Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında


Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaMüğənni hamiləliyinin son aylarında konsert verən ilk qadın kimi tarixə düşmək istəyir.

Röya tamaşaçılara indiyədək oxuduğu və hətta, heç oxumadığı yeni duetlərini təqdim edəcək.
Hər zaman öz addımları ilə digərlərindən fərqlənən Röya növbəti dəfə sevənlərini və sevməyənlərini təəccübləndirəcək!Röya sentyabr ayının ortalarında Yaşıl Teatrda konsert verəcək! Bu barədə məlumatı müğənninin prodüseri Kənan verib. Onun sözlərinə görə, Röya hamilə ola-ola verəcəyi bu konsertlə tarixə düşəcək.Kənan onu da deyib ki, o artıq konsert tarixinin dəqiqləşdirilməsi üçün əlaqədar qurumlara müraciət də edib. Kənan onu da vurğulayıb ki, bu konsertin əsas fərqlərindən biri də Röyanın tamaşaçılara indiyədək oxuduğu və hətta, heç oxumadığı yeni duetlərini təqdim etməsi olacaq.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaAysel ailə qurmaq istəmir.

"Evlənmək karyerama xələl gətirər"
Azərbaycanı bu ilki "Eurovison" mahnı yarışmasında təmsil edən Aysel hazırda Türkiyədədir.
O, ilk dəfə getdiyi ölkədə o, 20-ci Beynəlxalq Çeşmə Dəniz Şənliklərində çıxış edib.
"Sabah"qəzetinin suallarını cavablandıran 20 yaşlı müğənni "Eurovison" yarışmasına getmək üçün 40 namizəd arasından seçildiyini öyrənəndə çox sevindiyini açıqlayıb: "Seçilən vaxt çox sevinirdim. Çünki mən hələ uşaqlığımdan bəri səhnələrə çıxmaq xəyalını qururdum. Bu yarışma mənim karyeramın möhtəşəm bir başlanğıcıdır. Bu, hər kəsə qismət olmayan şeydir. Əvvəllər bu qədər tanınmırdım, indi isə məni Azərbaycanda milli qəhrəman kimi görürlər. Yarışmada üçüncü olduq, ancaq bu nəticə Azərbaycan üçün birinciliyə bərabər kimidir".
Sevgilisinin olmadığını deyən Aysel "Eurovision" yarışmasından sonra çoxlu evlilik təklifi aldığını da deyib: "Hazırda ailə qurmaq barədə düşünmürəm. Əvvəlcə musiqi karyeramdır. İndi ailə qursam, karyeram başlamadan bitər. Ailə qurmaq karyerama xələl gətirər. Öncə bu işlərimi bitirim, sonra o işlərə də baxarıq. Çünki evlənmək mənim üçün əsas məsələ deyil".
Aysel özünü gözəl saydığını da deyib: "Amma daha güzgünün qarşısına keçib "necə də gözələm" demirəm. Yarışmadan sonra mənə modellik təklif edildi, qəbul etmədim. Modellik yox, ancaq fotomodellik etmək barədə düşünə bilərəm"

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaXatirə İslam məhkəmədə ifadə verdi.
Xatirənin maşını yandırılıb.

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini Şamil Musa oğlu Nəsibovun məhkəməsi keçirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur. Cinayət işində müğənni Xatirə İslamın da adı hallanır. Belə ki, Şamil Nəsibov cinayəti törədəndən sonra istifadəsində olan mobil telefon vasitəsilə Xatirə İslama zəng edib.
Dünən keçirilən prosesd şahid qismində ifadə verən Xatirə İslam təqsirləndirilən şəxsi tanımadığını deyib. Amma Ş.Nəsibovun mobil telefonundan öz telefonuna zəng gəlməsi ilə bağlı məqamı izah edə bilməyib.
Məhkəmə davam edir.
Müğənni Xatirənin maşını yandırılıb.Onun "Range Rover" markalı maşını yararsız hala düşüb.Hadisə bu gün səhərə yaxın baş verib. Belə ki, müğənniyə məxsus "10 NC 111" dövlət nömrə nişanlı "Range Rover" markalı avtomobil naməlum şəraitdə Nərimanov rayonu, Ziya Bunyadov 30 ünvanında (müğənninin yaşadığı binanın qarşısında) yandırılıb.
Hadisə yerinə gedən yanğınsöndürən alovun qarşısı alınıb, ancaq maşın yararsız hala düşüb. Hələlik hadisənin başvermə səbəbləri məlum deyil, araşdırma aparılır.
"Məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsinə artıq müraciət etmişəm. Polis tədqiqat işləri aparır" – deyə, müğənni bildirib.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında"Şeron"un 10 yaşı tamam olacaq

QRUPUN RƏHBƏRİ ÜLVİ CƏFƏROV BU MÜNASİBƏTLƏ KONSERT VERƏCƏKLƏRİNİ BİLDİRDİ.
ÜLVİ Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupu yeni mahnılar yazdırır. Daha çox yaddan çıxan və unudulmaqda olan mahnılara müraciət etdiklərini deyən Ülvi qeyd etdi ki, bu dəfə də həmin adət-ənənəni davam etdirəcəklər. Onlar Xan Hüseyn müəllimin "Səadət" adlı mahnısına yeni nəfəs verəcəklər.
"Həmin mahnını artıq aranjeman etdirmişik, indi isə klip çəkdirməyi düşünürük. "Dənizin sahilində" adlı yeni mahnımızı da bu yaxınlarda tamaşaçıların ixtiyarına verəcəyik. Bundan başqa "Oğuz yurdu" adlı yeni albomumuzun işıq üzü görməsini gözləyirik. Çoxları bizim ifamızda "Çəkər ha" aşıq mahnısını eşidib. Bunun davamı olaraq biz bir neçə aşıq mahnısı yazdırmaq fikrindəyik. Sevinirik ki, gördüyümüz işləri hər yaş qrupunun nümayəndələri bəyənir. Yaşlı nəsil bizi aşıq və xalq mahnılarını ifa etdiyimizə görə bəyənib tanıdı. Gənclər isə müasir kompozisiyaları bəyənir. Ona görə də, biz yeni nəslə xalq mahnılarını yeni aranjemanda təqdim etməyə çalışırıq. Bir sözlə, bizim amalımız həm yaşlı, həm orta, həm də gənc nəslin zövqünü oxşamaqdır. Bunu təkcə konsertlərdə etmirik. Hətta toylarda da istənilən janrda mahnılar ifa edirik ki, toya gələn insanlar zövq alsınlar".
Ülvinin sözlərinə görə, cari ildə həm də "Şeron" qrupunun 10 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə qrup üzvləri konsert təşkil edəcəklər: "Azərbaycanda olan digər qruplar kimi, "Şeron" qrupu da bir neçə dəfə dağılıb. Qrupun bugünkü fəaliyyəti onun nəticəsində davam edir ki, bizim üçümüz də bir-birimizlə dil tapıb birgə yaradıcılıqla məşğul oluruq. Xoşbəxtlikdən aramızda bu günədək münaqişələr yaşanmayıb. Çalışırıq ki, bir-birimizin sözünü eşidək və bir-birimizin fikirlərinə hörmətlə yanaşaq. Bəlkə də elə buna görədir ki, üçümüzün də işbirliyimiz uzun illərdir davam edir. Bu qrupun adını biz əbədi olaraq yaşatmaq istəyirik. İnanırıq ki, buna da nail olacağıq. Çünki heç birimizin solo karyeraya başlamaq fikrimiz yoxdur. Biz qrup üçün, onun adının yaşaması üçün çalışacağıq".

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytındaBaloğlan Əşrəfov yay istirahətini Masallıda keçirəcək

O, XARİCİ ÖLKƏLƏRDƏ DİNCƏLƏN SƏNƏT ƏHLİNİ SUÇLADI.
"BİLƏCƏRİDƏN o yana çıxa bilməyən sənət əhli həmişə tamaşaçıları müəyyən yollarla aldadır. Onlar yalandan məlumat verirlər ki, guya yayda Antaliyada və digər xarici ölkələrin istirahət mərkəzlərində dincəlirlər".
Bu barədə əməkdar artist Baloğlan Əşrəfov müğənnilərin yay istirahəti ilə bağlı sualımızı cavablandırarkən söylədi. Öz vətənində dincəlməkdən xüsusi zövq aldığını deyən müğənni Azərbaycanın dilbər guşələrinin çox olduğunu vurğuladı: "Mən Azərbaycanı xarici istirahət mərkəzlərinin heç birinə dəyişmərəm. Nə varsa, hamısı bu cahandadır. Pulunu xərcləyib, özləri üçün şərait quranda Bakı bəzi sənətçilər üçün yaxşı olur, amma dincəlmək söhbətinə gələndə pis olur? Onlar çox da özlərindən razılıq etməsinlər, çünki sənət adamlarını bu xalq, bu torpaq yaşadır".
Baloğlan Əşrəfov bildirdi ki, dünyanın hər bir ölkəsində dincəlməyə imkanı var. Hətta lazım gəlsə, bu istirahət ona pulsuz da başa gələr. Amma o qeyd etdi ki, ata-ana yurdunu heç Amerikaya da dəyişməz. Odur ki, müğənni dincəlmək üçün məhz doğulduğu məkana - Masallıya gedəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13627   Tarix: 18 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371