Su içmək üçün 40 səbəb

Su içmək üçün 40 səbəb

Yer kürəsinin 71 faizini, insan bədəninin isə təxminən dörddə üçünü təşkil edən su həyatımız üçün də çox vacibdir.

Yer səthinin 71 faizini dənizlər, 25 faizini quru ərazilər təşkil edir. İnsan bədəninin 25 faizi qatı maddələrdən, 75 faizi isə sudan, mayedən ibarətdir. Beynimizin isə 85 faizi sudur.

Dünyanın yaradılmasından öncə də su var idi və yaradılış tamamlandıqdan sonra da ilk həyat su ilə başladı.

Suyun həyatın ən əsas ünsürlərindən olduğunu bilirik. Sözü gedən maddənin faydalarının gerçək mənada üzə çıxarılması istiqamətində görülən işlərin, aparılan araşdırmaların həmin gündən sonra sürətləndiyini bilirdinizmi?

İranlı həkim Doktor Firudin Batmangelc suyun bir çox xəstəliklərə dərman olduğunu, insanın səhhətini yaxşılaşdırdığını həbsxanada qarşılaşdığı bir hadisə nəticəsində öyrənib: "1979-cu il İran inqilabı dövründə mən siyasi məhbus kimi həbsxanada idim. Bir gün məhkumlardan birinin həbsxananın dəhlizində mədə sancıları ilə çapaladığını gördüm. Məni görən kimi: "Mədəmdəki yara məni öldürür", - dedi. "Bu sancıları azaltmaq üçün nə etmisən?" - deyə soruşduğum zaman: - Üç ədəd "Tagamet" və bir şüşə antiasid qəbul etmişəm, amma bir təsiri olmadı, - söylədi".

Doktor Batmangelc əzab çəkən məhkuma qeyri-ixtiyari yardım etmək qərarına gəlir və ölümünün yaxınlaşdığını düşündüyü şəxsə iki stəkan su içirir. Amma bir müddət sonra gördüyü mənzərə onu təəccübləndirir. Məhkum çox keçməmiş ağrılardan azad olur. O gündən sonra Doktor Batmangelc suyun şəfaverici təsiri üzərində çalışmalara başlayır. Həbsxanada olduğu 2 il yarım ərzində 3 mindən artıq mədə xorası olan xəstə məhkumu sağaldır. Təbii ki, dərman kimi yalnız sudan istifadə edir. Batmangelcin azadlığa buraxılmaq vaxtı çatanda, o, həbsxana müdirindən xahiş edir ki, bir müddət də zindanda qalması üçün ona icazə versin: "Mən bir az daha məhkum həyatı yaşamaq istəyirəm. Çünki araşdırmalarımın ən vacib mərhələsindəyəm. Bu qədər xəstəni dünyanın heç bir yerində, bu şərtlər altında tapa bilmərəm".

Beləliklə, Doktor Batmangelc bir müddət daha könüllü həbsxana həyatı yaşayır və araşdırmalarını davam etdirir. Həkimin su ilə bağlı kəşfləri ilk olaraq İran Tibb Assosiasiyası tərəfindən yayımlanır.

Doktor Batmangelc "Xəstə deyil, susuzsunuz" kitabında bədənimizin tam 40 səbəbə görə suya ehtiyac duyduğunu açıqlayıb.

Həmin səbəblər aşağıdakılardır:

1. Heç bir canlı susuz yaşaya bilməz.

2. Susuzluq əvvəlcə bədənin funksiyalarını öz təsiri altına alır, sonra isə öldürməyə başlayır.

3. Su ən vacib enerji qaynağıdır.

4. Su bədənin hər hüceyrəsində elektrik və maqnit enerjisi istehsal edir, bizə güc verir.

5. Su hüceyrələrin daxilindəki maddələri bir-birinə bağlayan yapışdırıcıdır.

6. DNK-nın zədələnməsinin qarşısını alan su onun bərpa olunması mexanizminin daha yaxşı fəaliyyətini də təmin edir. Beləliklə, yaranan anormal DNK sayı da azalır.

7. İmmun sisteminin bütün mexanizmlərinin mərkəzi sayılan sümük iliyini "xərçəng" də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı gücləndirir.

8. Bütün qidaları, vitaminləri və mineralları parçalayan əsas vasitədir. Su bədəndəki qidaları kiçik hissələrə ayırır, həzm olunmasında və son metobolizma mərhələsində vacib rol oynayır.

9. Su qidalara enerji verir və parçalanan qidalar həzm prosesi zamanı bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.

10. Su qidalardakı lazımi maddələrin sorulmasını sürətləndirir.

11. Bütün vacib maddələrin bədənə yayılmasına yardımçı olur.

12. Ağciyərlərdə oksigen toplayan qırmızı qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.

13. Hüceyrəyə çatan su həmin hüceyrəyə oksigen verir və tullantı qazların bədəndən kənarlaşdırılması üçün onları ağciyərə daşıyır.

14. Su bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və onların xaric olunmaları üçün qaraciyərə və böyrəklərə daşıyır.

15. Su oynaq boşluqlarındakı əsas yağlayıcı maddədir, artrit və bel ağrılarının əmələ gəlməsinin qarşısını almaqda yardımçı olur.

16. Dehidrasiya (bədənin həddindən artıq su itirməsi) oynaqlar, böyrəklər, qaraciyər, beyin və dəridə zəhərli çöküntülərin toplanmasına gətirib çıxarır. Su isə bütün bunların qarşısını alır.

17. Su bağırsaqları ən yaxşı işlədən yağlayıcı vasitədir.

18. İnfarktın və iflicin qarşısını alır.

19. Ürəkdə və beyin damarlarında laxtalanmanın qarşısını alır.

20. Bədənin soyutma (tərləmə) və isitmə (elektrik) sistemləri üçün əvəzolunmazdır.

21. Düşünmək başda olmaqla bütün beyin funksiyalarının normal işləməsi üçün bizə güc və elektrik enerjisi verir.

22. Uşaqlarda və gənclərdə diqqətsizlik probleminə müsbət təsir edir.

23. Səmərəli iş əmsalını artırır və diqqəti gücləndirir.

24. Su dünyadakı digər bütün içkilərdən daha rahat tapılır və heç bir ziyanı yoxdur.

25. Stress, həyəcan və depressiyanın azalmasına kömək edir.

26. Su yuxunu tənzimləyir.

27. Yorğunluğun aradan qaldırılmasına yardım edir və bizə gənclik enerjisi verir.

28. Üz dərisini yumşaldır və yaşlanmanın simptomlarının azalmasına kömək edir.

29. Gözlərə canlılıq və parlaqlıq verir.

30. Qlokomdan (göz xəstəliyi) qorunmamıza yardımçı olur.

31. İlikdə qan hüceyrələrinin artmasını sürətləndirir, qan xərçənginin və lenfoöma xəstəliyinin qarşısının alınmasına kömək edir.

32. Su bədənin infeksiya və xərçəng hüceyrələrinin yayılmaq ehtimalı olan bölgələrində immun sistemini gücləndirir.

33. Qanı durulaşdırır və qan dövranı prosesində laxtalanmanın qarşısını alır.

34. Ürək döyüntüləri ilə birlikdə qanı duruldur, dalğalandırır və qan dövranı zamanı qatı maddələrin çökməsinə imkan vermir.

35. Su içdikdən sonra aclıq və susuzluq hisslərini ayırd etmək mümkündür.

36. Arıqlamağın ən doğru yolu su içməkdir. Rejimli şəkildə su için və pəhriz saxlamadan arıqlayın. Aclıq hiss etdiyiniz zaman çox yeməyin, amma susadığınız zaman doyunca su için.

37. Su hamiləlik zamanı ürək bulantılarını azaldır.

38. Zehni və bədən funksiyalarını bütünləşdirir. Qərar vermək və hədəfləri müəyyənləşdirmək bacarığını artırır.

39. Yaşlandıqca yaddaşın zəifləməsinin qarşısını alır. Parkinson, skeleroz və digər zehni xəstəliklərin əmələ gəlmə ehtimalını azaldır.

40. Kofein, alkoqol və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur.

Bir stəkan suyun faydaları bunlardır.

Suyun yuxarıda sadalanan faydalarını oxuduğumuz zaman Qurani-Kərimdə yer alan ayənin mənasını daha gözəl anlayırıq: "Canlı olan hər şeyi sudan yaratdıq. Onlar hələ də inanmırlar?" (əl-Ənbiya, 30).


Su içmək üçün 40 səbəb


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5145   Tarix: 26 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490