Terrorçu ilə əlbəyaxa olan tələbənin hekayəti

Terrorçu ilə əlbəyaxa olan tələbənin hekayəti"Savalan terrorçu ilə əlbəyaxa oldu. Ona gücü çatmayan qatil tapançası ilə Savalanın bədəninə atəş açdı. Daha sonra isə onu qətlə yetirdi. O, terrorçunun üstünə gedən yeganə tələbə idi". Bu sözləri Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum terror olayının şahidi söyləyib. Ölümün gözünə dik baxan, həyatı bahasına olsa belə, tələbə yoldaşlarını xilas etmək istəyən, sözün əsl mənasında qəhrəmanlıq yapan Savalanın qısa həyat yolu ilə tanış olmaq qərarına gəldik.
Əslən Yevlaxdan olan Savalan Cabbarovun ailəsi Bakının Nizamı rayonu, Bəhruz Nuriyev küçəsində yaşayır. Cabbarovlar ailəsinin 2 övladı olub - Savalan və bacısı. Ataları Allahverdi müəllim neft sahəsində çalışır. Hər iki övlad atalarının yolunu davam etdirmək üçün Neft Akademiyasını seçib. Bir ailənin 2 övladı eyni gündə terrorçunun hücumuna məruz qalıb.
Savalanın ailəsi ilə onun üç mərasimindən sonra görüşdük. Tək oğul övladını itirən Allahverdi müəllim onun üçün nə qədər çətin olsa da, bizimlə söhbətə razı oldu.
O, hadisə zamanı övladlarının ikisinin də dərsdə olduğunu söylədi: "Savalan imtahanda, bacısı isə birinci mərtəbədə dərsdə imiş. Atəş səsləri eşidiləndə qızımın müəllimi qapını bağlayıb. Tələbələri pəncərədən çölə çıxarıb. Qızım çölə çıxmazdan əvvəl qardaşına zəng edib və atışma olduğunu deyib. Lakin o, Savalana ehtiyatlı olmasını və qapını bağlamalarını söyləyə bilməyib. Savalan telefonu atıb və sinifdən çölə çıxıb. Onunla birgə dostları Ayaz və Taleh də çıxıb. Qapıda terrorçu ilə üzləşiblər. Terrorçu Ayazı və Talehi vurub. Savalan terrorçunun üzərinə atılıb. Əlbəyaxa olublar. Daha sonra terrorçu Savalanın bədəninə 2 güllə vurub. Güllə yarası alan Savalanın əlləri boşalıb. Bundan istifadə edən qatil onun əlindən qurtulub və Savalanın başına 3 güllə vurub".
Terrorçu ilə əlbəyaxa olan tələbənin hekayətiAtanın sözlərinə görə, Savalan, Ayaz və Taleh dost və qrupun əlaçıları olublar: "Üç dostun üçü də bir gündə şəhid oldu". Allahverdi müəllim qızının hələ də özünə gəlmədiyini deyir: "Qızım atışma xəbərini qardaşına dediyi üçün özünü bağışlaya bilmir. Elə bilir ki, Savalana xəbər verməsəydi, o sağ qalacaqdı. Qızımı ovundura bilmirik ki, sənin günahın yoxdur. Onsuz da qatil Savalan olan mərtəbəyə daxil olub. Onlar imtahan otağının qarşısında rastlaşıblar".
Mərhumun atası Savalanın daha çox elmlə məşğul olduğunu söylədi: "Savalan 1-ci sinifdən 5-ci sinfədək 129 saylı məktəbdə, sonra fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub. Orta məktəbdə əlaçı olub. Əsas diqqətini dərslərə verib. Onunku elmlə məşğul olmaq idi. Akademiyaya yüksək balla daxil olub. Sonuncu kursda oxuyurdu. 1-ci kursdan 4-cü kursacan "4"ü olmayıb. Əlaçı idi. Ayaz da, Taleh də qrupun əlaçıları idilər".
Allahverdi müəllim oğlunun dalaşqan olmadığını da söylədi: "Elmlə məşğul olsa da, qoçaq uşaq idi. Dalaşqan deyildi. Amma fağır da deyildi. Hamının yanında xətir-hörməti vardı. Özü də hamıya hörmət edirdi. Uşaq vaxtı idmana gedirdi. Sonralar isə əsasən dərslərinə fikir verirdi. 22 yaşı vardı, amma bir dəfə də olsun, Savalana öyüd-nəsiyət verməmişəm. Elə bir iş tutmayıb ki, ona irad bildirim".
Terrorçu ilə əlbəyaxa olan tələbənin hekayətiSavalanın yaxınları isə bizə onun haqsızlığa qarşı barışmaz olduğunu dedilər: "İdmanla məşğul olmurdu, dalaşqan deyildi. Amma qoluzorluluğu qəbul etmirdi. Kimsənin incidilməsinə imkan verməzdi. Terrorçu ilə əlbəyaxa olması, ölümündən qorxmaması qandan gələn işdir. Ona görə də bu məhəllədə, oxuduğu məktəbdə hamı Savalanın hörmətini saxlayırdı"...
Savalanın tələbə dostları hadisə barədə müxtəlif fikirlər söyləyiblər. Səslənən fikirlərdən biri də budur ki, hadisə zamanı həlak olanların adlarının heç də hamısı açıqlanmayıb. Onların sözlərinə görə, öldürülənlər arasında akademiyanın qapıçısı və orada qatıq satan şəxs də var. Lakin rəsmi açıqlamalarda onların adları göstərilməyib.

Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15154   Tarix: 05 may 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

16:16 0
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

13:26 0