Ayaqlarınızın sağlamlığı

Ayaqlarınızın sağlamlığıSağlamlığımız, ayağımızın rahatlığı üçün görünüş yox, ayaqqabının keyfiyyəti, materialı əsasdır və ayaqqabı seçərkən bunları nəzərə almaq lazımdır
Əksər hallarda ayaqqabını nə keyfiyyətinə, nə də ayağımızın rahatlığına görə deyil, zahiri görkəminə, ayağımıza yaraşıb-yaraşmadığını nəzərdə tutub alırıq. Lakin unuduruq ki, sağlamlığımız, ayağımızın rahatlığı üçün görünüş yox, ayaqqabının keyfiyyəti, materialı əsasdır və ayaqqabı seçərkən bunları nəzərə almaq lazımdır, həm də bir ayaqqabını 2 gün dalbadal geymək həm ayaqqabıya, həm də� ayaqlara ziyandır.
Konya Xəbər Agentliyinin verdiyi məlumata görə, Konya Ayaqqabıçılar Palatasının sədri Hasan Uzman bildirir ki, eyni ayaqqabını iki gün dalbadal geydikdə ayaq tərləyir, ayaqqabı özü nəmlənərək keyfiyyətini itirir.
Ayaqlarınızın sağlamlığıAyaqda meydana gələn tər ayaqqabının tərkibindəki kimyəvi maddələrlə qarışaraq onun tez bir zamanda çürüməsinə səbəb olur. Ayaqqabını düzgün seçmədikdə ayaqda ağrılar, yorğunluqlar meydana çıxır.
Sintetik materialdan hazırlanan ayaqqabıların əksəriyyəti sağlamlıq üçün zərərlidir. Ona görə imkan daxilində dəri ayaqqabılardan istifadə etmək daha məqsədəuyğun və orqanizm üçün əlverişlidir.
İsti havalarda ayaqların havalanmasına şərait yaradan ayaqqabılar geymək məsləhətdir. Çünki bir yandan isti havanın, digər tərəfdən də hər tərəfi qapalı ayaqqabının təsiri nəticəsində ayaqlarda müxtəlif xəstəliklər, fəsadlar meydana gəlir. Çalışın, ayaqlarınızı sərin saxlayan, tərləmənin qarşısını alan ayaqqabılara üstünlük verin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 7416   Tarix: 04 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş