Həddən artıq təmizlik, yoxsa xəstəlik

Həddən artıq təmizlik, yoxsa xəstəlikPsixoloq: "Ən ideal şəraitdə belə onlar xoşagəlməyən nəsə tapacaqlar"

Təmizlik imandan gəlir deyiblər. Amma hər şeyin ifratı ziyanlı olduğu kimi, həddən artıq təmizlik də insan psixologiyasını zəiflədir və tədricən xəstəlik halını alır.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Orxan Fərəclidir.

– Hazırda bu xəstəlik psixologiyada "opsessiv pozuntu" adlanır və dörd formada özünü göstərir. Təmizlik isə onlardan biridir.

Birinci forma diqqətlə bağlıdır, Şəxsin fikri həmişə dolaşıq olur, diqqətini cəmləyə bilmir. Məsələn, kiməsə nəsə olacağını fikirləşir, evdən çıxarkən qapını bağlamır, qazı və ya işığı "söndürdümmü" deyə tərəddüd edir, söndürsə, belə bu fikir gün ərzində onu narahat edir.

İkinci forma simmetriya ilə bağlıdır. İnsan həmişə çalışır ki, bütün əşyalar bir-birinə paralel olsun və ya binaların mərtəbələrin sayır, maşınların nömrələrinə baxır.

Üçüncü forma dini inancla bağlıdır. Yəni insanın beyninə dinlə bağlı bəzi fikirlər gəlir.

Nəhayət, ən çox yayılmış forma təmizliklə bağlıdır. İnsan daim təmizliklə bağlı çox narahat olur.

– Şəxs təmizliyin onda artıq xəstəlik halı aldığını necə anlaya bilər?

– Ümumiyyətlə, bütün insanlarda hansısa tipik pozuntu əlaməti var. Bu hal şəxsin gündəlik sosial ictimai həyatına mane olursa, o zaman xəstəlik sayılır. Əgər insan gündəlik təmizliyə 20 dəqiqə belə vaxt sərf edirsə, ancaq bu onun normal həyat fəaliyyətini davam etdirməsinə mane olursa, bu artıq təhlükəlidir.

– Xəstəlik necə müalicə olunur?

– Xəstəliyi müalicə etmək üçün əvvəlcə onun dərəcəsini müəyyən etmək lazımdır. Bunun üçün də xüsusi testlər var. Testlər vasitəsilə yüngül və ya ağır vəziyyət olduğunu bilmək olar. Əgər yüngüldürsə, davranış terapiyası dediyimiz üsuldan istifadə edilir. Orta ağır və ya ağır xəstələrə isə psixoterapiya ilə paralel dərman terapiyası da tətbiq edilir.

– Davranış terapiyasına nələr daxildir?

– Məsələn, təmizlik sırf əl yumaqla bağlıdırsa, şəxs dayanmadan əlini yuyursa, gündə bir neçə saatını buna sərf edirsə, o zaman biz ev tapşırıqları dediyimiz üsuldan istifadə edirik. Məsələn, gün ərzində əlini 6 dəfədən çox yumur və hər yuma 10 saniyə çəkməlidir. Bundan başqa, əgər əlində gözlə görünən çirk yoxdursa, əlini yumamalıdır. Belə insanlarda həmişə bir hiss olur ki, əlim harasa dəyib, çirklidir. Eyni zamanda bəzi şəxslər həftədə 4-5 dəfə yuyunurlar, bəzən hər biri 2-3 saat belə çəkir. Belə halda qadınlara 20 dəqiqə, kişilərə 15 dəqiqə olmaqla həftədə 2 dəfə yuyunmağa icazə verilir. Təbii ki, bu yay günlərində istisnadır. Bu kimi hallar daha çox ibadət edən, namaz qılan şəxslərdə müşahidə edilir, məsələn, yenidən yuyunmadan, qüsl almadan rahat olmurlar.

– Müalicədə başqa nə kimi üsullar tətbiq edilir?

– Bu kifayət qədər ciddi və şəkərli diabet, təzyiq kimi uzun müddət davam edən xroniki xəstəlikdir. Xəstəliyə qalib gəlməyin yeganə yolu üzərinə getməkdir. Biz tapşırıqlarda da yavaş-yavaş şəxsi alışdırırıq, birinci edəcəklərini düşüncələrində canlandırır. Çünki onlar həmişə təmizlik haqqında fikirləşir, sonra rahatlamaq üçün əlini yuyur, amma bu metodlar onları rahatlatmır, vəziyyəti daha da pisləşdirir.

– Opsessiv pozuntu müşahidə olunan xəstələrə ailəsi və ya yaxınları necə kömək edə bilər?

– Ailə dedikdə biz şəxsə daha yaxın olan, daha çox birlikdə vaxt keçirdiyi insanları nəzərdə tuturuq. Məsələn, iş yoldaşları tez-tez onun yadına sala bilər. Əgər özü bacarmırsa heç olmasa kənardakılar ona dəstək olmalıdır. Amma bəzən ana qızı istəyir deyə onun üçün ideal şərait yaratmağa çalışırlar. Məsələn, o rahat olsun deyə hər yeri yaş salfetlə silir, saatlarla evi təmizləyir, qabları bir neçə dəfə yuyur. Bunu etməklə ana ona kömək etdiyini fikirləşir, əslində vəziyyəti daha da ağırlaşdırır. Ən ideal şəraitdə belə onlar xoşagəlməyən nəsə tapacaqlar. Kömək etmək üçün bir növü onun əksinə getmək lazımdır.

mənbə :xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1640   Tarix: 16 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641