Ölümlə həyat arasında məşhurluq!

Ölümlə həyat arasında məşhurluq!

Ancelina Coli ilk dəfə 9 yaşında babası dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmişdi. Qızcığaz sanki ovsunlanmışdı. Matəm geyimləri, yeni qazılmış qəbir və yas musiqiləri onu valeh etmişdi. Ona elə gəlirdi ki, dünyada bundan gözəl heç nə yoxdur. Həmin vaxtdan etibarən Coli qara paltarlar geyinməyə, qəbiristanlıqları gəzməyə və mumiyalanma sənətkarlığına aid kitablar oxumağa başladı. O, artıq aktrisalıq barədə yox, dəfn bürosunun sahibəsi olmaq xəyallar ilə yaşayırdı.

Ancelina Coli 13 yaşından başlayaraq özünün məşhur soyuq silah - bıçaq kolleksiyasını yığmağa başlayır. 14 yaşından isə evə oğlan dostunu gətirir və onlar düz iki il bir yerdə yaşayırlar. Amma qəhrəmanımızın ölümlə oynaması, bıçaqla müxtəlif eksperimentlər aparması (onun əlləri kəsik-kəsik idi) onların ayrılması ilə nəticələndi. Ömrünün 16-cı ilində gənc gözəlçə ölümün bir addımlığında idi. Həkimlər onun həyatını çətinliklə qurtara bildilər. Təhlükəli oyun yuxu arteriyasının kəsilməsi ilə bitmişdi. Onun "boyfirend"i elə həmin ərəfədə qızcığazı tərk etdi. Həmin vaxtlardan Ancelinanın bədənində xatirə kimi döymələr dərin iz buraxıb – yapon heroqlifləri, xaçlar və drakonlar.

Ancelina Coli müstəqil yaşamağa çox erkən başlamışdı. Səsləndirmələrin heç birini qaçırmırdı, reklam roliklərində çəkilirdi, məşhur musiqiçilərlə birgə yazılışlarda olurdu. Və olduğu hər yerdə hər zaman özünü "miss Coli" kimi təqdim edirdi. O, atası ilə hər hansı bir bağlılığın olmasını istəmirdi. Onun ilk böyük rollarından biri də "Kiborq-2: şüşəli kölgə" filmində aldığı rol idi. Amma adıçəkilən filmin təqdimatında iştirak edib kinonu tamaşa etdikdən sonra özünə nifrət etdiyini gizlətməmişdi. Və yenə uçuruma doğru yuvarlanmağa başladı...

Ölüm əvvəlki kimi Coli üçün daha gözəl və daha cəlbedici idi, nəinki şirin və maraqsız həyat. Amma yaşadığı həyatla vidalaşmağa cəsarəti çatmayan Ancelina qərara gəlir ki, onu öldürmək üçün killerə müraciət etsin. Amma onu bəxti yenə də həyatın tərəfində olur. Görünür, miss Coli bu killerin simasında xilaskar-mələyini tapır. "Kim bilir, bəlkə bir müddət sonra hər şey dəyişəcək və sənin də içində yaşamaq eşqi yaranacaq" deyən "peşəkar qatil" onu fikrindən döndərir və qısa müddət ərzində izini itirərək bir daha keçmiş müştərisi ilə qarşılaşmır.

Hər şey killerin dediyi kimi oldu. Anası ona növbəti dəfə təklif olunan ssenarini tullamamağı, oxumağı məsləhət görür və çox keçmir Coli "Haker" filminin çəkiliş meydançasında peyda olur. Düzdür, yeniyetmələr üçün çəkilmiş, elə də maraqlı olmayan bir film idi. Ancaq o, burada Conni li Millərlə tanış olur. Onlar ilk baxışdan bir-birinə vurulur. Conni Ancelinani yarısözdən anlayırdı. Onların nikah mərasimi isə hələ çox xatırlanacaq. Cütlük mərasimə cırıq-cırıq olmuş qara şalvarda və ağ "futbolka"da təşrif buyurmuşdu. Gəlinin kürəyində izə Colinin qanı ilə bəyin adı yazılmışdı.

Ancelina Conni ilə ailə həyatı qurduqdan sonra onun həyatı dəyişmişdi. O xoşbəxt idi. Demək olar ki, hər şeydən razı idi. Amma onların hər ikisi film sahəsində çalışdığı üçün bu onlara bir yerdə olmağa mane olurdu. Belə ki, çox vaxt Conni Coli fərqli şəhərlərdə, ştatlarda çəkilişlərdə iştirak etməli olurdu. Getdikcə bundan bezən Ancelina artıq bu vəziyyətlə barışmırdı. Üstəlik, Conninin kompüter oyunlarının xəstəsi olması, xüsusilə "Lara Kroft – sərdabə oğrusu"na göstərdiyi maraq onun səbir kasasında son damcı oldu. Beləliklə, yarım illik evlilik başa çatdı.

Deyilənə görə, bir müddət sonra Colini superulduza çevirən, yuxarıda adıçəkilən kompüter oyununun motivi əsasında çəkilmiş eyniadlı filmdə Ancelina, Conniyə acıq vermək üçün rol almağa razı olub.

Ancelinanın aktyor işinə münasibəti fərqli idi. O, heç vaxt rol oynamırdı – o, həmin rolu, sadəcə, yaşayırdı. Ona görə də, "Ciya" psixoloji dramında QİÇS-dən əziyyət çəkən italyan modelinin canlandırmaq üçün xüsusi baş örtüyü taxmaqdan imtina edərək, başını tamamilə keçəl etdirir. O, "Çarlinin mələkləri" filmindən qətiyyətlə imtina etsə də, qəribədir ki, "60 saniyəyə maşın oğurlamaq" adlı ekran əsərində Nikolos Keyclə birgə rol almağa razılıq verdi.

45 yaşlı Billi Bob Tronton Hollivud ailəsində qalmaqalları ilə diqqət çəkən biri idi. Yaxınları ona "Siz mütləq bir xanımla tanış olmalısınız. Onun adı Ancelina Colidir. Siz bir-biriniz üçün yaranmısınız".

Nəhayət, onlar "Uçuşları idarə edərək" filminin çəkiliş zamanı tanış olur və çox keçmir onlar aşiq olur.

Tamaşaçılar onları bir yerdə ilk dəfə 2000-ci ildə gördülər. Ancelina "Yarımçıq qalmış həyat" filmindəki roluna görə "ikinci planda ən yaxşı aktrisa" nominasiyasında Oskara layiq görülmüşdü. Bu tədbirə Coli Trontonla cütlük kimi qatılmışdı. Onlar nikah mərasimi isə Las-Veqasda baş tutdu. Onların toyu cəmi 189 dollara başa gəldi. Belə ki, cütlük mərasimə cins şalvarda və adi gödəkcədə təşrif buyurmuşdu.

Xoşbəxt cütlük həqiqətən də bir-birinə layiq idi. Digər insanlardan fərqlənən qəhrəmanlarımız bir-birinə adi hədiyyələr eləmirdilər və bu yarışda rəqabət onların xoşuna gəlirdi. Məsələn, bir dəfə Billi sevgilisinə Miss Piqqi adlı bapbalaca donuz hədiyyə eləmişdi. Ancelina, sözsüz ki, bunu cavabsız qoymadı. Əvəzində, o, Trontonu 10 min dollar dəyərindəki qara, laklanmış bilyard stolu ilə sevindirmişdi.

Amma bu evlilik də çox davam etmədi. Ancelina bu dəfə "Sərhəddin o biri tərəfinə" filmində beynəlxalq humanitar missiyasının əməkdaşı rolunda çıxış edirdi. Hər zaman olduğu kimi Miss Coli yenə canlandırdığı rolu yaşadı. Məhz bu səbəbdən filmdən sonra o, BMT-nin qaçqınlar üzrə Komissiyasının tərkibində könüllü olaraq CAR-a və Kamboccaya yollandı. Orada gördüklərindən dəhşətə gələn Coli uşaqlar üçün nəzərdə tutulmuş kimsəsizlər evinə 1 milyon dollar dəyərində yardım etmişdi. Bununla yanaşı, o sözügedən məkanda bir uşaq görür və söz verir ki, onu özü ilə götürəcək. O, hətta təyyarədən qorxan Billini də özü ilə Kambocaya aparmağı bacardı. Ailədəki say artımına Toronton etiraz eləmədi. Həmin ərəfədə Lara Kroftun növbəti iki seriyası üçün Coli 3 illik müqavilə imzaladı və bu vaxt ərzində onun hamilə qalması mümkünsüz idi.

Meddoks adlı körpənin xoşbəxt cütlüyün həyatına qatılması ilə hər şey dəyişdi. Miss Coli bütün gününü bu körpə ilə keçirirdi. Hətta gecələr də bu bərabərlik ayrılıqla bitmirdi. Bundan məyus olan Billi təsəllinin başqa qadınlarda axtarmağa başladı və çox keçmədi onun adı və qadınları qəzet səhifələrində görünməyə başladı. Hətta həyat yoldaşının doğuşu zamanı o, turneyə çıxmaq qərarına gəlir. Boşanma ilə bitən bu baş verən hadisələrdən sonra Ancelina övladın xoşbəxt etmək üçün əlindən gələni edəcəyinə and içdi. Hətta uzun müddətdən sonra barışdığı atası da ona tez-tez baş çəkməyə gəlirdi ki, nəvəsi ilə xoş vaxt keçirsin. Yeri gəlmişkən, həmin ərəfədə Conni Li Miller də Londondan Ancelinaya zənglər edir, onun həyatı ilə maraqlanırdı. Sözsüz ki, burada dostluq münasibətlərindən danışmaq düz olmazdı.

"Mən yenidən Conni ilə ailə həyatı qurmaq istərdim" – deyə, müsahibələrinin birində etiraf edən Colinin İngiltərədə yaşamaq arzusunun olması da heç kimə sirr deyildi...


Ölümlə həyat arasında məşhurluq!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10140   Tarix: 22 iyul 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş