"Bülent Ərsoy həyatıma həyat qatdı" – Müsahibə
"Hələ də ürəyimə yaxın olan bir qız tapmamışam. Evlənməyi düşünürəm. Hər bir insan ailə qurmaq istəyər"
Xalq artisti Aygün Kazımova ilə Azərbaycanda oxuduğu duetləri ilə gündəmdə olan Türkiyənin "Popstar Alaturka" yarışmasının birincisi Gökhan Erolun "Qafqazinfo"ya verdiyi müsahibəsini təqdim edirik:
- Bir ara yaradıcılığınızda daha aktiv idiniz? İndi nə işlə məşğulsunuz?
- Hal-hazırda Türkiyədəyəm. Təzə mahnılar seçirəm, yeni layihələrlə birgə dönəcəyəm Bakıya.
- Siz Azərbaycanın xalq artisti Aygün Kazımova ilə duet oxumusunuz. Bəs niyə davamı gəlmədi?
- Aygün xanımla duetlərimiz çox uğurlu alındı, düşünürəm ki, davamı gələcək... Tez- tez oxuyub camaatı bezdirmək istəmirəm.
- Aygün Kazımova sizi Sinan Akçıla dəyişdi, bu barədə məlumatınız var?
- Bəli var, Aygün xanımla bizim dostluğumuz möhkəmdir, sadəcə iş deyil... Biz hər zaman hər işdə onu dəstəkləyirik.
- Bəs siz Aygün xanımı Azərbaycanda kimə dəyişmək istəyirsiniz? Məsələn Röyaya?
- Mən yetərincə duetlərimi oxumuşam, Aygün xanımı heç kimlə dəyişməmişəm və dəyişmərəm də. Hər sənətçinin öz yeri var.
- Deyilənə görə, Azərbaycan şou-biznes əhli sizi burada işləməyə qoymadılar və siz də bu səbəbdən inciyib qayıtmısınız?
- Elə bir şey yoxdur. Ha, ha, ha... Əgər məni burda işləməyə qoymasaydılar mən onda niyə qayıdıram yenidən Bakıya?
- Niyə görə Azərbaycan şou-biznesinə qatılmaq istədiniz və sonradan niyə Türkiyəyə qayıtdınız?
- Türkiyəyə qayıtmadım, mənə sadəcə olaraq, Türkiyədən iş təklifi gəldi ona görə getdim. Həm də albomum üçün mahnıların hazırlığı lazım idi. Azərbaycan mənim doğma vətənimdir.
- Bəs Azərbaycan şou biznesi ilə Türkiyədəki fərqli və oxşar cəhətləri sizcə, nədədir?
- Türkiyəni az çox siz də bizim qədər izləyirsiniz və bilirsiz. Məncə bu sualın cavabını sizlərdə bilərsiniz...Hər şey göz qabağındadır, müğənniləri tanıyırsınız, serialları da izləyirsiniz...
- Bület Ərsoy sizin səsinizə heyran olduğunu deyib. Bu sözün sizin həyatınızda nə kimi rolu oldu?
- Bülent xanım doğrudan da mənim səsimi çox bəyənir və hər zaman mənə dəstək olub. Mənim müəllimimdir, ustadımdır. Onun sözü mənim həyatıma həyat qatdı. Sadəcə bu qədər!
- "Popstar Alaturka" Ebru Gündəşlə bir səhnəni paylaşdınız. Ebru xanımdan sizə hansısa dəstək gəlib?
- Ebru xanımdan mənə nə dəstək gələcək ki... O sadəcə səsimi bəyəndiyi üçün mənə hər zaman yüksək qiymətlər verib.
- Bundan sonra Azərbaycan səhnəsində yenidən görünəcəksiniz?
- Mən vətənim Azərbaycana gəlməliyəm bu yaxınlarda. Yenidən Azərbaycan səhnələrdə görünəcəyəm.
- Şəxsi həyatınızda danışardınız, Subaysınız?
- Bəli subayam.
- Evlilik barədə düşünürsünüz?
- Hələ də ürəyimə yaxın olan bir qız tapmamışam. Evlənməyi düşünürəm. Hər bir insan ailə qurmaq istəyər.
- Niyə şou biznes adamları gec evlənir və ya evlənmirlər?
- Gec ailə qurmağın müsbət cəhətləri də var. Yəqin onlar da mənim kimi ürəklərinə yatan adamı tapa bilmirlər ona görə.
QAFQAZINFO.AZ
BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə Baxılıb: 2448 Tarix: 27 avqust 2012
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı
Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib
23.01.2021 2452 "Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR
ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş
27.04.2020 40043 "Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ
Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec
17.01.2020 3720 "Vəzifəli adamların övladlarından yekəxanalıq öyrənmişəm"
Müğənni İlqar Xəyal AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub. BİG.AZ xəbər verir ki, ifaçı veriliş zamanı dostluq münasibətlərindən söz açıb:. "Bəzi insanlar var ki, mənfəət güddükləri insana salam verirlər. Yaxud düşünürlər ki, həmin insanla ünsiyyətdə olsalar onun vasitəsil
13.11.2019 2270 "Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ
Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"
30.01.2020 3689 "Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ
Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"
28.12.2019 3817 "Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ
Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl
05.09.2019 2237 Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ
Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim
13.01.2020 7116 "Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ
saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra
17.07.2020 6757