Bakıda "avtoş "əməliyyatları keçirilir (Video)

Bakıda "Bəzən gecə saatlarında beşmərtəbəyə gələn qadınlara rast gəlinir"

"Bəzən şəhərin lap ucqar yerlərindən Əhmədlidən, Günəşlidən bu "avtoş"lara azarkeşlik etmək üçün gecə saatlarında beşmərtəbəyə gələn qadınlara rast gəlinir"

Son vaxtlar, Azərbaycanda, xüsusən də Bakı şəhərində baş verən yol nəqliyyat hadisələri və bu hadisələrin bir çoxunun ölümlə nəticələnməsi polisi hərəkətə keçirib. "Qafqazinfo"nun xəbərinə görə, ölümlə nəticələnən nəqliyyat hadisələrinin, əsas səbəbkarlarından biri kimi "avtoş"lar günahlandırılır. Elə buna görə də, Bakı polisi "avtoş"lara qarşı ciddi əmaliyyatlara başlayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi paytaxtı "avtoş"lardan təmizləmək məqsədi ilə, idarənin rəis müavini Səhrab Bağırovun rəhbərliyi altında reydlər keçirir.

Reydlər əsasən, "avtoş"ların toplaşdığı, 5 mərtəbə istiqamətində aparılır. Burada saxlanılan "avtoş"ların maşınları cərimə meydancasına qoyulur. Özləri barəsində isə inzibati qaydada ağır cəzalar çıxarılır. Polis şəhərdə "avtoş"ların kökünü kəsmək niyyətindədir. İdarədən bildirildiyinə görə, "avtoş"larla bağlı keçirilən reydlərdə ən təəccüblü məqam onların azarkeşləri ilə bağlı ortaya çıxır: "Bəzən şəhərin lap ucqar yerlərindən Əhmədlidən, Günəşlidən bu "avtoş"lara azarkeşlik etmək üçün gecə saatlarında beşmərtəbəyə gələn qadınlara rast gəlinir. Bu uşaqlar anlamırlar ki, özləri ilə bərabər başqalarının da həyatlarını təhlükəyə atırlar" .

Qeyd edək ki, Azərbaycanda bu ilin 6 ayında 1278 yol qəzasında 436 nəfər həlak olub, 1361 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu rəqəm vəziyyətin hansı həddə olduğunu göstərsə də, təəssüf ki, vətəndaşlarımız nəticə çıxartmır, Azərbaycan yollarında "avtoş"luq etmək bir yana avtomobillər sanki döyüşə çıxmış kimi idarə olunur.
"Avtoş"ların beşmərtəbə ərazisində göstərdiyi "qəhrəmanlıq" nümunələrindən birini təqdim edir

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 11433   Tarix: 30 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740