şey. Həməşə GeRi Qayıdıb.
Heç böyük sevgi yaşamısan?
Xeyr. Hələ Ki Ayaqlarımı Yerdən Kəsən, Məni Məndən Alan Böyük BiR Sevgi Yaşamamışam.
Sevgi Mənim Üçün O Qədər Də Vacib Deyil.Mənim Üçün Həyatda Şan, Şöhrət, Güclü Olmaq Vacibdir.Çünkü İndiki Dövr Bunu Tələb Edir. Şan, Şöhrət, Varsa, Güclüsənsə Hamı Səni Sayacaq, Yox Əgər Zəyifsənsə Heç Kəs Səni Tanımayacaq, Saymayacaq. Elə Buna Görə Də Güclü Olmağa Çalışıram
İnternet Aləminə Necə Gəldin?
İnternet Aləminə Gəlməyimin ÇoX Qəribə BiR Hekayəsi Var.
İlk DəFə başqa bir sayta girmişdim.Bundan BiR Neçə İl Əvvəl Onda BiG.AZ HəLə Yox İdi. Nəsə Mənə Maraqlı Gəldi Xəbər Zad Dərc Eləmək Ama Düzünü Deyim Ki, O Vaxtlar Çox Geri Kafalı İnsan İdim, Nə Cür Xəbər Verəcəyimi Bilmirdim, Hardan, Necə Xəbər Tapacağımı Bilmirdim Ama Nə Olursa Olsun, Hardan, Necə Tapıram tapım Xəbər Dərc Eləməli İdim. Çox Düşündükdən Sonra Əlimdə Ebru GÜNDEŞ`in Heç BiR Albomunda Olmayan Fırtınalar Serialında Səslənən Mahnısı Var İdi Onu Dərc Elədim.
Heç Onda Xəbər Dərc Eləməyi Zadı Bilmirdim. Pis Gündə Göndərmişdim Xəbərimi. İndi Gözləyirəm Ki Xəbər Dərc Olunsun. Başqalarının Xəbəri Dərc Olunur Ama Mənimki Yoox. Adminə Yazıram Cavab Vermir. Nəysə Axırdan Axıra Yazdı Ki, Xəbəri Pis Göndərmisiniz, Şəkil Çox Böyükdür.
Admin Şəxsən Özü Xəbərimi Düzəldib Aktiv Elədi Mənə Dedi Ki, Çox Keyfiyyətsiz Mahnı İdi Ama Əziyyətinizi Yerə Vurmamaq Üçün Xəbərinizi Aktiv Eliyirəm. Xəbər Aktiv Olundu HəRə Ağzına Gələni Danışır. Mahnı Keyfiyyətsizdir, Ebru GÜNDEŞ`dən Zəhləm Gedir. Adminin Elə Deməyi İstifadəçilərin Şərhləri Məni Qıcıqlandırdı Və Bu İş Prinsip Olmağa Başladı. Yox Bu İşdə 1 Nömrə Olacam Və Hamıya Sübut Eliyəcəm Ki Mən Super Xəbərlər Dərc Eliyirəm. Aznet`də Tanınmış İnsan Olacam Dedim İ Vse!
Başladım Ard-Arda Xəbər Dərc Eləməyə. Admin Gördü Yoox Bu Uşaq Elə Belə Uşaq Deyil Bunda Nəsə Var. Nəysə Msndə Danışdıq Mənə Bir Neçə Məsləhətlər Verdi. Və SARA Adında Qız Var İdi Məni Ona Calaşdırdı Ki Sənə Xəbər Göndərməyi Öyrədəcək. SARA Başladı Mənə Xəbər Dərc Eləməyi Öyrətməyə. Admin Mənə Mahnıya Logo Vurmaq Üçün Program Verdi Dedi Logo Vur Görüm Necə Vuracaqsan?
Nəysə Logonu Vurub Dinlətdim Adminə. Dedi Halal Olsun Sənə Super Vurmusan Logonu. Bu Qədərini Gözləmirdim Düzü. Sonra Yavaş-Yavaş Statusum Qalxdı Medallar Aldım.
Hamı da Məni Bu Medallara Layiq Gördü. Layiqsən Bu Statusa, Medallara Dedi. Ama İdarə Heyyətində Bir Nəfər Var İdi Ki, Həməşə Paxıllığımı Çəkirdi. Heç vaxt Məni O Statusa Layiq Bilmədi. Bir Müddət Keçəndən SoNRa İdarə Heyyətindəki Bəzi Uşaqlar Mənə Adminlik Verməyi Təklif Elədi Ama Həmən Məni O Statusa, Medala Layiq Görməyən Şəxs Ona Zarafat Yana İrad Bildirdi Etiraz Elədi. Ama Mən Heç Nə Demədim Ona. Çünkü O Saytda Ən Sözü Keçən Redaktor İdi. Ama Əslində Qoyunlarında İlan Bəsləyirlərmiş Xəbərləri Yox İdi. O İnsan O Saytın Sonu Oldu. Çox Mundar, Paxıl, Qurddu İnsan İdi. Hamını Acıladı, Haqsızlıq Elədi Və O Saytın Axırına Çıxaraq Hamını Saytdan Soyutdu. Ondan Sonra Bir Müddət Ara Verdim Mən Xəbər Göndərməyə. Statusumu Əlimdən Aldılar. Bir Müddət Sonra Admin Məni Tapıb Niyə Yoxsan Sənsiz Bu Saytın Dadı, Duzu Yoxdur Ən Yaxşı Xəbərlər Sənin İdi Dedi. Mən Də Nə Bilim Xəbərlərimi Bəyənmirdiz Mən Də Getdim Dedim. Yox Dedi Sənin Xəbərlərin Əla İdi Geri Qayıt Sayt Yenilənir. Nəysə Geri Qayıtdım Müəyyən Müddət Sonra Şəxsi İsmarıclar Gəlirdi Mənə. Sən Yox İdin Ama Xəbərlərinin Yeri Görünürdü. Yaxşı Ki Qayıtdın. Nəysə Bu Hekayə Çox Uzundur Axıra Kimi Yazmağa Həvəsim Çatmadı. Yaqin Ki Sizin Də Başınızı Şişirdim.
Qısqancsan?
Həm Də Çooox. Dəhşət!
Həyatda Özüvə Ən Böyük Arzun?
Özümə Ən Böyük Arzum Bir Gün Tanınmış, Sayılıb, Seçilən İnsan Olmaqdır.
Qızla Oğlanın Dostuna Necə Baxırsan?
Pis Baxıram. Qızla Oğlanın Dostluğunun Axırı Mütləq Sevgiyə Çevrilir.
Həyatdan Bezdiyin An?
Həyat Məni Çox Tez Sınağa Çəkdi. Səbrimi, Dözümümü, İradəmi Ölçməyə Çalışdı Və Hələ Də Davam Edir Ama Heç Vaxt Həyatdan Bezməmişəm. Mənim Yerimdə Kim Olsa Qaçardı, Təslim Olardı. Ama Mən Qaçmadım, Təslim Olmadım. Həyatla Vuruşdum Və Vuruşmağa da Davam Edirəm. Ama Heç Vaxt Həyatımdan Bezib Ölmək İstəyirəm Və Sair Kimi İfadələr İşlətmədim. Nə Olursa Olsun Həyat Çox Gözəldir. Həyat Yaşamağa Dəyər.
HAYAT SANA NASIL DAVRANIRSA DAVRANSIN, SEN HAYATA HEP GÜLÜMSE!
ÖYLE UFAK, TEFEK RÜZGARLAR SENİ EĞERSE BİR DAĞ KADAR OLSAN BİR OTA DEĞMEZSİN!
Başıva Gələn Ən Kədərli Hadisə?
Başıma Gələn Ən Kədərli Hadisə Anamın Rəhmətə Getməsidir. Anam Avariya Düşəndə Xəstəxanada Mənə Deyəndə Ki Anan Ölüb Bizə Demirlər Gəlin Gedək Hazırlıq Görək. Dünyam Yıxıldı. Bir Anda Ümidlərim Qırıldı, Heç Oldu. Ən Vacib Olan Vaxtda Anam Məni Qoyub Getdi.
Kimsəsizə Əl Tutmusan?
Xeyr Tutmamışam Ama Çox İstəyərəm Kimsəsiz Uşaqlar Evinə Gedib Onlarla Bir Yerdə Olum, Onlara Heç Olmasa Mənəvi Olaraq Dayaq Verim Çünkü Mən Də Onlar Kimi Yetiməm.
4.000000 $ Olsa Nə Edərsən?
Ən Böyük Arzum Radio Açdırmaqdır. Bu Qədər Pulum Olsa Və Əgər Bu Pul Radio Açdırmağa Çatsa İdi Azərbaycanda Radio Açardım.
Namaz Qılırsız?
Xeyr Qılmıram. Allah Qılanların Namazını Qəbul Eləsin.
Bilirsiniz Əslində Namaz Qılmaq, Ya Da Qılmamaq Zənnimcə O Qədər Də Vacib Deyil. Əsas İnsanın Ürəyinin Təmiz Olması, Niyyətinin Saf Olmasıdır. O Qədər Namaz Qılıb Ama Mundar Olan, Kirli İşlər Çevirən İnsanlar Görmüşəm Ki. Namaz Qılıb Mundar İnsan Olunca Niyyəti Saf, Ürəyi Allah`la Bir Olmaq Daha Yaxşıdır.
Həyatına maraq gətirən insan kimdir?
Həyatıma Maraq Gətirən İnsan Ancaq Bacımdır.
Bu dəqiqə hansı mahnıya qulaq asırsan?
Ebru GÜNDEŞ – Ahdım Olsun Bu Mahnı Sanki Mənə Yazılmış BiR Mahnıdır. Bu mahnı Məni, Yaşadıqlarımı Çox Gözəl Şəkildə İfadə Edir.
Bu Həyatda Kimə İnanmaq Lazımdır?
Həyatda Özündən Başqa Heç Kəsə İnanmaq Lazım Deyil.
Ən Azından Mən Özümdən Başqa Heç Kəsə İnanmıram.
Həyat Mənə Heç Kəsə İnanmamağı, Güvənməməyi Öyrətdi.
Həyat Fanidir Yoxsa İnsanlar?
Çox İnsan Həyat Fanidir Deyir. Xeyr Mən Bununla Razı Deyiləm. Həyat Elə Həmən Həyatdır Dəyişən İnsanlardı, Fani Olan İnsanlardı. Özümüzün Qüsurlarımızı Həyatın Üstünə Atmayaq.
Qəlbinin dərinliyində saxladığın bir sirr varmı??
Çox Sirrim Var.
Bölüşə bilərikmi?
Bölüşsəm SiRR Olmaz Axı.
BiG.AZ Saytına Necə Gəldin? Gəlməyivə Peşmansan?
Həmin saytdan SoNRa. BiR Sayt Var Ora Getdim Ama əvvəlki saytdakı Həmən İnsan Da Orada İdi. Mənə Atmaca Sözlər Atırdı, Qammaz Yerinə Qoyurdu, Sanki Bu Hərşeyi Bilir, İdeal İnsanmış Kimi. Mən Heç Nə Bilmirəm. Nəhayət Dayana Bilməyib Saytdan Getməyə Qərar Verdim. Və Adminə Getmək İstədiyimi, Statusumu Almasını İstədim. Səbəb Nədir? Dedi. Mən Də Heç BiR Açıqlama Vermiyəcəm Dedim. Ama Əslində Ya O, Ya Da Mən!
Deyib Onu Qovdurardım Saytdan. Və 100% Əmin Olun Ki, Bu Seçimdə Məni Seçərdilər Ama Ən Nifrət Elədiyim Şey Ya O, Ya Mən! Deyib İnsanları Çətin Seçim Qarşısında Buraxmaqdır. Bu Hərəkəti Özümə Əksiklik, Şəxsiyyətsizlik Bilirəm. Ama İnsanlar Həməşə Ya O, Ya Mən Deyillər. Təbii Ki, Mən Seçilirəm. Heç Vaxt O Biriləri Seçilmir. Ümumiyyətlə Həməşə İnsanlarda Qısqanclıq, İkrah Hissi Oyadan İnsan Olmuşam, Həməşə Məni Qısqanıblar. Yerimdə Olmaq İstəyənlər Çoxdur. Nəysə Sonra BiG.AZ`A Gəldim. Ama Gəlməmişdən Əvvəl Tərəddüdlərim VaR İdi. Düşünürdüm Ki Bu Sayt Divdir. Bu Saytdakılarla Bacara Bilmərəm. Xəbərlərim Onlara Maraqlı Gəlməz. Həm Də Deyirdim Görəsən Məni Qəbul Edərlər? Görəsən İdarə Heyəti İlə Aram Necə Olacaq? Mənim Bir Xasiyyətim Də Var Ki, Həməşə Qoxularımın Arxasınca Gedirəm Və Alınır. İndi Də Qoxularımın Arxasınca Getdim Və Bacardım! Alındı!
Həyatda Elə Bil Hərəkət Etmisiz ki,hələdə peşmançılıq Çəkirsiz? ( Səmimi Ol)
Bəli. Bacımın Toyuna Getmədiyim Üçün Çox Peşmanam.
Kaş Gedəydim O Toya. Əgər Zamanı Geri Ala Bilsəydim Bacımın Toyuna Gedərdim Və Qol Açıb Anamla SoN DəFə Oynayardım.
Həyatda Elə Bir İnsan Varki Nümunə Götürəsən ondan?
Həyatda Nümunə Götürdüyüm İnsan Ebru GÜNDEŞ`dir.
O Heç Kəsə Bənzəmir, Hər Yönüylə Möhtəşəm İnsandır.
Heç Kəslə Konfliktə Girmir, Heç Bir Deyilənə Cavab Vermir.
İşi İlə Gündəmdə Olur. Mən Də Ondan Nümunə Götürürəm.
Həyatda Ən Yaxın Dostunuz?
Dostum Yoxdur.
Bəs Saytda Ən Yaxın Dostunuz? (Oğlan Və Qız)
Dost Deməyək Ama Şəxsiyyətinə Hörmət Elədiyim, Danışdığım, Əlaqə Yaratdığım İnsanlar Var. Natiq, Afa, _LİDA_, BARSA1899, Buyuk_İskender, Tenzil
BiG.AZ Saytında Ən Maraqlı Xəbəri Hansı İstifadəçi Yerləşdirir?
Hərə Özünə Görə Yaxşı Xəbər Göndərir. Pis Xəbər Göndərən Yoxdur.
BiG.AZ da Qonaq Rublikasında Hansı Useri Görmək İstərdiz?
Nərgiz Səni, _LIDA_ Və BARSA1899
BiG.AZ Saytına Ürək Sözləriviz!
Daima Aznet`in Divi, Birincisi Olsun, Birinciliyini, Liderliyini Əldən Verməsin.
BiG.AZ-da nəyi bəyənmirsiz ? İrad və Təklifləriniz ?
Hər Şey Əladır Çox Şükür Bəyənmədiyim Birşey Yoxdur.
Sonda.Bəyəndiyiniz Və Bəyənmədiyiniz Sual?
Bütün Suallar Bir-Birindən Gözəl İdi. Təşəkkürlər!
Qonağımız Olduğumuz Üçün Təşəkkür
Nə Demək. Əksinə Məni Qonaq Elədiyiniz Üçün Mən Təşəkkür Edirəm.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş