Elnur Məmmədlinin şok etirafları (Video)

Elnur Məmmədlinin şok etirafları (Video)London Yay Olimpiya oyunlarında ilk cəhdindəcə uğursuzluğa düçar olan Olimpiya çempionu Elnur Məmmədlinin idman karyerası ilə bağlı şok vidosu yayılıb.

"Qafqazinfo"nun məlumatına görə, idmançımızın gah rus dilində, arada isə Azərbaycan dilində danışdığı müsahibənin titrlarda ingilis dilində tərcüməsi verilir. Müsahibədə diqqəti çəkən əsas məqam isə Elnur Məmmədlinin məşq zamanı etdiyi "qəhrəmanlığı" öz dili ilə etiraf etməsidir: "Mənim məşqçim Ağayar Axundzadə, həm də baş məşqçidir. Bizim səmimi münasibətimiz var, bir-birimizə çox hörmət edirik. Mən çox ərköyün insanam və o, mənə həmişə güzəşt edir. Bəzən yatıb qalıram və məşqə gəlmirəm. Lakin o buna göz yumur. O, ərköyünlüyümü bilir, mənlə uşaq kimi davranır. Biz bir-birimizi çox sevirik".
Qeyd edək ki, Elnur Məmmədlinin video-müsahibəsi "You-Tube"a bu ilin iyul ayında yüklənib.
Bu videoya onun London olimpiadasında uduzmasının mahiyyətini açan bir fakt kimi baxmaq olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6113   Tarix: 08 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş