Valentin gününün tarixi haqqında

Valentin gününün tarixi haqqında Bu gün haradan gəlib?

Sevgilər gününün başlanğıc tarixi qədim Roma imperatorluğuna qədər uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma "tanrı"larının kraliçası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik "tanrı"sı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.

Bu bayram, xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Hansı gənc oğlanın hansısa bir qızla bir yerdə olacağı Luperkalia bayramında bəlli olurdu.

Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər. Bir yerdə olan gənclərdən bir çoxları bayramdan sonra ailə qurardılar.

Roma imperatoru 2-ci Kladius Romanı öz qanunları ilə idarə edən zalım bir hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun üçün ən böyük bir problem idi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi.
Valentin gününün tarixi haqqındaBuna görə də, o, Romadakı bütün evlilikləri ortadan qaldırdı. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz "tanrı"ları üçün qeyd edilən Luperkalia bayramını keçirirdilər.
Valentin gününün tarixi haqqındaXristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü "Valentin günü" olaraq bayram etməyə başladılar.

Valentin gününün tarixi haqqında


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 10795   Tarix: 14 fevral 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş