Məhşur aparıcı: "Futbolumuz elə səviyyədə olsun ki, xanımlarımız ev işlərini atıb stadiona getsin"

Qol.Az-ın təqdim etdiyi "Futbol qadınların gözündə" rubrikasının bu dəfəki qonağı AZTV-nin "Xəbərlər" proqramının aparıcısı Leyla Əsgərovadır.

- Öncə, ənənəvi olaraq, tanışlıqdan başlayaq...
- Leyla Əsgərova, AZTV-nin "Xəbərlər" xidmətində aparıcı kimi çalışıram. Hardasa 12 ildi televiziya sahəsindəyəm, daha öncə 6 il "Lider" TV-də və çox qısa müddətdə STV-də (Samanyolu) fəaliyyət göstərmişəm.

- Keçək mövzumuza. Futbol nə dərəcədə maraq dairənizə daxildi?
- Futbolla ancaq dünya və Avropa çempionatları zamanı maraqlanıram. Çox az komanda tanıyıram. Əslində evdə atam daha çox baxırdı, amma son Avropa çempionatından sonra anam daha çox maraqlanmağa başlayıb (gülür). Yarımfinal, final oyunlarına isə mən də baxdım.

- Uşaqlıqdan idmanın hansısa növü ilə məşğul olmusunuz?
- Bir çox növü ilə məşğul olmuşam, hamısı da yarımçıq. Gimnastikaya getmişəm, üzgüçülüyə getmişəm,voleybolla məşğul olmuşam, qaçıram, velosiped sürürəm. Sadəcə, son zamanlar vaxt ayıra bilmirəm.

- Nə vaxtsa stadiona yolunuz düşüb?
- Bir dəfə düşüb, amma futbola yox, Elton Conun konsertinə baxmağa getmişəm.

- Heç dəvət edən də olmayıb?
- Düzü, yox. Bir dəfə səhv etmirəmsə, 2002-ci ildə İtaliya bura gəlmişdi, Azərbaycanla oyuna. Həmin oyuna çox getmək istəyirdim. Açığı, daha çox italyanlara görə. Çünki o komandanı bəyənirəm. Amma ətrafımda olan əks cinsin nümayəndələri qoymadı ki, futbola qadınlar, qızlar getsin.

- Çevrənizdəki xanımlar arasında futbolla maraqlanan var?
- Hətta manyakcasına maraqlananlar var. Yeri gələndə kişilərdən də çox məlumatlıdılar.

- Onların arasında jurnalist olanı var?
- Bəli. Günay Yelmarqızını deyə bilərəm.

- Azərbaycan futbolu ilə nə dərəcədə maraqlanırsınız?
- O qədər də maraqlanmıram. Məncə, heç futbolçular özləri də maraqlanmırlar (gülür). Amma həddindən çox istərdim ki, futbolumuz çox inkişaf etsin. Avropanı demirəm, heç olmasa, Türkiyə səviyyəsinə çataq. Ancaq deyərdim ki, gənclər arasında istedadlı uşaqlar var. Məsələn, mənim yaxın rəfiqəmin qardaşı var Toğrul Billalov, səhv etmirəmsə, "Qarabağ"da oynayır. Düşünürəm ki, onun böyük gələcəyi var. Ümumiyyətlə, daha çox millimizin beynəlxalq oyunlarına baxıram.

- Son dəfə millimizin hansı oyununa baxmısınız?
- Düzü, xatırlamıram.

- Avropadan hansı futbolçuları tanıyırsınız?
- Balotellini tanıyıram. Çünki son çempionatda ulduzu parladı. Ondan başqa, Ronaldo, Ronaldinyo, Bekhemi tanıyıram. Maradonanı bütün dünya tanıyır. Ümumiyyətlə, futbolda ən çox bəyəndiyim şey oyunsonrası penaltilərdi. Çünki orada son dərəcə texnikalı oyun və soyuqqanlılıq tələb olunur. 120 dəqiqə oyundan ala bilmədiyim adrenalini oyunsonrası penaltilərdən alıram.

- Klublardan hansını tanıyırsınız?
- "Barselona", "Real" (Madrid) və bu kimi dünya klublarını. Amma daha çox türk klublarını tanıyıram.

- "Fənərli"siniz, yoxsa "Qalatasaray"lı?
- "Beşiktaş"lı. Qardaşım bu klubun azarkeşi olduğundan mən də elə bu klubu daha çox bəyənmişəm.

- Görünüşünə görə ən yaraşıqlı hesab etdiyiniz futbolçu kimdir?
- Futbolçularda belə şeyə o qədər də önəm vermirəm. Məsələn, Arda Turandan xoşum gəlir. Amma boyu balacadı, elə də yaraşıqlı deyil.

- Müsahibələrimizin hamısına bu sualı veririk ki, futbolçu ilə ailə qurarsınız ya, yox? Sizin cavabınız necədir
- Ümumiyyətlə, heç vaxt futbolçularla münasibətim olmadığı üçün bu suala cavab verməkdə çətinlik çəkirəm. Nə bilim, bəlkə də maraqlı olardı. Onlar da çox peşəkar insanlardı.

- Amma futbolçular evdə az-az tapılırlar...
- Ona qalsa, bu cür peşələr çoxdur. Elə götürək biz jurnalistləri. Bəzən elə olur ki, gecəyarı evə gəlib çıxırıq.

- Bizim klublardan tanıdığınız var?
- "Bakı", "Qarabağ", "Qəbələ". Məsələn, bilirəm ki, "Qəbələ"nin yaxşı infrastrukturu var, yeni stadion tikir. Onların oyununa baxmaq maraqlı olardı. "Neftçi", "Xəzər Lənkəran" da məşhur klublarımızdı.

- Bəs, futbolçularımızdan?
- Rəşad Sadıqovu xüsusi qeyd edərdim. Onun oyunlarını daha əvvəlldən izlədiyimdən deyə bilərəm ki, çox peşəkar futbolçudu. Bir də Adamiya var, onu tanıyıram.

- Sizcə, niyə bizdə xanımlar futbola getməyə o qədər də cəhd etmirlər?
- Hər şey futbolun inkişafından aslıdır. Bizim futbolun səviyyəsi ən azı Türkiyə səviyyəsinə qalxsa, xanımlarımız da stadionlara gedər.

- Nə vaxtsa, futbolla bağlı tədbirin aparıcısı olmusunuz?
- Yox, olmamışam, amma təklif olsa, çox ciddi hazırlaşaram.

- Azərbaycan futboluna arzularınız?
- Azərbaycan futboluna arzum odur ki, millimiz azarkeşlərə böyük sevinclər bəxş etsin. Düzdür, bizim millimiz, klublarımız daha çox məğlubiyyətlə yadda qalır, amma istəməzdim ki, azarkeşlərimiz də radikal olsunlar. Bu da bizim millidir. 10 dəfə uduzanda 1 dəfə də udarlar (gülür). Hər halda onlar da uduzmaq istəmir. Futbolçularımıza da son dərəcə məsuliyyətli olmağı arzulayıram. İstədrim futbolumuz elə səviyyədə olsun ki, xanımlarımız ev işlərini atıb stadiona getsinlər.

Mənbə: Qol.Az

Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı: Məhşur aparıcı:


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6635   Tarix: 04 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755