Bagira görüşdüyü və sevdiyi futbolçunun adını açıqladı - MÜSAHİBƏ

Bagira görüşdüyü və sevdiyi futbolçunun adını açıqladı - MÜSAHİBƏ

- Dostlarınız arasında idmançılar var?
- Əlbəttə var! Hüseyn Məhəmmədovla yaxın dostam. Yaşca məndən böyük olsa da, xasiyyətimiz tutur.

- Harada tanış olmusunuz?
- Bu, çoxdan olub. Dəqiq xatırlamıram. Bir ara yoxa çıxmışdı, sonra yenə telefon nömrəsini tapdım.

- Aranızda ancaq dostluq münasibəti var?
- Hüseyn məndən 10 yaş böyükdür. Onu "müəllim" çağırıram. Xətrimi istəməsəydi, bu gün də münasibət saxlamazdım.

- Futbolçuların əksəriyyəti xəsis olur...
- Hə, orası düzdür. Pul xərcləməyə əlləri gəlmir. İmkanım olmayanda bəzən Hüseyn borc verir. Heç sonra geri də istəmir. Hüseyn belə oğlandır da.

- Qorxmursan ki, birdən evlərində bunu bilərlər?
- Biz neyləyirik ki?! Hüseynin ailəsi, uşaqları var. Mən bunların hamısını bilirəm. Vaxt olanda görüşürük, söhbətləşirik. Vəssalam!

- Futbolçulardan başqa kimisə tanımırsınız?
- Elələri var ki, üz vermək olmaz. Zəng edən çoxdur, tanımadığım nömrə olanda götürmürəm. Bəzilərini üzdən tanıyıram, restoranlarda görmüşəm. Biri də var, deyəsən, "Xəzər-Lənkəran"da oynayır... Braziliyalıdır. Üzügülər, buruq-buruq saçlı oğlandır.

- Juninyo?
- Adını bilmirəm. Restoranda gördü məni, oturub söhbət elədik.

- Niyə stadionlara gəlmirsiniz?
- Çağırsınlar da! Hüseynə demişəm ki, oyundan əvvəl xəbər ver, gəlib oxuyum. O da buna fikir vermir. Axırıncı dəfə nə vaxt stadiona getmişəm, yadımdan çıxıb. "Neftçi" oynayırdı, bir az baxdım, sonra getdim. Futbola həvəsim var. Özüm aerobikaya getmişəm. İstəyirəm ki, bədənim gözəl olsun. İdman etməkdən qalmıram. Hər səhər məşq edirəm. İdman məni formada saxlayır. Orta məktəbdən beləyəm, özümə baxıram. İki qardaşım var, onlar da idmançıdır. Hər ikisi karateçi olub.

- Bəs indi?
- İkisi də başqa işdə çalışır.

- Çəkdirdiyin şəkillərdən xəbərləri var?
- Evdə bilmirlər. Anam xəstədir, ona deməyə qorxuram. Sonra fikir edər. Şəkillərim ancaq internetdədir. Ona da bizimkilər açıb baxmır. Mən də demirəm.

- Seçim imkanı olsaydı, hansı futbolçuya "hə" deyərdin?
- Kriştianu Ronaldoya! "Mançester Yunayted"də oynayan portuqaliyalı üçün lap ölürəm. Gülər üzü, maraqlı baxışları var. Yerişi çox xoşuma gəlir. Tanış olmaq istəsəydi, fikirləşmədən razılaşardım.

- Evlənmək təklif eləsə, necə?
- Qaça-qaça gedərdim (gülür). Qaraşın idmançılardan xoşum gəlir. Şirin olurlar.

- Amma saçlarınız sarı rəngdədir...
- Bu da yeni imicimdir. Mənə belə də yaraşır. Türkiyədə də bunu görüb, bəyəndilər.

- Nə mənada?
- İstanbulda futbolçuların əlindən telefonum susmurdu. Birinə cavab verib qurtarmamış, o biri zəng vururdu. Bezdirdilər məni.

- Nə istəyirdilər?
- Deyirdilər ki, gəl tanış olaq, dost olaq. Restorana şam yeməyinə dəvət edirdilər.

- Getmədin?
- Vaxtım yox idi, öz işimi güclə çatdırırdım.

- Həmin futbolçuların adlarını xatırlamırsan?
- Demişdilər, yadımdan çıxıb.

- Futbol haqda klip çəkdirmək istəmirsiniz?
- Yeri var. Mən tez-tez klip çəkdirmirəm. Gərək səviyyəli olsun hər şey. Yaxşı pul buraxan olsun, mən də klip çəkdirim. Axır vaxtlar vəziyyətim onsuz da aşağıdır. Neçə vaxtdır öz başımı güclə dolandırıram.

Bagira görüşdüyü və sevdiyi futbolçunun adını açıqladı - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 18053   Tarix: 26 aprel 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876