Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında

Natəvan Həbibi Aygün Kazımovanı bağışlamayıb

"ÜRƏYİMDƏ BAĞIŞLAMADIĞIM ADAMLA GÖZDƏN PƏRDƏ ASMAQ ÜÇÜN DANIŞA BİLMƏRƏM"

Müğənni Natəvan Həbibi Aygün Kazımova ilə barışdığını təkzib edir. Bu barədə məlumat verən sənətçi qeyd etdi ki, o, Aygün Kazımova ilə hələ də küsülüdür: "Sadəcə, olaraq mən demişəm ki, Aygün Kazımova bizdən böyükdür və biz gənclər daim onun mahnılarını dinləmişik, sevmişik. Sözümün üstündə də dayanıram. Amma bu, o demək deyil ki, onunla barışdım və yaxud da bu sözləri onunla barışmaq üçün deyirəm. Əsla! Mənim bir üzüm var və mən ürəyimdə bağışlamadığım adamla gözdən pərdə asmaq üçün danışa bilmirəm. Əfsuslar olsun ki, bizim sənət aləmində belələri çoxdur. Amma belə şeylər mənə tamam yaddır".

Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında Rəqsanə: "Lazım olsa, hələ üçünü də doğacam"

"Azərbaycan səhnəsində məndən başqa ana yoxdur?"

Öz qalmqalları ilə məşhur olan müğənni Rəqsanə yenidən hamilə olması ilə bağlı ölkə KİV-ində yayılan xəbərləri təkzib edib. Klip.az-ın verdiyi xəbərə görə, bu barədə müğənni TrendLife-a danışıb.
"Mən başa düşmürəm, məgər Azərbaycan səhnəsində məndən başqa müğənni-ana yoxdur?- deyə Rəqsanə bu xəbərlərə çox əsəbi reaksiya verib.- Mənim artıq Aysun və Yağmur adlı iki qızım var... Niyə yalnız bundan yapışıblar? Ana olmaq böyük xoşbəxtlikdir. Mən bununla fəxr edirəm. Lazım olsa, hələ üçünü də doğacam."
Rəqsanə həmçinin əlavə edib ki, hazırda hamilə deyil və pərəstişkarlarını belə şayiələrə inanmamağa çağırıb.

Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında Aygün Dubaya gedir. Müğənni Namiq Qaraçuxurlunu da özü ilə aparacaq.

Xalq artisti Aygün Kazımova və sevgilisi Namiq Qaraçuxurlu Dubaya səfərə hazırlaşır. Bu barədə xalq artistinin mətbuat katibi Ylvi Hadıyev məlumat verib: "Səfər "Yağ kimi" verilişinin çəkilişləri ilə əlaqədardır. Proqram Dubayda lentə alınacaq. Aygün xanım həm də "şoppinq" etmək fikrindədir".
Təklifin Aygün Kazımovanın dostu Fadal Bazi tərəfindən irəli sürüldüyünü qeyd edən mətbuat katibi verilişin "Krem-21"-in sponsorluğu ilə baş tutacağını deyib.

Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında Aygün Kazımova evini şəhid ailəsinə bağışlayacaq

Хalq artisti Aygün Kazımova doğum günü ilə əlaqədar prezident İlham Əliyevin bağışladığı evdə yaşamayacağını, yeni mənzildən qarderob kimi istifadə edəcəyini bildirsə də, sonra fikrindən daşınıb.
Olaylar-ın yaydığı məlumata görə, хalq artisti humanist addım ataraq evini ehtiyacı olanlara bağışlamaq niyyətindədir. Bu məqsədlə bir neçə variant üzərində üzərində düşünən Aygün Kazımova əvvəl yeni mənzilini qaçqın ailəsinə, ya da yetim uşaqlara bağışlamaq istəyirmiş. Amma sevimli qızı İlqarə anasına mənzilini şəhid ailəsinə bağışlamağı təklif edib.

Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında Zülfiyyə Xanbabayeva fotoçəkilişə hazırlaşır

Xalq artisti Zülfiyyə Xanbabayeva növbəti albomunu bu ilin sonlarında təqdim edəcək. Sənətçi deyir ki, toplunun hazırlığına ötən ilin payız aylarında başlayıb.
Albomun təqdimat mərasimi Zülfiyyənin qızı Dənizin doğum günündə baş tutacaq: "Yeganə övladım Dənizin doğum günü oktyabrın 26-dır. Həmin tarixdə albomumu da təqdim etməyi nəzərdə tutmuşam. Hazırda yeni mahnılar toplanır və onların studiya yazılışı üzərində işlər aparılır. Yaxın aylarda albomun üzərini bəzəyəcək şəkillərin fotoçəkilişlərinə başlanması da planlaşdırılıb".
Görəsən, çəkiliş zamanı Zülfiyyə Xanbabayeva imicində hər hansı dəyişiklik edəcəkmi? "Çox az dəyişiklik olacaq. Ciddi şəkildə xarici görkəmimi dəyişmək fikrim yoxdur"

[center]Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında [b]Almaz Ələsgərlinin qızı nişanlanıb

Tanınmış estrada müğənnisi, respublikanın əməkdar artisti Almaz Ələsgərliinin ikinci qızı da nişanlanıb.Almaz xanımın sözlərinə görə, bir müddət əvvəl evlənən böyük qızı Mədinə xoşbəxtdir. "Ona görə də ikinci qəzəmı da nişanlandırdım. Allahın köməkliyi ilə yaxınlarda ona möhtəşəm toy edəcəyəm."- deyə müğənni əlavə edib.
Almaz xanım vurğulayıb ki, ötən dəfə olduğuğu kimi bu dəfə də KİV nümayəndələri toya dəvətli olacaq.

Şou biznesdən son xəbərlər WwW.BiG.aZ saytında


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 25805   Tarix: 18 fevral 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 4050
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 810
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1058
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 351
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14.04.2024 330
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 576
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 7311
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1624
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 812