Gürcü qızı səhnəyə yeni xəbərlərlə qayıtdı.

Gürcü qızı səhnəyə yeni xəbərlərlə qayıtdı.

Gürcü müğənnisi Manana övladının doğulması ilə başlayan yaradıcılıq fasiləsindən biznes-ledi kimi qayıdır. Onun Tiflisdə qurduğu yeni müəssisə istehlakçılara sərinləşdirici "Manço" içkilərini təklif edir. Sözügedən məhsul yaxın vaxtlarda Azərbaycanda da satışa çıxarılacaq.

- Manana xanım, təbrik edirik, belə getsə gələcəkdə sizi həm də biznes-ledi kimi təqdim etmək imkanımız olacaq.

- Hələlik tezdir. Sadəcə həyat yoldaşım və mən ailəmizin kiçik biznes layihələrini yavaş-yavaş həyata keçiririk. Ümid edirəm ki, uğurlu olacaq. Vaxtilə Azərbaycanda "Manço" restoranı açmışdım. Bu ad mənim uşaqlıq adımdır və dostlarım bu gün də mənə belə müraciət edirlər. Əvvəllər o kiçik restorana mənim yaxınlarım və həqiqətən də yaradıcılığımı bəyənənlər, eyni zamanda Azərbaycan, Gürcüstan və Avropa mətbəxini sevən insanlar yığışırdılar. Bu, iki mərtəbəli, doğma evcik idi. Restoran həmişə çox sayda qonaqları qarşılayırdı. İki il bundan əvvəl həmin məkan bağlandı. Bu da mənim işlərimin çoxluğu ilə əlaqədar idi. Əvvəlki kimi restorana baş çəkə bilmirdim, işlərlə maraqlanmaq imkanım olmurdu. Buna görə də məcbur qalıb restoranı bağlamalı oldum. Lakin "Manço" adını başqa ampluada yenidən təqdim etməyi düşünürdüm. Güman edirəm ki, çox yaxın vaxtlarda pərəstişkarlarım yenidən "Manço" məhsulu ilə tanış olacaqlar.

- Bu uşaq məhsulu olmayacaq ki?

- Yox, bu uşaq məhsulu olmayacaq. Lakin ola bilər ki, uşaqlarla da əlaqəsi olsun. Lakin evimdəki körpəyə aidiyyəti olmayacaq.

- Yeni məhsul bu dəfə Azərbaycanda olacaq?

- Məhsul Azərbaycanda da olacaq, Gürcüstanda da. İnşallah, işlər qaydasında getsə, filiallar da ola bilər.

- Müğənnilikdə olduğu kimi, biznesdə də iddialısınız?

- Sözün açığı, ortaya iddia qoymağa tələsmirəm. İlk növbədə keyfiyyətli məhsul təqdim etməyə çalışırıq, hər şeyin çox yüksək səviyyədə olmasına cəhd göstəririk. Əgər bir işin üzərində məsuliyyət varsa, o işin uğurlu alınacağına şübhə yoxdur. Əgər adından, professionallığından söhbət gedirsə, Manana işinə məsuliyyətli yanaşmaqda çoxlarından fərqlənir.

- Manana xanım, müğənnilik, biznes və analıq - hansı daha çətindir?

- Belə sayaq - ana, müğənni, biznes-ledi.

- Hansı çətindir?

- Bilirsiniz, müğənnilik, biznes mənim stimulumdur, peşəmdir. Ana olmaq bunlardan tamamilə fərqlənir. Analıq daha çətindir. Əgər Allah insana bu öhdəçiliyi verirsə, sözsüz onu qəbul etmək lazımdır. Bu, Allahın ən böyük nemətidir. Bunun üçün da səy göstərərək nümunəvi ana olduğunu sübut etməlisən. Bunu anam da etmişdi, indi də mən edirəm. Mənim karyeram bunlardan arxada dayanır. Biznes isə mənim həyatımda yeni iş, hərəkətdir.

- Georgi uşaqla məşğul olmaqda sizə kömək edir?

- Georgi hər yerdə mənə kömək edir. Evdə də, ailədə də, işdə də. Məni başa düşən və hər işimdə yardım edən insan olduğuna görə ona minnətdaram. Georgi hərtərəfli kişidir, insandır. Mənim üçün ən vacib olanı onun mənə mənəvi dayağıdır. Maliyyə artıq növbəti planda dayanır.

Gürcü qızı səhnəyə yeni xəbərlərlə qayıtdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11897   Tarix: 31 yanvar 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 807
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

14:56 649
.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1065
.

Təranənin kürəkəni: "Xanımım evdə uşaqlara baxsın, müğənni olmasın" - VİDEO

Müğənni Təranə Qumral qızı və kürəkəni ilə "Rəngarəng səhər" verilişinin qonağı olub. xəbər verir ki, sənətçinin Fidanlı adlı qızının musiqiçi həyat yoldaşı aparıcının sualına verdiyi cavabla diqqət çəkib. O, xanımının evdə uşaqlara baxmasını və müğənni olmasını istəmədiyini bildirib. Həya

14.04.2024 1098
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 582
.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 581
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 8190
.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14.04.2024 455
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 982